Yumurta (hüceyrə)
Vikipediya, azad ensiklopediya
Yumurta hüceyrəsi | |
---|---|
![]() | |
Latınca | ovum (ovulum BNA) |
Qrey | subyekt 266 |
Aparat | Sidik-cinsiyyət |
Yumurta hüceyrə (lat. ovum (ovulum BNA)) — heyvanlarda, ali bitkilərdə və bir çox canlılarda dişi qameti, insanda qadın cinsiyyət hüceyrəsi, spermatozoidlə mayalanaraq ziqota əmələ gətirir. İnsan yumurta hüceyrəsinin diametri təqribən 150 mkm-dir. Yumurta hüceyrə sitoplazması — ooplazma qidalı maddə yumurta sarısı ilə zəngindir. Yumurta hüceyrə ovogenez nəticəsində yaranır. Mayalanmış yumurta hüceyrəsindən — ziqotadan rüşeym inkişaf edir. Yumurta hüceyrə spermatozoidlərdən formaca böyükdür. Yeni doğulmuş qızların hər yumurtalığında 400000-ə qədər yetişməmiş yumurta hüceyrə olur. Onlardan ancaq 350–500 ədədi yetişə bilir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]![]() Qadın cinsiyyət üzvləri | ||
---|---|---|
Xarici cinsiyyət üzvləri | Qasıq dağcığı • Böyük cinsiyyət dodaqları • Kiçik cinsiyyət dodaqları • Klitor • Qızlıq pərdəsi • Dəhliz soğanağı • Uşaqlıq yolu dəhlizi • Bartolin vəziləri • Qadın sidik kanalı | |
Daxili cinsiyyət üzvləri | Yumurtalıq • Yumurta • Yumurtalıq artımları • Uşaqlıq borusu • Uşaqlıq • Uşaqlıq yolu | |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.