Diana Dımçenko
Vikipediya, azad ensiklopediya
Diana Dımçenko | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Diana Anatolyevna Dımçenko |
Vətəndaşlığı |
Ukrayna → Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Xerson, Ukrayna SSR |
Boyu | 182 sm. |
İdman növü | Akademik avarçəkmə |
Diana Dımçenko (8 sentyabr 1989[1]) — Ukraynanı və Azərbaycanı təmsil edən idmançı.
Karyerası
[redaktə | mənbəni redaktə et]Diana Dımçenko 2018-ci ildə Qlazqo şəhərində (Şotlandiya) baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.[2]
2022-ci ilin mayından Azərbaycanı təmsil edən Diana Dımçenko həmin il San-Sebastyan şəhərində (İspaniya) baş tutan sahil avarçəkməsi üzrə Avropa Çempionatının qalibi oldu, Uelsdə baş tutan sahil avarçəkməsi üzrə Dünya Çempionatını isə gümüş medalla başa vurdu.
2023-cü ildə Diana Dımçenko Fransada baş tutan Avropa Çempionatında növbəti dəfə qızıl medalın sahibi oldu, İtaliyada isə Dünya Çempionatını növbəti dəfə gümüş medalla başa vurdu.
Diana Dımçenko 2024-cü ilin aprelində Macarıstanın Seqed şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən lisenziyaya sahib oldu.[3][4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Diana Dymchenko (ing.).
- ↑ Сабухи Муса / Новостной сайт Oxu.az. "Украинская чемпионка мира стала гражданкой Азербайджана - ЭКСКЛЮЗИВ + ФОТО/ВИДЕО". www.oxu.az ( (rus.)). 28.04.2024. 2024-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.04.2024.
- ↑ Azerisport.com idman portalı. "Диана Дымченко завоевала олимпийскую лицензию". www.azerisport.com ( (rus.)). 28.04.2024. 2024-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.04.2024.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan millisinin üzvü "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb". www.azertag.az ( (az.)). 28.04.2024. 2024-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.04.2024.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.