For faster navigation, this Iframe is preloading the Wikiwand page for Döş formalı təpə.

Döş formalı təpə

Vikipediya, azad ensiklopediya

Yunanıstanın Mikonos adasında yerləşən və "Afroditanın döşləri" kimi tanınan təpələr.

Döş formalı təpə – formaca qadının döşünü xatırladan təpə. Bu cür antropomorfik coğrafi quruluşlar dünyanın müxtəlif yerlərində rast gəlinir. Bir çox mədəniyyətdə döş formalı təpələr ana tanrıları ilə əlaqələndirilir və onlara ana tanrıları ilə bağlı adlar verilib. Məsələn, İrlandiyada yerləşən Anunun döşləri xristianlıq öncəsi İrlandiyanın əhəmiyyətli qadın ilahəsi olan Anunun adını daşıyır.[1]

Batovi təpəsi, Uruqvay.

İngiltərənin Mançester şəhərinin adının Mamutsium qəsrinin adından gəldiyi güman olunur və fərziyyəyə görə bu söz kelt dilində "döş formalı təpə" mənasına gəlir. Çünki qəsrin yerləşdiyi yer döş formasını xatırladırmış. Bu ad daha sonra dəyişərək Mançester halını almışdır.[2][3]

Döş formalı təpələrin çoxu yerli məhsuldarlıq və çoxalma ilahları ilə əlaqələndirilir. Hətta bəzi arxeoloji qazıntı yerləri döş formalı təpələrin yaxınlığında yerləşir: Siciliyanın Samson adasının döş formalı Şimal təpəsi və Cənub təpəsində məzarlıqlar kəşf edilmişdir.[4][5] İspaniyanın Araqon bölgəsində yerləşən Burren və Burrera təpələrində Urnfild mədəniyyətinə aid arxeoloji qazıntı yerləri yerləşir.[6]

Döş formalı təpələr və ya dağlarla bağlı tarixdə müxtəlif əfsanələr və miflər qeydə alınmışdır. Məsələn, bir mifə görə Asiyanın naməlum bir regionunda Döş dağı adlı dağ yerləşir və buddist rahib Bodhidharma bu mağarada uzun illər meditasiya ilə məşğul olmuşdur.[7]

Koloniya dövrünün səyyahları və xəritəçiləri bu cür təpələrin adlarını tez-tez dəyişirdilər. Məsələn, Avstraliyada yerli xalq tərəfindən "qadın döşü" mənasına gələn Didthul sözü ilə adlandırılan bir dağ 1770-ci ildə Ceyms Kuk tərəfindən Göyərçin evi dağı olaraq yenidən adlandırılmışdır.

Fransız dilində döş formalı təpəcikləri bildirmək üçün "mamelon" sözündən istifadə olunur.[8] "Mamelon" fransız dilindən tərcümədə "döş giləsi" deməkdir. Mamelon qəsri ruslar tərəfindən tikilmiş və Krım müharibəsi zamanı Sevastopol mühasirəsində fransızlar tərəfindən ələ keçirilmiş qəsr olmuşdur. "Mamelon" sözü vulkanologiyada vulkan mənşəli bir qaya növünü bildirmək üçün də istifadə olunur. Termin ilk dəfə fransız səyyah və təbiətşünas Jan-Batist Bor de Sen-Vensan tərəfindən işlədilmişdir.[9]

Mariya Qevaranın döşləri, Venesuela.
  • Somali Naasa Hablud təpələri; Somali dilində "qız döşləri" mənasına gəlir.
  • Antarktida Una pikləri; Unanın döşləri kimi də tanınır.
  • Kamboca Sro-Plom dağı; kxmer dilində "namuslu qadın döşü" mənasına gəlir.[10]
  • Çin Juşan dağı; çin dilində "döş dağı" mənasına gəlir.
  • Suriya Sadər əl-Əruz təpəsi; ərəb dilində "gəlin döşü" deməkdir.
  • Avstraliya Göyərçin evi dağı; yerlilərin dilində dağ üçün istifadə olunan Didthul sözü "qadın döşü" deməkdir.
  • Uruqvay Batovi təpəsi; quarani dilində "bakirə döşü" deməkdir.[11]
  • Venesuela Mariya Qevaranın döşləri; əfsanəyə görə Venesuela müstəqillik müharibəsi zamanı əsgərləri öz südü ilə bəsləyən Mariya Qevera adlı qadının şərəfinə adlandırılıb.
  • ABŞ Tvin-Piks; ispan konkistadorları buranı "hindu gəlini döşləri" mənasına gələn sözlərlə adlandırmışdılar. ABŞ nəzarətinə keçəndən sonra adı dəyişdirilmişdir.[12]
  • ABŞ Teton silsiləsi; fransız dilindən "döş" deməkdir.[13]
  • Puerto-Riko Las-Tetas dağları; ispan dilində "döşlər" deməkdir.
  • Salvador Çiçontepek vulkanı; pipil dilində "iki döşün dağı" deməkdir.
  • Kanada Anu Kata İpa; 2020-ci ilə kimi "hindu qadını döşü" mənasına gələn ifadə ilə adlanmışdır.[14]
  1. "The feminine in early Irish myth and legend". Scoilnet. 11 June 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 April 2011.
  2. Mills, A.D. A Dictionary of British Place-Names. Oxford: Oxford University Press. 2003. ISBN 0-19-852758-6. 2011-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-12.
  3. Hylton (2003), p. 6.
  4. "Samson, South Hill Chambered Cairn - The Megalithic Portal". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-12.
  5. "Samson, North Hill - The Megalithic Portal". 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-12.
  6. "Burrén. Parque Arqueológico de la Primera Edad del Hierro en Frescano". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-12.
  7. "The Story of Bodhidharma". USA Shaolin Temple. 30 November 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2011.
  8. Moureau, M.; Brace, G. Dictionnaire Du Petrole Et Autres Sources D'Energie: Anglais-Franncais, Francais-Anglais [Comprehensive Dictionary of Petroleum and Other Energy Sources]. Editions Technip. January 2008. səh. 936. ISBN 2-7108-0911-7. 9 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2011.
  9. Decobecq, Dominique. "L'histoire du cratère Dolomieu (Piton de la Fournaise)" (fransız). 9 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2011.
  10. Lay, Vicheka. "Cambodian Resort "Virtuous Woman's Breast" Mountain". Free Online Library. 2007. İstifadə tarixi: 4 April 2011.[ölü keçid]
  11. "Cerro Batoví" (ispan). Enciclopedia Geográfica del Uruguay. 25 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2011.
  12. sfgov.org Arxivləşdirilib 14 iyun 2011 at the Wayback Machine
  13. "Geology". Jackson Hole.com. 2011. 8 February 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 April 2011.
  14. "Squawteat Peak archaeological site, The Handbook of Texas". 2019-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Döş formalı təpə
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?