For faster navigation, this Iframe is preloading the Wikiwand page for Asəf Cəfərov.

Asəf Cəfərov

Vikipediya, azad ensiklopediya

Asəf Cəfərov
Doğum tarixi 28 iyul 1927(1927-07-28)
Doğum yeri
Vəfat tarixi 3 aprel 2000(2000-04-03) (72 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam
Təhsili
Janr portret
Mükafatları "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 1989 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı

Asəf (Ağasəf) Əli İskəndər oğlu Cəfərov (28 iyul 1927, Bakı3 aprel 2000, Bakı) — Azərbaycan SSR xalq rəssamı (1989).

Asəf Əli İskəndər oğlu Cəfərov 1927-ci ildə Bakıda, İçərişəhərdə anadan olmuşdur. 1945–1950-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində ilk rəssamlıq təhsilini almış, 1951–1957-ci illərdə B.İ. Surikov adına Rəssamlıq İnstitutunda[rus.] ali təhsilini davam etdirmişdir. 1957-ci ildə İnstitut tərəfindən Hindistan va Pakistana yaradıcılıq ezamiyyətinə göndərilmişdir.[1] "Bilərzik seçimi" (1957) həmin dövrün seçilən işlərindəndir.

A. Cəfərov tematik tablo, portret, mənzərə və natürmort janrlarında özünə məxsuz kompozisiya, kolorit və işlənilmə üslubu ilə fərqlənən əsərlər qalereyası yaratmışdır. Rəssamın yaradcılığında milli çalarlar, folklora müraciət və ənənəvi məzmunlu mövzular üstünlük təşkil edir. Rəssam bədii estetik təsir yükünə malik süjetli əsərlər yaratmışdır. Buna misal olaraq "Tarlada", "Dəniz kənarında", "Görüş", "Mənim Azərbaycanım", "Musiqiçilər" və başqalarını qeyd etmək olar. Asəf Cəfərov həm də bir çox portretlərin muəllifidir. Buna misal olaraq onun "Ə.Vahid", "V.Mustafazadə", "S.Bəhlulzadə", "Arif Məlikov", "Cəfər Cabbarlı", "Vəcihə Səmədova", "Rəşid Behbudov" və s. portretlərini göstərmək olar. Rəssam bölgələrə yaradıcılıq ezamiyyətlərindən sonra maraqlı əsərlər yaradıb."Bakıda qar", "Qaş-Qaş", "Xəzər dənizi" adlı mənzərələri fırça ustasının belə əsərlərindəndi. O, həmçinin Abşeron mənzərələri silsiləsi üzərində işləmişdir: "Abşeron", "Daş hasarlar", "Maştağa kəndi", "Abşeronun qızıl qumları", "Bakıda qış", "İsti gün", "Qış", "Əncir kolu", "Bahar", " Axşam motivi" və s. A.Cəfərov tarixi janra da müraciət etmişdir. Bu sıradan "Nəsimi azad düşüncəlilərin məclisində", "Oyanış" əsərlərinin adını qeyd etmək olar.[2][3]

Asəf Cəfərov yaradıcılıq ezamiyyətlərində olduğu xarici ölkələrdə (İtaliya, Avstriya, Almaniya və s.) yeni ruhlu tablolar yaradıb. Rəssam bir çox beynəlxalq sərgilərin iştirakçısı olmuşdur, Avstriyada "Dünya Təsviri Sənət Sərgisi"-də (1980) "Qran Pri" mükafatını qazanmışdır.[4]

Rəssam Asəf Cəfərov 3 aprel 2000-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Şair Ağadadaş Münirinin nəvəsidir.

  1. "Xalq rəssamı Asəf Cəfərovun 90 illik yubileyi". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-05.
  2. "Asəf Cəfərov". 2018-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-05.
  3. Xalq rəssamının yubileyinə həsr olunmuş sərgi açılıb
  4. "Milli ruhlu rəssam". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Asəf Cəfərov
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?