For faster navigation, this Iframe is preloading the Wikiwand page for Xətt taktikası.

Xətt taktikası

Vikipediya, azad ensiklopediya

Cərgə taktikası
Cərgə taktikası - Balaklava döyüşü
“T” hərfinin üst cizgisini qoyması

Cərgə taktikası ya Xətt taktikası - XVII - IX əsrlərdə döyüş aparmaq üçün mövcud olmuş seçilən nəzəri və praktik taktika. Bu zaman sərəncamda olan ordunun ya donanmanın tərkibindəki hərbi qüvvə: canlı qüvvə və hərbi gəmilər bərabər qaydada nizamla cərgələrə sıra ilə düzülür.

Cərgə taktikası Avropada XVI əsrin sonlarında XVII əvvəllərində Niderland piyada qoşununda formalaşmışdır. Bu zaman dördbucaqlı sıraları xətti cərgələr əvəzləmişdir. Bu taktiki düzülüşü ilk dəfə olaraq holland Morits van Oranye və onun əmisi oğlanları Vilhelm Lüdviq (Nassau-Dillenburq), VII Yohann (Nassau-Ziegen) orduda tətbiq etmişdir. Bununla Morits van Oranye nizam intizamı saxlamaq, zabit hazırlığının keyfiyyətini artırmaq məqsədi güdürdü. Cərgə taktikası İsveçdə II Qustav Adolfun ordusunda 1618—1648 ci illərdə Otuzillik müharibədə tam olaraq tətbiq olunduqdan sonra bütün Avropa ölkələrində tətbiq olunmağa başlanılmışdır. Bu zaman piyadalar bəzən cəbhə boyu bir və iki sıralı cərgədə bir düz xətt boyunca düzülmüş olurlar. Hərbir xətti cərgələr arasında müvafq miqdarda məsafələr saxlanılırdı ki, top mərmilərinə kütləvi şəkildə tuş gəlməsinlər. Hər cərgədə iki sıranın olması isə muşket atıcılığından irəli gəlirdi ki, Bu zaman öndəki muşket atıcıları atəş açdıqdan sonra silahı doldurmaq üçün və ikinci sıranın atəş açmalarına imkan yaratmaq üçün onları önə buraxırdılar. Beləliklə cərgə sıraların növbəli atəşi ilə irəliləyirdi. Bu taktika muşket atıcılığını və artilleriyanın təkmilləşdirilməsinə gətirib çıxarır. Xətt taktikası düzən və aşıq relyefli ərazilərdə artilleriya itkilərinin sayını azaltmağa, muşketlərin uzaq məsafəni nişana almağına imkan verirdisə, çətin relyefli ərazilərdə cinah zəifliyi, çətin manevretmə qabiliyyəti onun çatışmayan cəhətlərindən idi. Bu zaman piyada qoşununun bu funksiyasını atlı suvarilər yerinə yetirməli olurdular. Cərgə taktikası XVIII əsrdə Prussiya ordusunda I Fridrix-Vilhelm, sonralar II Fridrix tərəfindən atəş sürətinisürətini dəqiqədə 4-5 yaylıma çatdirmaqla klassik formasını almış olur. Cərgə taktikasının çatmamazlıqlarını aradan qaldirmaq üçün II Fridrix batalyonları 3 sıralı cərgələrdə düzərək, hərəkətli döyüş toplarını bu batalyonlar (fr. Bataillon fr. Bataille sözündən — döyüş, savaş) - taburlar arasındakı intervallarda, suvari cərgələrinin arxasında yerləşdirmişdir. II Fridrixin bu yeniliyi klassik forma adını alaraq şablon kimi qəbul olunur.

Quruda cərgə taktikası

[redaktə | mənbəni redaktə et]

Quruda cərgə taktikası ordunun odlu silahla təchizindən sonra meydana çıxmışdır. Bu zaman döyüşdə odlu silahın əsas rol oynaması böyük itkilərlə səciyyələnirdi ki, cərgə taktikasına düzgün əməl edilməsindən istifadə edilərək bu itkiləri minimuma endirmək mümkün idi. Bu taktika eyni zamanda çoxlu muqdarda silahdan atəş açmağa imkan yaradırdı. Bu zaman rəqib toqquşması əsasən ön cərgələr arasında baş tuturdu.

Yelkənli donamada cərgə taktikası

[redaktə | mənbəni redaktə et]

Yelkənli donamada cərgə taktikası gəmilərin top göyərtələrinin üzü rəqibə qarşı çevrilərək bir xətt boyunca cərgədə düzülməsi ilə həyata keçirilir. Bu zaman gəmilər döyüş hazırlığı alaraq köndələn duraraq (top göyərtələrinin üzü rəqibə qarşı çevrilərək) düz xətt üzrə müvafiq məsafə saxlamaqla lövbər salaraq düzülürlər. Əgər (çox gümanki,) rəqib tərəf də eyni taktikanı seçmiş olarsa, onda iki cərgə paralel olaraq qarşı-qarşıya durmuş olurlar. Əgər rəqib donama boylama istiqamətdə bir birilərinin ardınca düzülmüş qalarsa onda tərəflər “T” şəklində qarşılaşmış olurlar. Bu döyüş halı dəniz leksikonunda “T” hərfinin üst cizgisini qoymaq adlanır.

Bu zaman cərgə taktikasının üstünlükləri:

[redaktə | mənbəni redaktə et]
  • Butun top atəşləri boylama sıradakı öndə qələn gəmiyə tuşlamaq olar.
  • Rəqibin ön dörd döyüş toundan istifadə etməsi mümkünsə, cərgə taktikalı gəmi bütün toplardan istifadə edə bilir.
  • Bu zaman boylama sırada olan gəmilərin görmə məsafəsi barıt tüstüsündən eləcə də ondan qabaqkı gəmilərin gövdəsi ilə tutulmuş olur.
  • Cərgə taktikalı gəmilər eni boyu, boylama cərgədə olanlar isə cərgə uzunu top atəşlərinə tuş gəlmiş olurlar.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Xətt taktikası
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?