For faster navigation, this Iframe is preloading the Wikiwand page for Bruney əhalisi.

Bruney əhalisi

Vikipediya, azad ensiklopediya

Bruney əhalisinin artım qrafiki

Bruney — əhalisi əsasən malayyalılardan ibarət Cənub-Şərqi Asiya ölkəsidir. Ümumən əhalisinin 87%-ni bruneylilər(o cümlədən malayyalılar – 37%, dayaklar – 26%, çinlilər – 15%, koreyalılar – 9%) təşkil edir; qalanları Malayziyadan, İndoneziyadan, Filippindən, Hindistandan gəlmələr, həmçinin ərəbləringilislərdir.

Bruney əhalisinin sayı daima artır (1981-ci ildə 192,8 min nəfər; 1999-ci ildə 330,7 min nəfər). Əhalinin artımı (2002-ci ildə 2,4%, 2005-ci ildə 1,9%) təbii dinamikanın və əmək qabiliyyətli əhalinin miqrasiya axınının nəticəsidir. Doğum səviyyəsi (2005-ci ildə hər 1000 nəfərə 19,0 nəfər) ölüm səviyyəsini (hər 1000 nəfərə 3,4 nəfər) xeyli üstələyir; fertillik göstəricisi 1 qadına 2,3 uşaqdır. Uşaq ölümü 1000 nəfər diri doğulan uşağa 12,6 nəfərdir. Xarici miqrasiyaların saldosu müsbətdir– hər 1000 nəfərə təqr. 3,5 miqrant (2005). Gəlmələrin əksəriyyəti Cənub-Şərqi Asiyadan və Çindəndir. Əsasən, kişilərin immiqrasiyası əhalinin cinsi strukturunda balansın xeyli pozulmasına gətirib çıxarmışdır: hər 100 qadına orta hesabla 109 kişi düşür.[1]

Əhalinin yaş tərkibi

Əhalinin tərkibində 15 yaşınadək uşaqların xüsusi çəkisi 28,6% (2005), yaşlıların (65 yaş və ondan yuxarı) – 3,0%, əmək qabiliyyətli insanların isə 68,4% təşkil edir. Gözlənilən orta ömür müddəti 74,8 ildir (kişilərdə – 72,4, qadınlarda – 77,4). Uşaq ölümünün göstəricisi: Hər doğulan 1000 nəfərə 12,69 ölüm. Kişilər - 15,19Ş qadınlar - 10,07 (2009 ). Əhalinin orta sıxlığı 1 km²-də 73 nəfərdir (2005). Məskənlərin çoxu ölkənin içərilərində, əsas nəqliyyat yolları olan dəniz sahilində və çay dərələrində yerləşir. Əhalinin 2/3-si Bruney-Muara paytaxt distriktində (1 km²-də 440 nəfərdən çox) cəmləşmişdir. Temburonq distriktində əhali seyrəkdir (1 km²-də 8 nəfər). Ölkə əhalisinin 3/4-ü şəhərlərdə yaşayır. Şəhər əhalisi ümumi əhalinin 79%-ini təşkil edir. (2009). Şəhər əhalisinin illik təbi artımı : 2,8% -dir (2005-2010). Ən iri şəhəri Bəndar-Səri-Bəqavandır (290,1 min nəfər, 2010). Digər şəhərləri: Kuala-Belayt, Seria və Tutonqdur.[2]

İqtisadiyyatda çalışan 152 min nəfərdən (2003; təqr. 60%-i əcnəbilərdir) sənayedə təqribən 2/3-si, xidmət sahəsində 1/3-i, k.t., meşə təsərrüfatı və balıqçılıqda təqribən 3%-i çalışır. İşsizlər 5% təşkil edir. Dindarların əksəriyyəti müsəlmandır (67%-i); 13%-i buddistlər, 10%-i xristianlar və 10%-i ənənəvi dini etiqadlarını saxlayanlardır.[3]  

Bruney // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 590. ISBN 978-9952-441-03-1.

  1. "Live births, deaths, and infant deaths, latest available year (2002 - 2016)" (PDF). 2022-09-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23.
  2. "The World Factbook". 2007-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
  3. "Social indicators Please note this page is currently under revision". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Bruney əhalisi
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?