For faster navigation, this Iframe is preloading the Wikiwand page for Zülfü Adıgözəlov.

Zülfü Adıgözəlov

Vikipediya, azad ensiklopediya

Zülfü Adıgözəlov
Ümumi məlumatlar
Doğum adı Zülfüqar Səməd oğlu Adıgözəlov
Doğum tarixi 1898[1]
Doğum yeri
Vəfat tarixi 31 may 1963(1963-05-31)
Vəfat yeri
Uşaqları
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, xanəndə
Janr muğam
Musiqi alətləri dəf, qaval
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zülfüqar (Zülfü) Səməd oğlu Adıgözəlov (1898[1], Qaradolaq, Şuşa qəzası31 may 1963, Bakı) — Azərbaycan xanəndəsi, muğam bilicisi, təsnif və xalq mahnılarının təfsirçisi və təbliğatçısı, Azərbaycan SSR əməkdar artisti (1943).

Zülfü Adıgözəlov 1898-ci ildə Şuşanın Qaradolaq kəndində anadan olmuşdur. Şuşada muğam axşamlarından birində Zülfü Adıgözəlovun ifasını dinləyən Cabbar Qaryağdıoğlu onu Bakıya dəvət edir. 1927-ci ildə Bakıya köçərək "Müdafiə evi"ndə işləmək üçün Ü. Hacıbəyov, Q, Pirimov, M. Maqomayev və b. qarşısında imtahan vermiş, eyni zamanda radio verilişləri komitəsinə işə qəbul olunmuşdu. Zülfü Adıgözəlov 1963-cü ildə Bakıda vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Zülfü Adıgözəlov pəsxan xanəndə idi. O, muğam dəstgahını tam şəkildə, bəm və orta tessiturada özünəməxsus oxuma məktəbini yaratmışdır. Tanınmış xanəndələrdən Əbülfət Əliyev, Sahib Şükürov, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, İldırım Həsənov, Ağaxan Abdullayev, Tələt Qasımov və s. onun məktəbinin davamçılarıdırlar.

Zülfü Adıgözəlovun xatirə lövhəsi (Bakı)

Xanəndənin ifa etdiyi və lentə, qrammafon vallarına yazdırdığı "Rast", "Mahur-hindi", "Segah-Zabul", "Bayatı-Şiraz", "Humayun" muğam dəstgahları, bir sıra təsniflər, "Nəbi", "Mən gedirəm Zəngilana", "Dedim bir busə ver", "Kəklik" və b. bu kimi xalq mahnıları Azərbaycan musiqi xəzinəsinin inciləridirlər. Məhz qədim klassik muğamlarımızı, təsnif və xalq mahnılarını oxuyarkən onların ənənəvi forma və quruluşunu saxlamaqla xanəndə özünəməxsus nəfəsləri, dəst-xətti ilə ifaçılıq sənətinə yeniliklər gətirmişdir.

Heç də təsadüfi deyil ki, Zülfü Adıgözəlovun xanəndə kimi ifaçılığının xüsusiyyətlərindən söz açarkən şərqşünas alim, jurnalist Rafael Hüseynov yazır: "O muğamların labirintlərinə kamil bələd idi, bir muğamın qapısından girib bu muğamın ruhunu incitmədən, səslənmiş rəvanlığına xələl gətirmədən asudəcə sonra elə gəldiyi rəvanlıqla əvvəlki muğama qayıdıb yolunu davam etdirə bilirdi".

Zülfü Adıgözəlov muğam dəstgahların ayrı-ayrı uyğun şöbələrini birləşdirərək mikrosilsilə kimi müstəqil şəkildə təfsir etmişdir. Bu baxımdan "əraq-Pəncgah", "Hasar-müxalif", "Vilayəti-Dilkeş" muğamları gözəl örnəklərdir.

  1. 1 2 Zülfü Adigözelov // Muziekweb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Zülfü Adıgözəlov
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?