For faster navigation, this Iframe is preloading the Wikiwand page for Yusif Hüseynov.

Yusif Hüseynov

Vikipediya, azad ensiklopediya

Yusif Hüseynov
Doğum tarixi 15 oktyabr 1928(1928-10-15)
Doğum yeri
Vəfat tarixi 1 sentyabr 2009(2009-09-01) (80 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam

Yusif İsmayıl oğlu Hüseynov (15 oktyabr 1928, Bakı1 sentyabr 2009, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri (1977–1987), Azərbaycan SSR xalq rəssamı (1979).

Yusif İsmayıl oğlu Hüseynov 1928-ci il oktyabr ayının 15-də Bakıda anadan olmuşdur. O, 1949-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1955-ci ildə Vasili Surikov adına Moskva Rəssamlıq İnstitutunun Qrafika fakültəsini bitirmişdir.[1]

Ömrünün 60 ilini təsviri sənətin inkişafına və təbliğinə həsr etmiş Yusif Hüseynov rəssamlığın müxtəlif janrlarında mövzu baxımından çoxsaylı maraqlı lövhələr yaratmışdır.

Onun ardıcıl və müntəzəm şəkildə iri həcmli akvarel silsilələrinə qüvvətli meyl etdiyini görmək mümkündür. Azərbaycanın təbiətinə həsr olunmuş "Xınalıq" akvarellər silsiləsindən "Yağışdan sonra" lövhəsi bu baxımdan maraqlıdır. Yusif Hüseynovun çəkdiyi tablo, plakat və akvarel silsilələri müasir Azərbaycan təsviri sənətinin qiymətli nümunələri kimi dünyanın bir çox sərgi salonlarında, rəsm qalereyalarında və muzeylərində uğurla nümayiş olunaraq milli mədəniyyətimizi layiqincə təmsil etmişdir.[1]

Yaradıcılığında lakoniklik və monumentallıq, zərif kolorit və lirikaya olan meyllər rəssamın yaratdığı portretlərdə də öz əksini tapmışdır.

Onun kitab qrafikası sahəsində xidmətləri xüsusilə əlamətdar olmuşdur. Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərlərinə çəkdiyi illüstrasiyalar ölkəmizdə kitab mədəniyyətinin təşəkkül tapmasına öz təsirini göstərmişdir. "Göyərçin" uşaq bədii jurnalının baş rəssamı kimi o, poliqrafiya sənətinin inkişafına da dəyərli töhfələr vermişdir.[1]

Yusif Hüseynov respublika rəssamları arasında böyük nüfuza malik olan Yusif Hüseynov 1977-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmiş, 1987-ci ilə qədər ittifaqa rəhbərlik etmişdir.[1]

Elə həmin ildə o, SSRİ Rəssamlar İttifaqının İdarə Heyətinin katibi təyin olunmuşdur. Azərbaycan rəssamlıq məktəbinin inkişafında özünəməxsus yeri olan Yusif Hüseynov sənətkarlıqla pedaqoji fəaliyyəti uğurla əlaqələndirən rəssamlardan biri idi. Ömrünün 40 ildən artıq dövrünü ali məktəblə bağlayan Yusif Hüseynov uzun müddət Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) Rəsm kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2000-ci ildən isə o, Azərbaycan Rəssamlıq Akademiyasının professoru kimi öz zəngin təcrübə və bacarığını gənc rəssamlar nəslinin yetişdirilməsinə sərf etmişdir.[1][2]

1992-ci il ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalıdakı soyqırım hadisələrindən təsirlənərək "Материнство: Analıq" adlı rəsm əsərini yaratmışdır.[1]

Rəssam Yusif Hüseynov 2009-cu il sentyabr ayının 1-də vəfat etmişdir.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 Hacıyev, P. Yusif Hüseynov //Hacıyev P. Rəssam. Həyat. Gözəllik .- Bakı, 1974.- S.95–96.
  2. Dost ölkədə yaşayan sənət xatirəsi: Daşkənddə azərbaycanlı rəssam Yusif Hüseynovun barelyefi və fərdi sərgisi açılıb //Mədəniyyət.- 2016.- 8 mart.- S.16.
  3. Respublikanın yaradıcı işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 fevral 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  4. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Yusif Hüseynov
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?