For faster navigation, this Iframe is preloading the Wikiwand page for Filippin.

Filippin

Vikipediya, azad ensiklopediya

Filippin
Republika ng Pilipinas
Republic of the Philippines
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Maka-Diyos, Makatao, Makakalikasan, at Makabansa»
Himn: Lupang Hinirang
Seçilmiş Torpaq
Rəsmi dilləri
Paytaxt Manila
İdarəetmə forması respublika
Sahəsi
 • Ümumi 300000 km²
Əhalisi
 • Əhali 105.000.000 nəfər
Valyuta Filippin pesosu
İnternet domeni .ph
ISO kodu PH
BOK kodu PHI
Telefon kodu +63
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Filippin

Filippin (filip. Pilipinas; ing. Philippines) və ya rəsmi adı ilə Filippin Respublikası (filip. Republika ng Pilipinas; ing. Republic of the Philippines) — Cənub-şərqi Asiyada ada-dövlət. Filippin Sakit okeanda yerləşir və ölkə qərbdən Cənubi Çin dənizi, şərqdən Filippin dənizi, cənub-qərbdən Sulavesi dənizi ilə əhatə olunmuşdur. Şimaldan Tayvan, şimal-şərqdən Yaponiya, şərqdən Palau, cənubdan İndoneziya, cənub-qərbdən MalayziyaBruney, qərbdən Vyetnam, şimal-qərbdən isə Çinlə su sərhəddinə malikdir. Paytaxtı Manila, ən böyük şəhəri Keson, ümumi sahəsi 300,000 kvadrat kilometr, əhalisinin sayı 105 milyon nəfərdən çoxdur. Filippin şimaldan cənuba doğru Luson, VisayMindanao adaları başda olmaqla 7641 adadan ibarətdir.

border=none Əsas məqalə: Filippin tarixi

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Filippin dövləti Asiyanın cənub-şərqində, Malay arxipelaqına daxil olan Filippin adalarında yerləşir. Filippin dövlətinə mənsub olan 7100-dən çox adanın ən iriləri Luson, Mindahao, Samar, Panay, Palavan, Neqros, Mindoro, Sebu, Leyte adası və Boxol adalarıdır. 860 adada məskunlaşma vardır. Filippin arxipilaqının şimaldan cənuba doğru uzunluğu 2000 km, qərbdən şərqə doğru 900 km.-dir. Arxipelaqın qərb sahillərini Cənubi Çin dənizinin, şərqdə Filippin dənizinin, cənubda Sulavesi dənizinin suları yuyur, şimalda Filippin arxipelaqını Tayvan adasından Başi boğazı ayırır. Filippin adalarının ən şimal nöqtəsi Batanes adası, ən cənub nöqtəsi Sibutu adası, ən qərb nöqtəsi Balabak adası, ən şərq nöqtəsi Mindanao adası dır. Sahil xətlərinin uzunluğu 36,3 min kv. km.-dir. Adaların ümumi sahəsi 299,7 min kv. km.-dir.

Paytaxtı Manila şəhəridir. Şimalda Tayvan, cənubda Malayziyaİndoneziya, şərqdə Sakit okean, qərbdə isə Cənubi Çin dənizi ilə həmsərhəddir. Sahəsi 300 min kvadrat kilometrdir. Əhalisi 81 milyon nəfərdir. Onların çoxu filippinlilərdir. Əhalinin 43%-i şəhərlərdə yaşayır. Rəsmi dili Filippin dili dir. İspan diliingilis dili də istifadə olunur. İqlimi subekvatorial və tropikdir. İyundan sentyabradək yağışlar yağır. Orta illik temperatur yay və qışda +27 dərəcədir. Ən iri adaları 75%-i yayla və dağ massivlərindən ibarət olan ərazi 74 əyalətə bölünüb. Filippinlər Respublikası aktiv seysmoloji zonada yerləşir. Fəaliyyətdə olan və sönmüş vulkanların sayı 50-ə yaxındır. Çayları itiaxandır. Pul vahidi pesodur[4]. Mindanao adasında Müsəlman Mindanao Muxtar Bölgəsi fəaliyyət göstərir.

V əsrdən başlayaraq müasir Filippinin ərazisində müxtəlif xalqların və mədəniyyətlərin qovuşmasından yaranmış sivilizasiya formalaşmışdır. Adaların neqritlərdən və aetlətdən ibarət yerli əhalisi tarixəqədər dövrdə adaların geniş ərazilərinə yayılsalar da, nəhayət, sıx meşələrə çəkildilər. Sonralar, adalarda Tayvan vasitəsilə Cənubi Çindən gələn və avroneziya dillərində tayfalar məskunlaşdılar. VIII əsrdə bu ərazilərdə Çin tacirləri daha tez-tez görünürdülər. VV_XVII əsrlərdə hind-malay dəniz krallığına daxil olan Filippinə 1521-ci ildə gələn Fernando Magellan yerli tayfalarla toqquşmalardan birində öldürülmüşdür.

XIV əsrdə Filippin ərazisinə ərəblər gəldilər. Filppinin şimalındakı adalara (indiki Manila ərazisinə) ilk Avropalılar gələnədək Cənub-şərqi Asiyada yerləşən Şrivicay krallığına xərac ödəyən, eyni zamanda müstəqil daxili idarəetmə səlahiyyətlərinə malik racə tərəfindən idarə olunurdu.

İspan idarəçiliyi dövrü

[redaktə | mənbəni redaktə et]

1521-ci ildə Fernando Magellanın başçılığı ilə ispan ekspedisiyası Filippin sahillərinə çıxdı. 27 aprel 1565-ci ildə ispan konkistadoru Migel de Laqaspi 400 nəfər silahlı əsgərin müşaiyəti ilə adaya gəldi və ilk ispan yaşayış məntəqəsinin — San Migel yaşayış məskəninin əsasını qoydular. Sonralar ispanlar adanı İspaniya kralı II Filippin şərəfinə Filippin adlandırdılar. Bu ərazi Yeni İspaniyanın vitse-kralına tabe edildi. Əhalisi əsasən müsəlman olan qiyamçı cənub əyalətləri istisna olmaqla, digər ərazilərdə ispan dili və katolik dini geniş yayıldı.

1762-ci ildə ağır döyüşlərdən sonra Manila şəhəri Böyük Britaniyanın müstəmləkə ordusu tərəfindən işğal edilsə də, növbəti il həmin ərazilər İspaniyaya qaytarıldı. XVIII əsrin sonlarında Filippində separatizm hərəkatı genişləndi. Müsəlmanlar və yerli Çin diasporu İspaniya əleyhinə mübarizəni gücləndirdilər.

Görməli yerlər

[redaktə | mənbəni redaktə et]

Sebu Filippininlər böyüklüyünə görə ikinci şəhəri və eyniadlı adanın paytaxtıdır. Əsası 1565-ci ildə qoyulub. Onun kəşfi 1521-ci ldə gəmisi burada lövbər salmış Fernando Magellanın adı ilə bağlıdır. Dünya qoruğu hesab olunan Palavan adasına da baş çəkməyiniz məsləhətdir. Burada uzunluğu səkkiz kilometr olan yeraltı çay vasitəsilə birləşən mağaralar çox diqqət çəkir. Adanın mərkəzində timsah ferması fəaliyyət göstərir. Zamboanqo şəhəri Filippinlər arxipelaqında ən romantik və maraqlı məkanlardan biri hesab olunur. Maniladan 250 km şimalda, yumşaq iqlimi və təmiz havası ilə seçilən dağ kurortu Bagio yerləşir. Bu şəhər dəniz səviyyəsindən 1525 m yüksəklikdədir və ölkənin yay paytaxtı sayılır. Borakaysa dünyanın ən gözəl adalarından biridir. O, eni 50 m, uzunluğu 4 km olan "Ağ çimərliyi" ilə məşhurdur.[4]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 7 // Constitution of the Philippines. 1987.
  2. http://ncca.gov.ph/subcommissions/subcommission-on-cultural-disseminationscd/language-and-translation/development-of-filipino-the-national-language-of-the-philippines/.
  3. 7 // Constitution of the Philippines. 1987.
  4. 1 2 "Dünyanın ən gözəl adalarından biri Filippində yerləşir". 2011-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-09-09.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Filippin
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?