For faster navigation, this Iframe is preloading the Wikiwand page for Adi tülkü.

Adi tülkü

Vikipediya, azad ensiklopediya

Adi tülkü
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Tipüstü:
Yarımtip:
Klad:
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Klad:
Amniota
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Yarımsinif:
İnfrasinif:
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Klad:
Scrotifera
Qranddəstə:
Ferungulata
Mirdəstə:
Klad:
Pan-Carnivora
Klad:
Carnivoramorpha
Yarımdəstə:
Fəsilə:
???:
Adi tülkü
Beynəlxalq elmi adı

Adi və ya qırmızı tülkü (lat. Vulpes vulpes) itlər fəsiləsindən (lat. Canidae) olan yırtıcı məməli növüdür.

Adi və ya başqa adla qırmızı tülkü Avrasiyanın böyük hissəsini, AfrikaAmerikanın şimal vilayətlərini əhatə edən geniş areala malikdir. Bu nəhəng ərazidə tülkülərin fərdi və coğrafi, xüsusən rəng müxtəlifliyi o qədər böyükdür ki, zooloqlar 40-a yaxın yarımnöv ayırd edirlər.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqazda o cümlədən Azərbaycanda düzən, meşə və dəniz səviyyəsindən 3000 m-dək yüksəkdə olan dağ zonalarında yaşayır. Azərbaycanda ona ən çox Kür-Araz ovalığının açıq landşaftlarında, xüsusən Muğan, Mil, Şirvan və digər rayonların becərilməyən torpaqlarında, Kiçik Qafqazın düzən, dağətəyi rayonlarında təsadüf edilir. Meşə zonalarında azsaylıdır. Kür, Araz, AlazanQabırrıçay çayları boyunca yerləşən tuqay və digər meşələrdə onlara çox nadir hallarda təsadüf olunur. Subalp çəmənliklərdə tülkülərin sayı meşə zonalarına nisbətən çoxdur, lakin Böyük və Kiçik Qafqazın alp çəmənliklərində isə azsaylıdırlar[3]. Ümumiyyətlə tülkülərin bu və ya digər biotopda sayı bitki örütyündə, torpağın quruluşundan, yerin relyefindən, qidanın miqdarından və digər şərtlərdən daha çox asılıdır.

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

İtlər fəsiləsinə aid olan növlərin ən kiçiyidir. Bədənin uzunluğu 57–73 sm, başın uzunluğu 15–21 sm, qulaqlarının uzunluğu 7.9–12 sm-dir. Çəkisi 2,8–5,3 kq, orta hesabla 3,7 kq-dır. Sıx və tüklü quyruq çox uzun olub yerə çatır və orta hesabla bədənin ümumi uzunluğunun 68,3 %-ni təşkil edir. Üz hissəsi çox uzun və iti, alnı isə ensizdir. Uzun qulaqları vardır. Coğrafi zonalarda yayılmasından və yarımnövlərindən asılı olaraq rəngi çox dəyişkəndir. Düzənliklərdə yaşayan tülklərin rəngi dağda yaşayanlardan fərqlənir. Düzənliklərdə yaşayan tülkülərin rəngi üç variasiyada olur: qırmızı, qırmızı-boz və boz. Dağda yaşayan tülkülərin rəngi isə əsasən tutqundur.

Adi tülkü tipik yırtıcı olsa da, onun qidası olduqca müxtəlifdir. Tülkünün qidasını siçanabənzər gəmiricilər (51,8) və cücülər (19,7), az miqdarda isə bitki qalıqları təşkil edir. Gəmiricilərdən adi çöl siçanıqırmızıquyruq qum siçanı üstünlük təşkil edir. Qidasında həmçinin armud, alma, əzgil, böyürtkən və s. meyvə, giləmeyvə qalıqlarına, həmçinin bitkilərin yaşıl hissələrinə də təsadüf edilir. Yem rasionu coğrafi zonalar və mövsümlər üzrə dəyişir. Payız-qış dövründə qidanın tərkibində gəmiricilərin, quşların və leşin miqdarı artaraq, cücülərin və sürünənlərin miqdarı azalır[4].

Tülkülərdə cütləşmə yanvarın sonu – fevralın əvvvələrində baş verir. Əlverişsiz şəraitdə fevralın ikinci yarısın qədər gecikir. Çoxalma dövründə dişinin başçılıq etdiyi sürülər yaranır. Bu hadisə "tülkü toyu" adlanır. Boğazlıq müddəti 49–58 gündür. Martın sonu-aprelin əvvəllərində balalayır. Balaların sayı 1–8 arasında olub, nadir hallarda 12-yə qədər çatır. Balalar xarici görünüşcə canavar balalarına oxşayır və yalnız quyruğunun ucunun ağ olması ilə onlardan fərqlənir. Nəsil vermək və əlverişsiz şəraitdən qorunmaq üçün bir girişi və 1 kamerası olan sadə, yaxud bir neçə girişi, çıxışı və kameraları olan mürəkkəb yuva qurur. Balalar 4 aya yaxın yuvada yaşadıqdan sonra, yuvanı tərk edirlər. Bundan sonra dişi yuvanı tərk edir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Adi tülkü qiymətli xəz-dəriyə malik olduğu, həm də gəmiricilərin və cücülərin sayını tənzimlədiyi üçün böyük təsərrüfat əhəmiyyətinə malikdir.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]

Hal-hazırda 40-a yaxın yarımnövü ayrıd edilir:

  • Vulpes vulpes abietorum
  • Vulpes vulpes aeygptica
  • Vulpes vulpes alascensis
  • Vulpes vulpes alpherakyi
  • Vulpes vulpes alticola
  • Vulpes vulpes anatolica
  • Vulpes vulpes arabica
  • Vulpes vulpes atlantica
  • Vulpes vulpes barbaras
  • Vulpes vulpes beringiana
  • Vulpes vulpes cascadensis
  • Vulpes vulpes caucasica
  • Vulpes vulpes crucigera
  • Vulpes vulpes daurica
  • Vulpes vulpes diluta
  • Vulpes vulpes dolichocrania
  • Vulpes vulpes dorsalis
  • Vulpes vulpes flavescens 
  • Vulpes vulpes fulva
  • Vulpes vulpes griffithi
  • Vulpes vulpes harrimani
  • Vulpes vulpes hoole
  • Vulpes vulpes ichnusae
  • Vulpes vulpes induta
  • Vulpes vulpes jakutensis
  • Vulpes vulpes japonica
  • Vulpes vulpes karagan
  • Vulpes vulpes kenaiensis
  • Vulpes vulpes krimeamontana
  • Vulpes vulpes kurdistanica
  • Vulpes vulpes macroura
  • Vulpes vulpes montana
  • Vulpes vulpes necator
  • Vulpes vulpes ochroxanta
  • Vulpes vulpes palaestina
  • Vulpes vulpes peculiosa
  • Vulpes vulpes pusilla
  • Vulpes vulpes regalis
  • Vulpes vulpes rubricosa
  • Vulpes vulpes schrencki
  • Vulpes vulpes silacea
  • Vulpes vulpes splendidissima
  • Vulpes vulpes stepensis
  • Vulpes vulpes tobolica
  • Vulpes vulpes tschiliensis

Azərbaycanda 3 yarımnöv yaşayır: dağlıq Zaqafqaziya – lat. Vulpes vulpes alticola Ognev, Kürdüstan – lat. Vulpes vulpes kurdistanica və Zaqafqaziya çöl – lat. Vulpes vulpes alpherakyi Satunin yarımnövləri. Birinci böyüklüyünə görə Şimali Qafqaz tülkülərindən (V.v.caucasica) geri qalır. Onların rəngi tünddən açıq noxudu-paslı-sarı rəngə qədər dəyişir. Tipik od çalarlarının olmaması səciyyəvidir. Xəzi gözəl, yüngül və yumşaqdır. Bu yarımnöv Zaqatala rayonunun dağlarında, respublikanın qərb düzənliklərində və demək olar ki, bütük Kiçik Qafqazda rast gəlinir. Dağ tülküsü ilə müqayisədə Kürdüstan tülküsü daha kiçikdir. Belinin rəngi açıq, ağımtıl və ya qara-ağ kürən çalarlıdır. Bel sütunu boyunca enli, açıq qırmızımtıl-kürən zolaq keçir. Bütün bədənində qara tüklər vardır. Ancaq onlar o qədər azdır ki, gözə çarpmır. Boğazında və boynunun altı hissəsində qıl tüklər bozumtul, belində tüklərin ucu parlaq qırmızımtıl-kürən rəngdə olub, bu rəng quyruğunun üstünə keçir. Bu yarımnöv Kiçik Qafqazda yaşayaraq xüsusən NaxçıvanTalış sistemlərində tez-tez rast gəlinir. Zaqafqaziya çöl tülküsü düzənliklərdə yaşayaraq istər arealın uzunluğuna, istrəsə də sayına görə əvvəlki yarımnövlərdən üstündür. Onun rəngi çox vaxt bulaşıq-paslı boz və ya paslı-qonur, bel sütunu üzərində bir qədər paslı kəməri olur[5].

  • Жизнь Животных, т. 7; Москва, "Просвещение", 1989.
  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Azərbaycan faunası. Məməlilər. X cild. Bakı, Elm nəşriyyatı, 1978
  4. Гидаятов Ю.Х. Материалы по экологии (распространение, численность и питание) лисиц в Азербайджане , Фауна и экология животных Азербайджана, Баку, 1975, 74–124 стр.
  5. Azərbaycanın heyvanlar aləmi. III hissə. Məməlilər. Bakı, Elm nəşriyyatı, 2014
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Adi tülkü
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?