For faster navigation, this Iframe is preloading the Wikiwand page for Kirpi (jurnal).

Kirpi (jurnal)

Vikipediya, azad ensiklopediya

Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz. (fevral 2024)
"Kirpi" (jurnal)
Baş redaktor Polad Qasımov
Əməkdaşlar
Növ satirik, qara mizah
Dövrilik aylıq
Tiraj 5000 (dekabr 2015)
Təsisçi Samir Polad
Təsis tarixi 1952
Ölkə Azərbaycan Azərbaycan
Qərargah Bakı ş,Yasamal r-nu,Azərbaycan nəş-ı Dilarə Əliyeva k., 251/121A
Dil Azərbaycan dili
Səhifə 31
Qiymət 0,49 azn

"Kirpi" (jurnal)Azərbaycanda nəşr olunan satirik karikatura jurnalı.

"Kirpi" satirik jurnalı 1952-ci ildən çıxır. "Molla Nəsrəddin" ənənələrini davam etdirmək, cəmiyyətdəki nöqsanları üzə çıxarmaq, haqqın, ədalətin öz yerini tutması "Kirpi"nin əsas iş prinsipi olub. Jurnal uzun illər rüşvətxorların, el malını dağıdanların, mədəniyyətimizə biganə qalanların və s. ifşa edilməsi üçün qətiyyətlə mübarizə aparmışdır.[1]

Əvəz Sadıq, Qulam Məmmədli, Seyfəddin Dağlı, Salam Qədirzadə, Şamil Fərzəliyev, Eyvaz BorçalıPolad Qasımov ardıcıllıqla "Kirpi" jurnalına redaktorluq etmişlər.[1]

Cəsarətli yazıları ilə oxucuların rəğbətini qazanmış S.Vurğun, S.Rüstəm, S.Rəhimov, Ə.Vəliyev, İ.Şıxlı, Ə.Vahid, N.Arif jurnalla yaxından əməkdaşlıq etmişlər.[1]

Jurnalın əsas rəssamları: baş rəssam Nəcəfqulu İsmayılov, Hüseyn Əliyev, Ümid Hüseynov, Həsən Haqverdiyev, Sadıq Şərifzadə, Rizvan Quliyev, Vsevolod Ternavski, Ziya Kərimbəyli, Pyotr Şandin, Arif Ələsgərov, Eduard Abdullayev, Ələkbər Zeynalov, Adil Elçin, Hafiz Nəsiroğlu, Vəfa Allahyarova.

1952-ci ildə "Kirpi" satirik jurnalının nəşrə başlanması dövrün, zamanın tələbi idi. "Kirpi" jurnalının nəşrə başlanması karikatura janrının inkişafında müstəsna rol oynamış və bu sahədə yeni ənənələrin yaranmasına təkan vermişdir. Əsasən, Sovet ideologiyasına xidmət etməsinə baxmayaraq, "Kirpi" jurnalı müxtəlif nəsillərə mənsub olan peşəkar karikaturaçı rəssamları bir araya gətirə bildi.

Karikatura janrına marağın artması, "Kirpi" jurnalının oxunaqlı jurnal olması bu sahəyə peşəkar rəngkar rəssamların axını ilə müşayiət olundu. 1950–1960-cı illərdə Azərbaycanın görkəmli rəssamları Mikayıl Abdullayev, Tahir Salahov, Oktay Sadıqzadə, Kazım Kazımzadə, Güllü Mustafayeva və başqaları by sahədə layiqli əsərlər yaratmışlar.

İlk ali savadlı peşəkar qadın – karikaturaçısı, SSRİ xalq rəssamı Mikayıl Adullayevin tələbəsi Vəfa Allahyarova da "Kirpi" jurnalı ilə əməkdaşlıq edirdi. Bu fakt Tarix Elmləri doktoru, yazıçı- publisist Sabir Gəncəlinin rəyində öz əksini tapmışdı: "…Vəfa İbrahim qızı Azərbaycanın ilk qadın karikaturaçı rəssamlarından biri kimi tanınmışdır. Karikaturalarında dərin məna və incə gülməzə vardır…". "Крокодил" jurnalının nümayəndə heyəti jurnallarında çap olunması üçün bütün Zaqafqaziya üzrə məhs "Kirpi" jurnalının əməkdaşı Vəfa Allahyarovanın əsərlərini seçdilər. Bu barədə Azərbaycanın SSR Əməkdar Mədəniyyət işçisi , " Molla Nəsrəddin" jurnalının əməkdaşı Qulam Məmmədli Azərbaycan jurnalistin VII qurultayında qeyd etdi: "…bu azərbaycanlı qızın çəkdiyi karikatura " Крокодил" jurnalının oxucuları arasında genış əks- səda doğurmuşdur…""

"Kirpi" jurnalının populyarlaşmasında xalq rəssamı, İsmayıl Axundovun mühüm xidmətləri olub. 1990-ların əvvəllərində çətin vaxtlarını yaşayan, jurnal bir müddət çap olunmadı. Ömürlərini bu jurnala həsr etmiş, mərhum baş redaktor Polad Qasımov, jurnalın baş rəssamı Hafiz Nəsiroğlu jurnala ikinci ömür verdilər.

  • "Kirpi" jurnalı, 3-4 (1012), 2002-ci il
  1. 1 2 3 "Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006 - 248 səh" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-09.
  2. "Satirik saytın fəaliyyətinə çox ciddi ehtiyac var". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-27.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Kirpi (jurnal)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?