Bayrami təriqətı
Vikipediya, azad ensiklopediya
Bayramilik - Sufi İslam təriqətidir.
Yaranması
[redaktə | mənbəni redaktə et]Təriqətin banisi Hacı Bayram Vəli (vəfatı: 1429-cu il) Ankara şəhərinin yaxınlığındakı Zülfədl kəndində dünyaya gəlmişdir. Dini elmlərlə yiyələndikdən sonra mədrəsədə müəllimlik etmişdir. Lakin sonralar tədrisdən ayrılaraq məşhur sufi Əbu Hamidəd-Din Ağsarayinin (vəfatı: 1412-ci il) başçılığı altında təsəvvüf yoluna qədəm qoymuşdur. Onun ölümündən sonra Hacı Bayram Ankarada təkyə (dərgah) yaradaraq dövrünün ən hörmətli və nüfuzlu sufi şeyxlərindən birinə çevrilmişdir. Sultan II Muradın dəvəti ilə o, Ədirnəyə (Adrianopola) gələrək, burada məşhur dövlət və elm xadimləri ilə tanış olmuş, nüfuzu daha da artmışdır.
Hacı Bayram Vəlinin davamçısı (xəlifəsi) Ağ Şəmsəd-Din İstanbulu fəth etmiş böyük sultan II Mehmət Fatihin müəllimi olmuşdur. Bundan başqa Yazıcıoğlu Mehmet, Əhməd Bican, Ağbıyıq Sultan, Dədə Ömər Sikkini kimi tanınmış sufilər də onun xəlifələrindəndirlər. Tədqiqatçılar hesab edirlər ki, öz mənəvi varisliklərini göstərən silsilələrə və metodologiyalarına görə Bayrami təriqətinin üsulları Nəqşibəndiliyin və Xəlvətiliyin üsullarını təkrarlayır və özündə birləşdirir.
Dünyagörüşləri
[redaktə | mənbəni redaktə et]Bayramilərin dünyagörüşü bir çox hallarda İbn Ərəbinin dünyagörüşünə yaxındır. Öz mərasimlərində onlar çox vaxt ucadan deyilən cəhri, bəzən isə pıçıltı ilə deyilən xəfi zikrlərdən istifadə edirlər. Bayramilərin əsas doktrinaları "cəzbə, sevgi və ilahi sirr"dir. Bu təriqətin yazılı ədəbiyyatını əsasən Ağ Şəmsəddin qələmə almışdır. Hacı Bayram Vəlidən isə heç bir əsər qalmamışdır.
Bu təriqət Anadoluda və Balkan yarımadasında yayılmışdır. Mənsubları çox da hündür olmayan ağ mahuddan tikilmiş altıguşəli papaq geyinirmişlər.
Qolları
[redaktə | mənbəni redaktə et]Bayramilər təriqətinin üç əsas qolu vardır:
- Ağ Şəmsəd-Dinə aid edilən Şəmsiyyə (Dövrümüzdə məhz bu qol klassik bayramilik hesab edilir);
- Dədə Ömər Sikkiniyə aid edilən Məlamiyə;
- Ağbıyığa aid edilən Cəlvətiyyə.
Cəlvətiyyə daha sonralar müstəqil sufi təriqətinə çevrilmişdir. Osmanlı imperiyasında bu təriqətin inkişafı zəmanəsinin ən savadlı və mömin insanlarından olmuş Əziz Mahmud Hüdainin (vəfatı: 1628-ci il) adı ilə bağlıdır. O, otuzdan artıq əsərin müəllifi olmuş və minlərlə tələbə yetişdirmişdir. Cəlvətiyyənin daha sonrakı inkişafında İsmail Həqqi Bursalı (vəfatı: 1724-cü il) da çox işlər görmüşdür.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Müəllif: Aydın Əlizadə - "Cəmiyyət və Din" qəzeti
Sufi anlayışlar | |
---|---|
Sufi fəaliyyəti | Nəşid • Zikr • Hədra • Müraqəbə • Qəvvali • Səma • Ziyarət |
Təriqətləri | Əkbərilik • Ələvilik • Əşrəfilik • Əzimilik • Bələvilik • Bayramilik • Bəktaşilik • Çiştiyyə • Qalibilik • Gülşənilik • Hürufilik • İdrisiyyə • Cəlvətilik • Cərrahilik • Xalidilik • Xəlvətilik • Kübravilik • Mədarilik • Məlamətilik • Mövləvilik • Müridilik • Nəqşibəndilik • Nəqşibəndi-Üveysilik • Nasuhilik • Nemətullahiyyə • Nöqtəvilik • Qadiriyyə • Qələndərilik • Rahmaniyyə • Rifailik • Səfəvilik • Şaziliyyə • Şəttarilik • Sührəvərdiyyə • Sünbulilik • Ticaniyyə • Uşşaqilik • Üveysilik • Zahidilik |
Tanınmış erkən sufi və mistiklər | Əbdülxaliq Gücdəvani • Xacə Abdullah Ənsari • Əbdülqadir Gilani • Əbusəid Fəzlullah • Abdulla Dağıstani • Afaq Xoca • Əhməd Qəzali • Əhməd Yəsəvi • Əhməd Bədəvi • əl-Qəzali • Əlaəddin Əli • Əxi Əmrə • Əxi Məhəmməd Xəlvəti • Əxi Evrən • Mənsur Həllac • Əlişir Nəvai • Əbdülhəsən Xərrəqani • Qasım ibn Məhəmməd • Davud əl-Qeysəri • Sədrəddin Qonəvi • Seyid Əmir Kulal • Ərdəbili • İbn Ata Allah • Fəridəddin Əttar • Balım Sultan • Baba Fəxrəddin • Bəhaiddin Nəqşibənd • Bənde Navaz • Baba Kuhi Bakuvi • Xoca Baqi Billah • Bəyazid Bistami • Şah Əbdüllətif Bittai • Büll Şah • Şah Qulam Dəhləvi • İbraim Desuki • Əsəb Ərbili • İbrahim Hakkı Ərzurumi • Fəridəddin Gəncşəkər • Fudayl ibn İyad • Fuzûlî • Qalib • Muiniddin Çişti • Xoca Qulam Fərid • Gül Baba • Hacı Bayram Vəli • Cahanşah Həqiqi • Dədə Ömər Rövşəni • Hacı Bəktaş Vəli • Həbib Qaramani • Hafiz Şirazi • İzzəddin Həsənoğlu • Xalid Bağdadi • İmam əl-Həddad • Həmədani • Cəmaləddin Əhməd • Usman Haruni • Əbdülhəsən Hacvəri • İbrahim ibn Adham • ibn Ərəbi • İbrahim Gilani • Fəxrəddin İraqi • Cabir ibn Həyyan • Cahangaşt • Cami • Cani Canan • əl-Cauzi • Cili • Cüneyd Bağdadi • Kākī • Kaliyarī • Kərxī • Ömər Xəyyam • Əmir Xosrov Dəhləvi • Nemətullah Naxçıvani • Nəcməddin Kübra • Mahmud Urməvi • Mahmud Şəbüstəri • Məhdumqulu • Mahmud Hüdayi • Nəimi • Əbunnəcib Sührəvərdi • Nasīmī • Natar Vəli • Nemətulla Vəli • Nizaməddin Auilyyə • Nurī • Osman Baba • Ömər Xəlvəti • Qütbəddin Əbhəri • Pir Məhəmməd Ərzincani • Pir Sultan Abdal • Qütbəddin Heydər • Qütbəddin Şirazi • Rəbbani • Rəbia Bəsri • Razī • Rifai • Rūmī • Sarı Saltuk • Sədi Şirazi • Sədrəddin Xiyavi • Səhl-Tustari • Səlman Farsi • Sənai • Seyid Yəhya Bakuvi • Simnani • Silistrəvī • Sultan Vələd • Surx Buxarī • Şah Vəliullah • Şazili • Şəms Təbrizi • Şibli • Şeyx Ədəbalı • Şeyx İbrahim Gülşəni • Şeyx Rüknəddin Əbdülfəth • Şeyx Əhəri • Şihabəddin Ömər Sührəvərdi • Şihabəddin Yəhya Sührəvərdi • Şükrullah Xəlvəti • Veysəl Qarani • Yusif Müsküri • Yunus Əmrə • Zəkəriyyə • Zərruq • Zünnun Misiri • Tapdıq Əmrə |
Tanınmış müasir sufi və mistiklər | Baba Rexheb • Abdal Hakim Murad • Əbdülqdir as-Sufi • Əhməd Kayhan Dədə • Abdula ah Nəqşibəndi • Əhməd Ələvi • Əbdürrəhman əl-Şaquri • Aşfaq Əhməd • Qələndər Baba Auliyə • Xoca Şəmsəddin Əzimi • Məhəmməd Muhaiyəddin • Feysəl Abdul Rauf • Riaz Əhməd Gövhər Şahi • Qalib Həsən Quşçuoğlu • Qulam Mustafa Xan • Hafiz Qamaruddin Çişti Sabiri • Hişam Kabbani • Həzarat Mai Safura Qəiriyyə • Məhər Əli Şah • Məhəmməd Ələvi l-Maliki • Nazim əl-Haqqani • Seyid Vahid Əşrəf • Nuh Ha Mim Keller • Nurəddin Durki • Ömər Əli Şah • Osman Nuri Topbaş • Pir Zülfiqar Əhməd • Məhəmmd Əbdülqədir Siddiqi Qədri • Əhməd Rza Xan Bərləvi • Rəşad Fild • Sahib Qiblə Fültli • Səid Əfəndi əl-Çirkaşi • Qüdrətullah Şəhab • Sufi Bərkat Əli • Seyid Şücaət Əli Qədri • Məhəmməd Tarhir-ül-Qədri • Tahir Allauddin • Tacəddin Məhəmməd Bədrəddin • Varis li Şah • Vasif Əli Vasif • Zahin Şah Taci |
Sufizm tədqiqatçıları | |
Sufizm mövzuları |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.