For faster navigation, this Iframe is preloading the Wikiwand page for Krım Gəray.

Krım Gəray

Vikipediya, azad ensiklopediya

Krım Gəray
1758 – sentyabr 1765
ƏvvəlkiHəlim Gəray
SonrakıIII Səlim Gəray
noyabr 1768 – mart 1769
ƏvvəlkiMaqsud Gəray
SonrakıIV Dövlət Gəray
Şəxsi məlumatlar
Doğum tarixi 1717
Doğum yeri
Vəfat tarixi mart 1769
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti döyüşçü
Atası II Dövlət Gəray
Ailəsi Gəraylar
Dini sünni islam

Krım Gəray (1717, Bağçasaraymart 1769, Krım) — XXXXI Krım xanı.[1]

Krım xanı II Dövlət Gərayın oğludur. Qardaşı Arslan Gərayın səltənətində nurəddin ünvanı aldı. Qardaşının taxtdan endirilərək əmisi oğlu Həlim Gərayın taxta çıxarılması, cəmi 2 il sonra isə Həlim Gərayın devrilməsi nəticəsində 1758-ci ildə Krım xanlığına gətirildi. Oğlu Səlim Gərayı nurəddin, qardaşı Hacı Gərayı isə kalqay təyin etdi. Ancaq 7 il davam edən ilk səltənətində bu ünvanlar bir neçə dəfə əl dəyişdirdi.

Onun xanlığa gətirilməsindən narazı olan noqaylarla mübarizə aparmaq məqsədilə paytaxtı tərk etdi və Yedisan bölgəsinə çəkildi. Burada güclü bir ordu topladı və Osmanlı sultanından aldığı dəstəklə hakimiyyətini gücləndirdi. Bölgədə artan rus təzyiqinə qarşı müttəfiq axtarışına çıxan Krım Gəray Osmanlı sarayından azad olaraq Prussiya kralı II Fridrixlə müzakirələrə başladı. Ancaq onun bu cəhdi uğursuzluqla nəticələndi. Belə ki, 1762-ci ildə III Pyotrun taxta çıxmasıyla PrussiyaRusiya arasındakı müharibə sona çatmış, bu vəziyyətdə II Fridrixin Rusiya əleyhinə ittifaq qurmağa ehtiyacı qalmamışdı.

Digər tərəfdən Polşa torpaqlarına göz dikən Krım Gəray yeni təyin olunan Polşa kralı Stanislav Avqust əleyhinə fəaliyyətə başladı. Onun bu təcavüzkar siyasəti isə Osmanlı sultanını təlaşlandırdı və 1765-ci ildə Krım Gəray vəzifədən alındı.

1768-ci ildə yeni Rusiya-Osmanlı müharibəsinin başlamasının ardından Krım taxtında daha güclü bir xan olmasını istəyən Osmanlı sultanı III Mustafanın əmriylə Krım Gəray ikinci dəfə xanlığa gətirildi. Kalqay olaraq qardaşı Arslan Gərayın oğlu Məsudu, nurəddin olaraq isə Qaplan Gərayı təyin etdi.

Dərhal indiki Ukraynanın cənub torpaqlarına hücum edən Krım Gəray burada boşaldılan kəndləri yağmalamaqdan başqa mühüm heç bir hərbi fəaliyyət göstərə bilmədi. Buradan Valaxiyaya keçən Krım Gəray indiki Moldova ərazisində anidən vəfat etdi (mart 1769).

  • Oleksa Gaivoronsky "Повелители двух материков", Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2
  1. Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Krım Gəray
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?