For faster navigation, this Iframe is preloading the Wikiwand page for Konstantinopol.

Konstantinopol

Vikipediya, azad ensiklopediya

Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Konstantinopol 1923-cü ildə

Konstantinopol vəya Qüstəntiniyyə (yunan dilində: Κωνσταντινούπολις, Konstantinupolis, latın dilində: Constantinopolis, Osmanlı türkcəsində: Kostantiniyye) indiki İstanbul şəhərinin köhnə adı. 1930-cu ildə əksər qərb ölkələrində şəhərin hələ də Konstantinopol adlandırılmasına son qoymaq üçün Türkiyə Böyük Millət Məclisi şəhərin adını dəyişərək rəsmən İstanbul adlandırmışdır.

İstanbul ərazisində yunanların indiki dörd koloniyası mövcud idi. Bunlardan ikisi Asiya qitəsində, ikisi isə Avropa qitəsində yerləşirdi. Asiyadakı koloniyalar Xalkedon (yunan dilində: Χαλκηδών, türk dilində: Kadıköy) və Skutari (yunan dilində: Σκουτάρι, türk dilində: Üsküdar) bölgələrində yerləşmişdi. Avropadakılar isə İasonion (yunan dilində: Ἰάσωνιον, türk dilində: Beşiktaş) və Bizantion (yunan dilində: Βυζάντιον, latın dilində: BYZANTIVM, Bizantium) adlanırdı.

IV əsrin əvvəllərində Roma İmperatoru I Konstantin paytaxt kimi Nikomediya şəhərindən razı qalmadığı üçün Bizantion koloniyasının yerində yeni paytaxt şəhərinin salınması barədə göstəriş vermişdir. 330-cu ildə şəhərin rəsmi açılışı olmuşdur. Banisinin şərəfinə Konstantinopol adlanan bu şəhər 330–395-ci illərdə Roma İmperiyasının, 395–1204 və 1261–1453-cü illərdə Bizans və ya Şərqi Roma İmperiyasının, 1204–1261-ci illərdə səlibçilər tərəfindən qurulmuş Latın İmperiyasının, 1453–1922-ci illərdə isə Osmanlı dövlətinin paytaxtı olmuşdur.

Şəhər öz tarixi boyu bir çox mühasirələrə məruz qalsa da, onun möhkəm qala divarları yalnız iki dəfə — IV Səlib yürüşü (1204) və İstanbulun fəthi (1453) zamanı şəhər müdafiəçilərinin etimadını doğrultmamışdır.

Konstantinopolun süqutu

[redaktə | mənbəni redaktə et]
Fausto Zonaronun "İstanbulun Fəthi" əsəri

Konstantinopolun süqutu — 1453-cü il may ayının 29-da Sultan II Mehmedin başçılığı ilə Osmanlı ordusunun aylarla mühasirədə saxladığı Konstantinopol (indiki İstanbul) şəhərini fəth etməsi. Konstantinopolun fəthindən sonra Osmanlı dövləti İmperiya olmuş, 21 yaşlı Sultan II Mehmet "Fateh" ləqəbi alaraq Fateh Sultan Mehmet adlandırılmışdır. Konstantinopolun süqutu ilə tarixin ən qüdrətli imperiyalarından biri olan Bizans İmperiyası dağılmışdır.

Konstantinopolu işğal cəhdləri

[redaktə | mənbəni redaktə et]

Qara dənizAralıq dənizini bir-biri ilə əlaqələndirən mühüm dəniz yolu üzərində yerləşən Konstantinopol şəhəri tarix boyu dəfələrlə mühasirə olunmuş və işğalına cəhd edilmişdir. 1453-cü ilə qədər ayrı-ayrı zamanlarda avarlar, ərəblər, avropalılar və türklər tərəfindən hücuma məruz qalan şəhər möhkəm qala divarları və yunan odu sayəsində bu cəhdlərin qarşısında duruş gətirə bilmişdi. Şəhər öz tarixi boyu yalnız iki dəfə — 1204 və 1453-cü illərdə zəbt edilmişdir.

İşğal cəhdləri

[redaktə | mənbəni redaktə et]
  • 616-cı il — İran hökmdarı Keyxosrov
  • 626-cı il — İranlılar və avar türkləri
  • 672-ci il — Əməvi xəlifəsi Müaviyyə
  • 712-ci il — Əməvi xəlifəsi I Vəlid
  • 722-ci il — Əməvi xəlifəsi I Vəlid (yalnız Qalata limanı alınmış, burada məscid inşa edilmişdir)
  • 782-ci il — Abbasilər
  • 854-cü il — Abbasi xəlifəsi Mütəvəkkil
  • 864-cü il — Ruslar (vikinqlər)
  • 869-cu il — Abbasilər
  • 936-cı il — Ruslar (vikinqlər)
  • 959-cu il — Macarlar
  • 970-ci il — Abbasilər
  • 1204-cü il — Səlibçilər
  • 1302-ci il — Venesiyalılar
  • 1348-ci il — Genuyalılar
  • 1391–1396-cı illər — Osmanlı sultanı I Bəyazid
  • 1412-ci il — Osmanlı sultanı Musa Çələbi
  • 1422-ci il — Osmanlı sultanı II Murad
  • 1437-ci il — Genuyalılar
  • 1453-cü il — Osmanlı sultanı II Mehmed

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Konstantinopol
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?