For faster navigation, this Iframe is preloading the Wikiwand page for Hüseyn Zeynalov (dövlət xadimi).

Hüseyn Zeynalov (dövlət xadimi)

Vikipediya, azad ensiklopediya

Hüseyn Zeynalov
bayraq
Azərbaycan SSR ticarət naziri
bayraq2
27 sentyabr 1974 – 20 iyun 1979
ƏvvəlkiAğa Bəşirzadə
SonrakıSvetlana Qasımova
30 mart 1963 – 27 sentyabr 1974
ƏvvəlkiSəməd Süleymanov
SonrakıSabit Abbasəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 3 aprel 1925(1925-04-03)
Doğum yeri
Vəfat tarixi 2009
Vəfat yeri
Partiya

Təltifləri "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
"Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı

Hüseyn Yusif oğlu Zeynalov (3 aprel 1925, Bakı2009, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1974–1979), Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinin rəisi (1963–1974), Azərbaycan SSR Ali Sovetinin VII–IX çağırış deputatı.

Hüseyn Yusif oğlu Zeynalov 3 aprel 1925-ci ildə Bakıda anadan olmuşdur. Atası Yusif Zeynalov Azərbaycanın bir sıra rayonlarında icraiyyə komitəsi sədri vəzifəsində çalışmış, 1937-ci ildə Stalin repressiyalarına məruz qalmışdır.

1940-cı ildə 8-ci sinfi bitirən Hüseyn Zeynalov Bakıda yeni yaradılmış İxtisaslaşmış Dəniz Donanması Məktəbinə daxil olmuş, 1943-cü ildə məktəbi başa vurduqdan sonra təyinatla Frunze adına Bakı Ali Hərbi Dəniz Donanması Məktəbində təhsilini davam etdirmişdir. Bir ildən sonra Xəzər Hərbi Donanmasına hərbi xidmətə göndərilmiş, orduda xidmət etməklə yanaşı, ictimai və siyasi işlərdə də fəallıq göstərərək komsomol təşkilatının katibi seçilmişdir. 1949-cu ildə donanmada xidmət edə-edə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsinə daxil olmuş və buranı 1953-cü ildə bitirmişdir.

Hüseyn Zeynalov 1950-ci ildə ordudan tərxis olunduqdan sonra Azərbaycan SSR Yerli Sənaye Nazirliyində iqtisadçı, şöbə rəisi, Azərbaycan SSR Ticarət Nazirliyində bölmə rəisi vəzifələrində işləmişdir. 1953-cü ildən müəllim, Baş Qənd Ticarəti İdarəsinin və Baş Baqqaliyyə İdarəsinin baş əmtəəşünası, Ticarət Nazirliyinin şöbə rəisi, kollegiya üzvü olmuşdur. 1959-cu ildən Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsində Ticarət şöbəsinin müdiri vəzifəsində çalışmış, 1960–1963-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Maliyyə və plan şöbəsinin müdiri olmuşdur.[1][2]

Hüseyn Zeynalov 1963–1974-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinin rəisi[3], 1974–1979-cu illərdə isə Azərbaycan SSR ticarət naziri vəzifələrində çalışmışdır. Azərbaycan SSR Ali Sovetinin VII, VIIIIX deputatı seçilmiş, Azərbaycan KP MK üzvlüyünə namizəd olmuşdur.[4]

Hüseyn Zeynalov "Oktyabr inqilabı", iki dəfə "Qırmızı əmək bayrağı" ordenləri və medallarla təltif edilmiş, "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adına layiq görülmüşdür. İqtisad elmləri namizədi idi.

  1. Зејналов Һүсејн Јусифович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 168.
  2. Zeynalov, Guseyn Yusufovich // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 715.
  3. "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi". Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (az.). İstifadə tarixi: 2024-07-09.
  4. Зејналов Һүсејн Јусифович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 153.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Hüseyn Zeynalov (dövlət xadimi)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?