Votum
Vikipediya, azad ensiklopediya
Votum (lat. votum, voturn — istək, iradə) — səsvermə ilə ifadə edilən fikirdir. Bir sıra ölkələrin parlament təcrübəsində hökumətin və ya nazirin fəaliyyətinin təsdiqlənməsi və ya rədd edilməsi bu şəkildə ifadə edilir (etimad votumu və etimadsızlıq votumu). Etimadsızlıq votumunda hökumət və ya nazir istefaya gedir.
Votumdan həmçinin Konstitusiyaya dəyişikliklərdə istifadə olunur. Bu halda, ikiqat votumdan istifadə edilə bilər, yəni cəhdlər etməklə zaman aralığında eyni məsələ barədə iki dəfə səs vermək.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.