For faster navigation, this Iframe is preloading the Wikiwand page for Boris Yakobi.

Boris Yakobi

Vikipediya, azad ensiklopediya

Boris Yakobi
alm. Moritz Hermann von Jacobi
Doğum tarixi 9 (21) sentyabr 1801[2]
Doğum yeri
Vəfat tarixi 11 mart 1874(1874-03-11)[2][3] (72 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Smolensk lüteran qəbiristanlığı[d][8][9]
Elm sahələri elektrik mühəndisliyi, fizika[1]
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Demidov mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boris Yakobi (alm. Moritz Hermann von Jacobi‎; 9 (21) sentyabr 1801[2], Potsdam[7]11 mart 1874[2][3], Sankt-Peterburq[7]) — alman və rus fiziki.

Görkəmli alman və rus fiziki və elektrotexniki Yakobi (Morits German) Almaniyanın Potsdam şəhərində anadan olub. İbtidai təhsilini evdə, orta təhsilini isə yerli gimnaziyada alıb. Məktəb dövründən Yakobi dəqiq elmlərlə maraqlanmış, elmi-texniki yaradıcılığa daha çox meyl göstərirmiş. O, 1821-cı ildə Berlin Universitetinə daxil olub, bir ildən sonra Qettingen universitetinə keçir və 1823-cü ildə fizika-texnika fakültəsini bitirir. Tələbəlik illərində və ondan sonrakı dövrdə Yakobi həmişə öz təhsilini müstəqil olaraq artırırmış. O, fizika və texnika, inşaat texnikası və arxitektura elminin nailiyyətlərini diqqətlə izləyərmiş.

Berlin və Potsdam arasındakı böyük körpünün layihəsini Yakobi hazırlamışdır. Yakobinin işləri elektromaqnetizm və onun praktik tətbiq sahələrinə aiddir. 1833-cü ildə Yakobi Kalininqrad şəhərinə böyük qardaşının yanına işləməyə gedir. Onun qardaşı Karl Rusiyaya xaricdən dəvət olunan alimlərdən olub. 1827-ci ildən yerli universitetdə riyaziyyat və mexanika professoru işləmişdir. Yakobi burada yol və körpü tikintisi üzrə mühəndis işləməyə başlayır. O, eyni zamanda elektrik və maqnetizmə aid ədəbiyyat oxuyaraq evdə müstəqil eksperimentlər aparmış və 1835-ci ildə özü düzəltdiyi elektrik maşınını Paris Akademiyasına göndərmişdir. 1837-ciildə Yakobi elektrik mühərrikini qayıqda tətbiq etdikdən sonra az vaxt içərisində elektrik mühərrikləri üzrə görkəmli mütəxəssis kimi tanınır. Ona görə də elektrik mühərrikinin donanmada tətbiqi məsələsini həll etmək üçün Yakobi Petroqrada çağırılır.

Rusiyaya gələrkən Yakobi rus vətəndaşlığını qəbul edib, öz adını dəyişərək Boris Semyonoviç qoyur və rus qadını ilə evlənir. Ölümünə qədər olan 39 il müddətində Yakobi bütün bilik, bacarıq və qüvvəsini rus elminin, texnikasının və sənayesinin inkişafına sərf etmişdir. Yakobi həmişə Rusiyanı özünün ikinci vətəni hesab etmişdir.

Yakobi dünyada, praktikada işlədilmək üçün yararlı olan ilk elektrik mühərriklərini qurmuşdur. O, elektrometallurgiyanın əsasını təşkil edən qalvanostegiya və qalvanoplastikanın ixtiraçısıdır.

1838-ci ildə dünyada birinci olaraq mühərrikli qayıq B.S.Yakobi tərəfindən düzəldilmiş və Neva çayında sınaqdan keçirilmişdir. Gücü 0,75 at qüvvəsində olan bu qayıq 12 nəfər adamı su axınının əksinə yaxşı hərəkət etdirmişdir. Qayıq 7 saat müddətində axına qarşı 2 km/saat sürətlə hərəkət etmişdir. 1839-cu ildə Yakobi Lentslə düzəltdiyi elektrik mühərrikini dəmir yolunda da tətbiq etmişlər.

Yakobi fizika tarixində elektromaqnetizmi elektrotexnikaya çevirən ən görkəmli alimdir. Onun elmi yaradıcılığı elmin nailiyyətlərini praktikada ehtiyac olan sahəyə tətbiq etmək olmuşdur.

1842-ci ildə Yakobi tətbiqi mexanika üzrə, 1847-ci ildə isə texnologiya və tətbiqi kimya üzrə Akademik təsdiq olunur.

Yakobi elektrik teleqrafının təkmilləşdirilməsi üzərində işləmiş və yaxşı nəticə almışdır. 1843-cü ildə Yakobi Peterburqla Sarskoe Selo arasında teleqraf əlaqəsi yaradarkən dünyada birinci olaraq məftilin birini yerlə əvəz etmişdir.

B.S.Yakobinin mühüm elmi işlərindən biri də 1838-ci ildə qalvanoplastikanı kəşf etməsidir. Onun bu kəşfi elektrokimyanın ən böyük nailiyyətlərindən biridir. Qalvanoplastik üsulla çıxarılan surətlər qəzet və kitab çap etmək işində ən mühüm vasitədir. Ştamplar, möhürlər, patefon plastinkası və s. qalvanoplastik üsulla hazırlanır.

İncəsənət abidələri, teatr, muzey bəzəkləri və s. hazırlamaq üçün 1840-cı ildə Peterburqda böyük zavod işə düşmüşdür. Petropavlovski kilsəsinin bəzəyi üçün 46 pud qızıl sərf etməklə düzəldilən əşyalar orada hazırlanmışdır.

Yakobinin digər ixtiralarından biri də 1850-ci ildə hərflərlə yazan elektrik teleqrafını kəşf etməsidir. Bu kəşflərlə yanaşı hərbi texnika, metrologiya, müqavimət etalonu və s. sahədə mühüm işlər görmüşdür.

Yakobi 1847-ci ildən Peterburq EA-nın üzvü seçilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Boris Yakobi
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?