Bakinski listok
Vikipediya, azad ensiklopediya
"Bakinski listok" | |
---|---|
Baş redaktor | Xristian Sink |
Yazıçılar | Həsən bəy Zərdabi |
Yaranma tarixi | 6 (18) mart 1871 |
Dil | rus dili |
Nəşrini dayandırıb | 3 (15) iyun 1872 |
Baş ofis | |
Ölkə |
"Bakinskiy listok" (rus. Бакинский листок) — Bakıda rus dilində çap olunmuş ilk qəzet.[1][2]
Qəzet haqqında məlumat
[redaktə | mənbəni redaktə et]Azərbaycanda çıxan ilk rusdilli nəşr "Bakinskiy listok" hesab edilir. Qəzetin baş redaktoru Bakı real gimnaziyasının müəllimi Xristian Sink idi. 1870-ci il dekabr ayının 3-də qəzetin nəşrinə rəsmi icazə verildi. Qəzetin ilk nömrəsi 1871-ci ilin martın 6-da çıxmış, iyun ayında bağlanmışdır. 1872-ci ilin yanvarında qəzetin nəşri yenidən bərpa olunmuşdur. Həmin il iyunun 3-dək davam etmişdir.[1] Qəzet İçərişəhərdə, Mixail Voliçkin adlı şəxsin xüsusi mətbəəsində çap olunurdu. Bu qəzetdə rəsmi xəbərlər, qərarlar, elanlar və teleqramlar geniş yer tuturdu.[2]
Xristian Sink
[redaktə | mənbəni redaktə et]Xristian Sink Bakı qubernatoru, general-leytenant Kalyubaykinə 1870-ci il 25 fevral tarixli ərizəsində öz məqsəd və məramını belə izah edir:
Bakı quberniya əhalisinin öz mətbuat orqanının olmasına görünən tələbi və şəxsi istəyim, mənə yaxın olan cəmiyyətin xeyrinə bütün qüvvəmi sərf etmək arzusu doğurmuşdu. Bu cəhət məni siz ola həzrətdən Bakı şəhərində qəzet nəşrinə icazə istəmək cəsarətinə məcbur edir. |
Xristian Sink azərbaycanlıların maariflənməsinə kömək etməyi də özünün vicdani borcu sayırdı. Bu məqsədlə o, "Bakinski listok" qəzetində Azərbaycan şöbəsi açmaq istəyirdi. Qəzetin nəşrinə verilən icazə şərtlərində bu barədə qeyd də var. "Bakinskiy listok"un Azərbaycan dilində ruscadan tərcümə olunmuş məqalələrin çapına icazəsi vardı. Lakin senzorun Azərbaycan dilində bilməməsi səbəbindən bu iş Azərbaycan dilini yaxşı bilən məmurlardan birinə həvalə olunmalıydı. Qəzetin ilk sayındakı baş məqalədə bu məsələyə də toxunulub:
Sevinirik ki, bizim tatar dilində (Azərbaycan dilində) – ilk qəzet yaratmaq səylərimiz səmərəsiz qalmadı, bizim elanımız kütlə tərəfindən rəğbətlə qarşılandı: abunəçilərin miqdarı gözlədiyimizdən çox oldu; abunə hətta ucqar tatar kəndlərində yayılmışdır və biz tamamilə ümidvarıq ki, öz fəaliyyətimizi kiçik qardaşımızın rifahına həsr edəcəyik |
Yenə də qəzetin həmin nömrəsində "Redaksiyadan" adlı məlumatda qeyd edilir ki, "… qəzetimizin tatar şöbəsinə gəldikdə, haqqında danışdığımız mətbəə xahiş etmişdir ki, onun buraxılması gələcək aprelə qədər təxirə salınsın…". Redaksiya daha sonra abunəçilərdən üzr istəyib mətbəə çətinliyini nəzərə almağı rica edir.[1]
Həsən bəy Zərdabi
[redaktə | mənbəni redaktə et]"Bakinskiy listok" qəzetinin 1872-ci il 26 fevral tarixli nömrəsində Həsən bəy Məlikovun "Cəmiyyəti xeyriyyə" təşkilinə başlanması haqqında məqaləsi dərc olunmuşdur. Bu məqalə Həsən bəy Zərdabinin bizə məlum olan ilk məqaləsi kimi tarixi və elmi əhəmiyyətə malikdir. Məqalədə əsasən xeyriyyə cəmiyyətindən, onun əhəmiyyəti və təşkilat məsələlərindən bəhs edilir, cəmiyyətin əsasnaməsi qısa şərh olunur.
Bakıdan köçdükdən sonra Xristian Sink Moskvada yaşamış, pedoqoji və jurnalistlik fəaliyyətini davam etdirmişdir. Xristian Sinklə Həsən bəy Zərdabi arasında dostluq əlaqələri var idi. Real gimnaziyada birlikdə işlədikləri vaxt gənclərin mütərəqqi ideyalar ruhunda tərbiyələnməsində onların dostluğu əhəmiyyətli rol oynamışdır. Xristian Sink sonralar Moskvada yaşadığı illərdə də Həsən bəy Zərdabi ilə əlaqə saxlayır, onunla məktublaşırdı. Onun 1878-ci ilin martında Həsən bəyə göndərdiyi məktubunda deyilirdi:
Mən böyük bir maraqla sizin son zamanlardakı fəaliyyətinizi izləyirdim. Sizin geri çəkilməyə məcbur olduğunuzu bildikdə hirsimdən dişlərimi qıcayırdım. Lakin siz mənim nəzərimdə yenə də qəhrəmansınız. Biz sizinlə azmı, çoxmu iş görmüşük, bilmirəm, nə bacarmışıqsa, onu etmişik və silahı hələ yerə qoymamışıq. |
1880-ci ildə Zərdabi Bakıdan öz doğma vətəni Zərdaba köçən vaxt Xristian Sink Moskvadan ona yazmışdı:
Siz mənim nəzərimdə həmişə ləyaqətli qəhrəman kimi qalırsınız. Az-çox biz bir iş gördük, hələ ki, silahı yerə qoymamışıq. Burada dayanmalıyıqmı? Mən sizin portretinizi gördüm: saçlarınız ağarmışdır, əhli – əyal sahibisiniz. Mənim də artıq ailəm var. Özümüz haqqında fikirləşməyin vaxtıdırmı? Yox, Əzizim Məlikov! |
Xristian Sink adamlara maarif işığı bəxş etmək uğrunda mübarizəni axıradək aparmağı tövsiyə edirdi. Bu barədə ürək sözlərini öz dostu ilə bölüşdürürdü.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Mətbuat tarixi
- Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında
- Xarici dilli mediaya bu gün çox ehtiyac var [ölü keçid]
Ədəbiyyat siyası
[redaktə | mənbəni redaktə et]- RƏF, arxiv 3, Q-2 (67)
- "Russkaya periodiçeskaya peçat". (1702–1894), Moskva, 1959, səh.535
- N. Axundov və S. Muxranskayanın "Bakinski listok" qəzeti" sərlövhəli məqalə. "Bakı" qəzeti. 24 iyun 1971
Mənbə
[redaktə | mənbəni redaktə et]- N. N. Zeynalov. "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı "ADU", 1973 – səh. 50–51,
- Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı). "Azərbaycan mətbuatı tarixi" (1875–1920), Bakı "Elm və Təhsil", 2009 – 43–44 səh.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 "Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006 - 248 səh" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-27.
- ↑ 1 2 "Niyaz Niftiyev, "Mətbuatda multikulturalizm" Bakı, 2017, səh.19" (PDF). 2020-05-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-06-07.
Çar dövründə | Açıq söz • Asari-həqiqət • Arı • Babayi-Əmir • Bakinets • Bakinskaya nedelya • Bakinskaya poçta • Bakinskaya zvezda • Bakinski den • Bakinski dnevnik • Bakinski dosuq • Bakinski listok • Bakinski proletari • Bakinski profesionalnı vestnik • Bakinski raboçi • Bakinski teatralnı kuryer • Bakinski torqovo-promışlenı listok • Bakinski veçer • Bakinskiye izvestiya • Bakinskiye qubernskiye vedomosti • Bakinskiye novosti • Bakinskiye otqoloski • Bakinskiye strelı • Bakinskiye vesti • Bakinskoye exo • Bakı həyatı • Baku • Bəhlul • Bəsirət • Bürhani-Həqiqət • Bürhani-Tərəqqi • Dəbistan • Dəvət • Dirilik • Doğru söz • Duma • Əkinçi • Füyuzat • Günəş • Haqq yolu • Həqiqət • Həqiqəti-əfkar • Həyat • Hilal • Hümmət • İqbal • İqdam • İrşad • İşıq • İttifaq • Kaspi • Kəlniyyət • Kəşkül • Qafqazets • Qafqazın bu tərəfinin xəbəri • Qolos Baku • Qudok • Qurtuluş • Lək-lək • Məlumat • Məktəb • Məzəli • Məzhər • Mirat • Molla Nəsrəddin • Neftyanoye delo • Nicat • Prikaspiyskaya jizn • Proqres • Rəhbər • Rus-İran dostu • Səda • Son xəbər • Sosialist • Sovqat • Şəlalə • Şərqi-rus • Şəhabi-saqib • Şkola i jizn • Şuşinskaya jizn • Şuşinski listok • Tazə həyat • Tazə xəbər • Təkamül • Tərəqqi • Tiflis əxbarı • Trudovoy qolos • Tuti • Vesti Baku • Vestnik Baku • Volna • Vostok • Yelisavetpolski listok • Yelisavetpolski vestnik • Yelisavetpolskiye otqoloski • Yeni füyuzat • Yeni həqiqət • Yeni iqbal • Yeni iqdam • Yeni irşad • Yoldaş • Yujnı Kavkaz • Zənbur • Ziyayi-Qafqaziyyə |
---|---|
İnqilab dövründə | Azərbaycan • Bakı ətrafı fəhlə, əsgər və matros şurasının əxbarı • Bayraqi-ədalət • Byulleteni Diktaturı Sentrokaspiya i Prezidiuma Vremenoqo Komiteta • Cavanlar şurası • Cənub tauşi • El həyatı • Əkinçi • Gənclər sədası • Hümmət • Hürriyyət • İttifaqi-mütəəllimin • İttihad • Qardaş kədəri • Qardaş köməyi • Lətayif • Möhtaclara kömək • Musulmanskiye İzvestiya • Müsavat • Müsəlmanlıq • Naş qolos • Türk sözü • Yeni həyat |
AXC dövründə | Al bayraq • Azərbaycan • Azərbaycan füqərası • Azərbaycan hökumətinin əxbarı • Bakinskaya jizn • Bakinskoye slovo • Bakinskoye utro • Bakı Fəhlə Konfransının Əxbarı • Bednota • Doğru yol • El • Əfkari-mütəəllimin • Əfkari-nəfisə • Fəhlə və əkinçi • Fəhlə və mədəniyyət • Füqəra sədası • Gələcək • Gənc işçi • Gənclər yurdu • Haqq • Hürriyyət (1919, 1920) • Xalq sözü • Xəlqçi • Kommunist • İstiqlal (qəzet, toplu) • Qafqaz Kommunası qəzeti • Qarabağ • Qardaş qayğısı • Qolos truda • Qurtuluş • Mədəniyyət • Məşəl • Molodoy proletari • Molodoy raboçi • Molot • Müdafieyi-millət • Nabat • Naşa jizn • Naşe vremya • Oktyabr inqilabı • Övraqi-nəfisə • Proletari • Raboçaya pravda • Rəhbər • Tartan-partan • Sabah • Şeypur • Vperyod • Yedinaya Rossiya • Yeni həyat • Yoldaş • Zəhmət həyatı • Zəhmət sədası • Zənbur • Znamya truda |
Sovet dövründə | 168 saat • Abşeron • Ağdaş • Arazın səsi • Astara • Aydınlıq • Azadlıq • Azərbaycan (qəzet, jurnal) • Azərbaycan dili və ədəbiyyat tədrisi • Azərbaycan ədəbiyyatşünaslığı • Azərbaycan gəncləri • Azərbaycan Kimya Jurnalı • Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı • Azərbaycan kommunisti • Azərbaycan qadını • Azərbaycan məktəbi • Azərbaycan müəllimi • Azərbaycan pioneri • Azərbaycan SSR Ali Sovetinin məlumatı • Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər • Azərbaycanı öyrənmə yolu • Bakinski komsomolets • Bakinski raboçi • Bakı Universiteti • Bauer und Arbeiter • Bolluq uğrunda • Cənub xəbərləri • Çeşmə • Dağıstan füqərası • Dan ulduzu • Daşkəsən • Dərbənd • Dönüş • El həyatı • Elm • Elm və həyat • Ədəbiyyat və incəsənət • Əqrəb • Gələcək • Gənc müəllim • Gəncənin səsi • Göyçay • Göyərçin • Göyəzən • Həyat • İdman • İqtisadçı • İqtisadiyyat və həyat • İpəkçi • İstiqlal (1921, 1990) • Kirpi • Kür • Qarabağ • Qəbələ • Qızıl qələm • Qızıl Şərq • Qobustan • Qusar • Laçın • Lenin bayrağı (Nuxa, Vartaşen) • Lenins Weg • Lənkəran • Literaturnı Azerbaycan • Meydan • Məhsul • Millət • Mingəçevir işıqları • Molodıye boytsı vostoka • Molodoy kommunist • Muğanın səsi • Müxalifət • Oğuz səsi • Oğuz yurdu • Səhər • Sənətkar • Səs • Sovet Ermənistanı • Sovet Gürcüstanı • Sovet Kürdüstanı • Sumqayıt • Şəfəq • Şəki • Şərq qapısı • Şərurun səsi • Şuşa • Texnoloq • Türkologiya • Ulduz • Ülfət • Vışka • Yeni fikir • Yeni gün • Yeni Həyat • Yeni Tərtər • Yeni yol • Yeni Müsavat • Zaqatala • Zəka |
Mühacirət dövrü | |
Müstəqillikdən sonra | 7 gün • 20 yanvar • 525-ci qəzet • Abituryent • Axtarış • Ailəm • Alternativ • Araz • ATV maqazin • Avropa • Aydınlıq • Ayna • Aysel • Azad Azərbaycan • Azerbaijan International • Azerbaijan Today • Azerbaydjanskiye İzvestiya • AzerNews • Azərbaycan • Azərbaycan arxeologiyası • Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr • Azərbaycan Ordusu • Azərbaycan tarixi şəcərə cəmiyyətinin xəbərləri • Azərbaycanın vergi jurnalı • Bakinets • Bakı Xəbər • Baku • BakuPost • Bioqrafiya • Birja • Birlik • Bizim Əsr • Bizim Yol • Borçalının səsi • Boz qurd • Bu gün • Bütöv Azərbaycan • Carçı Express • Caucasus International • Cəmiyyət və Din • Coğrafiya və təbii resurslar • Cümhuriyət • Çapar • Dalğa • Demokrat • Dədə Qorqud • Dərələyəz • Dəryaz • Dil və Ədəbiyyat • Din araşdırmaları jurnalı • Diplomat • Dodo • Dövlət və Din • Dövran • Ejednevniye novosti • Ekspress • Elm Tarixi • Elman • Exo • Euro Xəbər • Ədalət • Əlyazmalar yanmır • Film Fiction • Filologiya və sənətşünaslıq • Fizika, riyaziyyat və informatika tədrisi • Fokus • Fraza • Futbol+ • Füyuzat • Geostrategiya • Göyqurşağı • Gün Səhər • Günay • Gündəlik Azərbaycan • Gündəm • Haqqın nuru • Hesabat • Həftə içi • Həqiqət yolu • Hərbi and • Hərbi icmal • Həyat Elmləri və Biotibb • Hürriyyət • Xalq Cəbhəsi • Xəzan • Xəzər (qəzet, jurnal) • Xəzər Humanitar və Sosial Elmlər Jurnalı • Xəzər Xəbər • Xürrəm • İki sahil • İqtisadi araşdırmalar • İqtisadi və Siyasi elmlər jurnalı • İlahiyyatçı • İmpuls • İncəsənət və mədəniyyət problemləri • İnformasiya Cəmiyyəti Problemləri • İnformasiya Texnologiyaları Problemləri • İşıq • JPEG • Karvan • Kimlik • Kimya Problemləri • Kitabşünaslıq və redaktor sənəti • Komanda • Kredo • Kurikulum • Qanun • Qarabağa aparan yol • Qarapapaqlar • Qələm • Qoroskop • Le Carrefour • Laçın yurdu • Maarif • Metafizika • Meydan+ • Məktəbli • Mənlik • Mərkəz • Milli təhlükəsizlik və hərbi elmlər • Milli Zəka • Minority • Monitor • Mübariz keşikdə • Müəllim sözü • Mühacir • Müqayisəli ədəbiyyatşünaslıq • Müstəqil Qəzet • Mütərcim • Naxçıvan • Nargis • National Geographic Azərbaycan • Naşir • Nedelya • Novoye vremya • Nöqtə • Oxu məni • Olaylar • Olimpiya dünyası • Ozan dünyası • Palitra • Panorama • Poetika.izm • Polygon • Region Plus • Rezonans • Respublika • Satira • Savalan • Soy • Şəffaflıq • Şərq • Şərq fəlsəfəsi problemləri • Tarix, insan və cəmiyyət • Tarix və onun problemləri • Təbib • Təhsil • Tək səbir • Təzadlar • Tolışon Sədo • Tribun • Tumurcuq • Türküstan • Ulus • Unikal • Urbanizm • Ustad • Üç çizgi • Vedi inform • Vedibasar • Vətən • Vətəndaş həmrəyliyi • Visions of Azerbaijan • Yada düşdü • Yaşat • Yeni Azərbaycan • Yeni nəbz • Yeni Təfəkkür • Yom • Yurd • Zaman Azərbaycan • Zarafat • Zerkalo • Zənbur • World of Azerbaijan (jurnal) |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.