Firuzə (opera)
Vikipediya, azad ensiklopediya
Bu məqalə Üzeyir Hacıbəyovun "Firuzə" operası haqqındadır. Digər mənalar üçün Firuzə səhifəsinə baxın. |
Firuzə — Üzeyir bəy Hacıbəyovun yarımçıq qalmış operası.
Tarixçə
[redaktə | mənbəni redaktə et]1945-ci ildə yaradılırdı. Librettosu Ü. Hacıbəyov tərəfindən xalq rəvayətləri əsasında yazılmışdır. İlkin adı "Şəhrəbanu" idi. Bəstələnmiş musiqi parçaları arasında Firuzənin ariyası xüsusilə diqqətəlayiqdir. Onun musiqisi həzinliyi, şairanəliyi ilə fərqlənir. Bu ariya melodiyasının ifadəliliyi və oxunaqlığına görə bəstəkarın yazdığı ən gözəl opera ariyalarından biridir. Operanın librettosu Hacıbəyovun "Seçilmiş əsərləri"nin I cildində (B., 1964) çap olunmuşdur. Firuzənin ariyası Moskvada (Y. Fidlerin tərcüməsi ilə — 1949; P. Pançenkonun tərcüməsi ilə — 1956) və Bakıda (Ü. Hacıbəyov. "Seçilmiş ariyalar, romanslar və mahnılar" toplusu. Tərtibçi və redaktor Ə. Abbasov. B., 1975) nəşr edilmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ü. Hacıbəyovun "Seçilmiş əsərləri"nin I cildi (B., 1964)
- Ü. Hacıbəyov. "Seçilmiş ariyalar, romanslar və mahnılar". Tərtibçi və redaktor Ə. Abbasov. B., 1975.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Fidan Qasımova — Ü. Hacıbəyovun "Firuzə" operasından Firuzənin ariyası
- Ü. Hacıbəyov Elektron Ensiklopediyasında "Firuzə" operası haqqda
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.