For faster navigation, this Iframe is preloading the Wikiwand page for Xanagah.

Xanagah

Vikipediya, azad ensiklopediya

Xanagah
40°51′15″ şm. e. 48°09′08″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 505 nəf.
Rəsmi dili
Xəritəni göstər/gizlə
Xanagah xəritədə
Xanagah
Xanagah

XanagahAzərbaycan Respublikasının İsmayıllı rayonunun Xanagah kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Xanagah kəndi Qalınçaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Xanagah kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[1]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd rayon mərkəzinə 5 km məsafədə, Böyük Qafqaz dağlarının qoynunda, İsmayıllı və Qəbələ rayonları arasında yerləşir. Kənd 3 tərəfdən dağlar olmaqla tamamən meşə örtüyü ilə əhatə olunub. Qəbələ, Şəki, Qazax istiqamətinə uzanan magistral yol bu kəndin içindən keçir. Ax-Ox çay öz mənbəyini bu kəndin dağlarından alaraq kəndin kənarından axır. İsmayıllı Dövlət Qoruğunun ərazisi bu kəndin dağlarından başlayır. Kənddən yuxarda (şimalda) yaşayış yoxdur. Şərqdən Culyan, qərbdən Qurbanəfəndi, cənubdan isə Qalıncaq kəndləri ilə qonşudur.

Kəndin meşələrində çox sayda qaban, çöl donuzu, ayı, canavar, cüyür, maral, tülkü, çaqqal, dovşan, yenot, çöl pişiyi və s. yaşayır.

Ən çox rastlanan ağac növləri isə vələs, fıstıq, palıd, cökə, ağcaqayın və lapan ağaclarıdır. Çox sayda soyuq bulaqların movcudluğu içməli su baxımından kəndi əvəzsiz edir.

Kənddə İsmayıllı Dövlət Meşə İdarəsi və Dövlət Qoruq İdarəsi yerləşir.

Xanagah kəndində təxmini 200 ailədə 559 nəfər yaşayır ki, onun da 278 nəfəri kişi, 281 nəfəri qadındır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini həyətyanı təsərrüfat, heyvandarlıq və meşəçilik təskil edir.

Kənddə Sovet dönəmindən qalma bir ədəd asfalt, bir ədəd beton zavod mövcuddur və qismən fəaliyyət göstərir. Sovet dönəmində insanların əsas məşğuliyyəti üzümçülük idi. Bu kənddə üzüm sahələri yerləşmir, işləmək ucun sovxoza daxil digər kəndlərin ərazisinə gedilirdi.

Kənddə bir natamam orta məktəb fəaliyyət göstərir.

Maraqlı məqam

[redaktə | mənbəni redaktə et]

2018-ci ildə kənd sakini Mirəstə Nəbiyeva Ginnesin Rekordlar Kitabına düşmək üçün uzunluğu 4 metr, eni 63 sm, hündürlüyü 5 sm, çəkisi 500 kq olan sabun bişirib[2].

  1. "Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-30.
  2. İsmayıllıda qadın Ginnesin rekordlar kitabına düşmək üçün sabun hazırlayıb Arxivləşdirilib 2018-06-02 at the Wayback Machine. apa.az, 30.05.2018 (az.)
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Xanagah
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?