For faster navigation, this Iframe is preloading the Wikiwand page for Vilyam Adams (şturman).

Vilyam Adams (şturman)

Vikipediya, azad ensiklopediya

Vilyam Adams
ing. William Adams
Adams İeyasunun hüzurunda.
Adams İeyasunun hüzurunda.
Doğum tarixi 24 sentyabr 1564
Doğum yeri
Vəfat tarixi 16 may 1620(1620-05-16)[1][2][…] (55 yaşında)
Vəfat yeri
Fəaliyyəti tədqiqatçı-səyyah[d], dənizçi[d], naviqator
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilyam Adams (ing. William Adams; 24 sentyabr 1564, Cillinhem[d], Kent qraflığı16 may 1620[1][2][…], Hirado[d], Naqasaki prefekturası) – XVII əsrdə Yaponiyada yaşamış ingilis dənizçi və tacir. Tokuqava İeyasu tərəfindən ona Miura yarımadasında torpaq verildiyi üçün Yaponiyada Miura Ancin (三浦按針?, azərb. "Miura şturmanı"‎) adı ilə tanınmışdır.[3] O, Yaponiyaya çata bilən ilk ingilis şəxs hesab olunur.[3]

Vilyam Adams 1564-cü ildə İngiltərənin Kent qraflığının Cillinhem şəhərində doğulmuş, gəmiqayırma sahəsində işləməyə başlamışdır.[3] 1598-ci ildə bir holland flotuna şturman kimi qatılmış, bir neçə bədbəxt hadisədən sonra qəzalı vəziyyətdə olan gəmisi "Liefde" ilə 1600-cü ilin aprelində Yaponiyanın Kyuşu adasına çatmışdır.[3]

Tokuqava İeyasu onunla dostluq əlaqələri qurmuş, onu maliyyə nümayəndəsi, xəbərverən, şturman, gəmiqayıran və tərcüməçi kimi vəzifələrə təyin etmişdir.[3] Bunun sayəsində Adams Yaponiyada varlı şəxsə çevrilmiş, 80-ə yaxın xidmətçiyə və öz mülkünə sahib olmuşdur.[3] Rəsmi iş çərçivəsində bütün Yaponiyanı gəzmişdir.[3] İeyasunun dəstəyi ilə ingislərə və hollandlara məktublar yazmış, onları Yaponiya ilə ticarət etməyə dəvət etmişdir.[3] Hollandlar 1611-ci ildə Yaponiyaya gələndə Adams tərcüməçi və nümayəndə qismində onlarla görüşmüşdür.[3] O, ingilis tacirlərə də kömək etmiş, lakin onun Yaponiyadakı fəaliyyəti həmvətənlərinin xoşuna gəlməmiş, onu "milliləşdirilmiş yaponiyalı" hesab etmişdirlər.[3] Adams Koxinxina, Siam və Okinavada da ticarətlə məşğul olmuşdur.[3]

İeyasunun ölümündən sonra Adamsın Yaponiyadakı təsiri azalmışdır.[3] O, 16 may 1620-ci ildə ingilis və holland ticarət postlarının yerləşdiyi Hiradoda ölmüşdür.[3] Adams yapon qadınla evlənmiş və ondan iki uşağı olmuşdu.[3]

Adamsın Miura yarımadasındakı mülkü olan Hemi ərazisində hər il onun şərəfinə festival keçirilir.[3] Burada onun həyat yoldaşının və uşaqlarının qəbirləri yerləşir.[3] Onun həyatı bir neçə əsərin mövzusu olmuşdur.[3] İngilisdilli yazıçı Ceyms Klavell 1975-ci ildə onun həyatı əsasında "Şoqun" romanını yazmışdır.[3]

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 William Adams // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 Kodansha Encyclopedia of Japan
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). I cild (A–Conso). Tokio: Kodansha. 1983. səh. 11. ISBN 0-87011-621-5. İstifadə tarixi: 13 avqust 2022.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Vilyam Adams (şturman)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?