For faster navigation, this Iframe is preloading the Wikiwand page for Vikipediya:Tarixdə bu gün/İyun.

Vikipediya:Tarixdə bu gün/İyun

Vikipediya, azad ensiklopediya

Tarixdə bu gün arxivi
YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Hazırda 03:08, Çərşənbə, 7 avqust, 2024 (UTC) – Keşi təmizlə


1 iyun: Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Anna Boleyn
Anna Boleyn
  • 1533Anna Boleyn (şəkildə) İngiltərə kraliçası oldu.
  • 1792Kentukki ABŞ-nin 15-ci ştatı kimi qəbul edildi.
  • 1815Napoleon Fransa Konstitusiyasına sədaqət andı içdi.
  • 1855 — Amerikalı macəra həvəskarı Vilyam Volker Nikaraquanı ələ keçirdi.
  • 1911Osmanlı imperiyasında hərbi hava qüvvələri yaradıldı.
  • 1941II Dünya müharibəsi: Almaniya Kritin işğalını tamamladı.
  • 1950BMT Baş Assambleyasının qərarı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü olaraq qeyd olunmağa başladı.
  • 1963Keniya daxili özünüidarə hüququ əldə etdi.
  • 2009Air France şirkətinə məxsus A-330 təyyarəsinin Atlantika üzərində qəzaya uğraması nəticəsində 228 nəfər həlak oldu.
  • Digər günlər: 31 may1 iyun2 iyun

    bax – müzakirə – redaktətarixçə


    2 iyun: Azərbaycanda ilk aviasiya qrupu, İtaliyada respublika günü

    Vandallar
    Vandallar
  • 455Vandallar Romaya hücum edib, şəhəri iki həftə taladılar.
  • 1865ABŞ Vətəndaş müharibəsi başa çatdı.
  • 1938 — Azərbaycanda ilk aviasiya qrupu yaradılmışdır.
  • 1941 — Türk Cəza qanununun 526-cı maddəsində edilən dəyişikliklərdə ərəb dilində azan və namaz oxuyanlara cəza nəzərdə tutuldu.
  • 1946 — Referendum nəticəsində İtaliyada monarxiya devrildi, ölkə İtaliya Respublikası elan edildi. İtaliya kralı Humbert II sürgün edildi.
  • 1953İngiltərə kraliçası Elizabet taxta çıxdı.
  • 1992Danimarkada referendum keçirildi. Avropa Birliyinin əsaslarını bildirən Mastrixt anlaşması rədd edildi.
  • Digər günlər: 1 iyun2 iyun3 iyun

    bax – müzakirə – redaktətarixçə


    3 iyun: Namibiyada silahlı qüvvələr günü, Çernoqoriyada müstəqillik günü

    Flroida ştatı
    Flroida ştatı
  • 1539 — Florida İspaniya torpağı kimi elan olunur.
  • 1927 — Yunanıstanda yeni kontitusiya qəbul edilmişdir.
  • 1940 — Almaniya qüvvələri Parisi bombalayır.
  • 1959 — Sinqapur konstitusiya qəbul etdi və özünüidarə hüququ qazandı.
  • 2000 — Sankt Peterburqda pivə festivalı baş tutdu.
  • 2006 — Çernoqoriya parlamenti ölkənin müstəqilliyinə səs verdi.
  • 2006 — İraqda 5 Rusiya diplomatı oğurlanıb qətlə yetirildi.
  • Digər günlər: 2 iyun3 iyun4 iyun

    bax – müzakirə – redaktətarixçə


    4 iyun: Estoniyada bayraq günü, Tonqada müstəqillik günü

    Apple şirkətinin loqosu
    Apple şirkətinin loqosu
  • 1794 — Britaniya qüvvələri Haitinin indiki paytaxtı Port-o-Prinsi ələ keçirir.
  • 1940 — Moskvada Dinamo klubunun yeni staidonunun açılışı baş tutdu.
  • 1970 — Tonqa Böyük Britaniyadan müstəqilliyini əldə edir.
  • 1975 — Britaniya parlamentinin iclası ilk dəfə olaraq televizorda canlı yayımlandı.
  • 1977 — Apple istehsalı olan ilk stolüstü kompyuter satışa çıxarıldı.
  • 1989Çin hökumətinin Pekində Tiananmen meydanında demokratiya istəyən tələbələr üzərlərinə ordu, tank və yürüşlərlə qətlə yetirildilər. Bu hadisə Çindən kənara çıxmadı.
  • 1999 — İlk dəfə olaraq "Worm. ExploreZip" virusu minlərlə kompyuterdə üzə çıxdı.
  • Digər günlər: 3 iyun4 iyun5 iyun

    bax – müzakirə – redaktətarixçə


    5 iyun: Parisdə qiyam, Danimarkada konstitusiya günü

    Sofi Loren
    Sofi Loren
  • 1257 — Polşa şəhəri Krakov şəhər hüquqları qəbul edir.
  • 1832Paris tələbələrinin qiyamı başlandı.
  • 1942 — İkinci Dünya Müharibəsi ərəfəsində ABŞ Bolqarıstan, Macarıstan və Rumıniyada müharibə elan edib.
  • 1982 — Sofi Loren 17 günl həbsdə yatdıqdan sonra İtaliyanı tərk edir.
  • 1992Azərbaycan Respublikası Norveç ilə diplomatik əlaqələr qurmuşdur.
  • 1998 — Open Directory Project rəsmi olaraq fəaliyyətə başlamışdır.
  • 2006 — Serbiya Serbiya və Çernoqoriya dövlət ittifaqından öz müstəqilliyini elan edir.
  • Digər günlər: 4 iyun5 iyun6 iyun

    bax – müzakirə – redaktətarixçə


    Jozef Napoleon
    Jozef Napoleon
  • 1523 — Qustav Vaza İsveç kralı oldu.
  • 1664 — Yeni Amsterdamın adı dəyişilərək Nyu-York oldu.
  • 1683Oksfordda dünyada ilk universitet muzeyi açıldı.
  • 1808Napoleonun qardaşı Jozef Napoleon (şəkildə) İspaniya kralı oldu.
  • 1944II Dünya müharibəsi: Müttəfiq qoşunlarının Normandiyaya desant çıxarması ilə III Reyxə qarşı ikinci cəbhə açıldı.
  • 1950Türkiyədə ərəb dilində azan oxunmasına qoyulan qadağa götürüldü.
  • 1982İsrailin Livanı işğal etməsi ilə Birinci Livan müharibəsi başladı.
  • Digər günlər: 5 iyun6 iyun7 iyun

    bax – müzakirə – redaktətarixçə


    Bencamin Harrison
    Bencamin Harrison
  • 1099Qüdsə ilk Səlib yürüşü başladı.
  • 1498Xristofor Kolumb özünün Yeni dünyaya üçüncü səyahətinə başladı.
  • 1654XIV Lüdovik Fransa kralı oldu.
  • 1892Bencamin Harrison beyzbol oyununda iştirak edən ilk ABŞ prezidenti oldu.
  • 1945 — Norveç kralı VII Haakon 5 illik sürgündən sonra öz ailəsi ilə birlikdə Osloya qayıtdı.
  • 1967İsrail Şərqi Qüdsü işğal etdi.
  • 2008 — Futbol üzrə Avropa çempionatı başladı.
  • Digər günlər: 6 iyun7 iyun8 iyun

    bax – müzakirə – redaktətarixçə


    8 iyun: Dünya okean günü, Nyu-Yorkda ilk dondurma

    İtaliya dondurması
    İtaliya dondurması
  • 632Əbubəkr ilk xəlifə seçildi.
  • 1786Nyu-Yorkda ilk dəfə olaraq dondurma satışa çıxarıldı.
  • 1815Polşa Rusiya imperiyasına birləşdirildi.
  • 1861ABŞ vətəndaş müharibəsi: Tennessi İttifaqdan ayrıldı.
  • 1912Los-Ancelesdə "Universal" kinostudiyasının əsası qoyuldu.
  • 1941Fransa SuriyaLivana hücüm etdi.
  • 1949Corc Oruellin "1984" romanı nəşr olundu.
  • Digər günlər: 7 iyun8 iyun9 iyun

    bax – müzakirə – redaktətarixçə


    9 iyun: Uqandada qəhrəmanlar günü, Neronun intiharı

    Roma imperatoru Neron
    Roma imperatoru Neron
  • 68 — Roma imperatoru Neron intihar etmişdir.
  • 1958 — Kraliça II Yelizaveta rəsmi olaraq Qatvik hava limanının açılışını etmişdir.
  • 1974 — Sovet ittifaqı ilə Portuqaliya arasında diplomatik əlaqələr qurulmuşdur.
  • 1992Azərbaycan Respublikası Türkmənistan ilə diplomatik əlaqələr qurmuşdur.
  • 1992Azərbaycan Respublikası Pakistan ilə diplomatik əlaqələr qurmuşdur.
  • 1993Heydər Əliyev Naxçıvandan Bakıya gəlmişdir.
  • 1999 — Yuqoslaviya respublikası ittifaqı Nato ilə sülh müqaviləsi imzalamışdır.
  • Digər günlər: 8 iyun9 iyun10 iyun

    bax – müzakirə – redaktətarixçə


    Benito Mussolini
    Benito Mussolini
  • 1916 — Ərəblərin üsyanı nəticəsində Məkkə şəhərinin nəzarəti Osmanlı dövlətindən çıxıb ərəblərin əlinə keçmişdir.
  • 1930Türkiyə ilə Yunanıstan arasında əhali mübadiləsinə dair razılaşma imzalanmışdır.
  • 1934 — İran şahı Rza Pəhləvi Türkiyəni ziyarət məqsədilə Gürbulakda Türkiyə sərhəddinə gəlmiş ve təntənəli şəkildə qarşılanmışdır.
  • 1940Mussolini (şəkildə) Hitlerin müttəfiqi olaraq II Dünya müharibəsinə girmişdir.
  • 1946İtaliyada monarxiya ləğv edilmiş və respublika elan edilmişdir.
  • 1967 — Ərəb-İsrail mühəribəsində İsrail; Qəzzə zolağı, Qolan təpələri, Şərqi Qüds, İordan çayının qərb hissəsi və Sinay yarımadasını işğal etmişdir.
  • 2000Suriya prezidenti Hafiz Əsəd vəfat etmişdir. Yerinə oğlu Bəşər Əsəd keçmişdir.
  • Digər günlər: 9 iyun10 iyun11 iyun

    bax – müzakirə – redaktətarixçə


    11 iyun: Avstraliyada kraliçanın anadan olma günü, Danimarkada şahzadə Henrinin anadan olma günü

    Nelson Mandela
    Nelson Mandela
  • 1774Əlcəzair yəhudiləri İspaniya ordusunun hücumlarından qaçdılar.
  • 1868Osmanlı Kızılay (Qızıl Aypara) cəmiyyəti yaradıldı.
  • 1967İsrail və ərəb ölkələri arasında 6 günlük müharibə başa çatdı.
  • 1988Londonun Uembli stadionunda Nelson Mandelanın (şəkildə) 70-ci doğum gününə həsr edilmiş mərasim keçirildi.
  • 1993Azərbaycan Respublikası Belarus ilə diplomatik əlaqələr qurdu.
  • 2004Karvan futbol klubu təsis edildi.
  • 2005G8 ölkələrinin maliyyə nazirləri 18 ölkənin borclarının bağışlanmasına razılaşdılar.
  • Digər günlər: 10 iyun11 iyun12 iyun

    bax – müzakirə – redaktətarixçə


    12 iyun:

    I Qustav Vasa
    I Qustav Vasa
  • 1550İsveç kralı I Qustav (şəkildə) Helsinki şəhərinin əsasını qoydu.
  • 1665 — Yeni Amsterdam şəhəri Nyu-York adlandırıldı.
  • 1830Fransa Əlcəzairin müstəmləkə edilməsinə başladı. 37 000 Fransa əsgəri Əlcəzairin Sidi-Ferruş sahilində yerləşdirildi.
  • 1867Avstriya-Macarıstan imperiyası yarandı.
  • 1964Nelson Mandela Cənubi Afrika Respublikasının aparteid rejimi tərəfindən ömürlük həbsə məhkum edildi.
  • 1990RSFSR-in I Xalq deputatları qurultayı RSFSR-in dövlət müstəqilliyi haqda bəyannaməni qəbul etdi.
  • 2014San-Pauluda futbol üzrə dünya çempionatının açılışı oldu.
  • Digər günlər: 11 iyun12 iyun13 iyun

    bax – müzakirə – redaktətarixçə


    13 iyun:

    Həmid Kərzai
    Həmid Kərzai
  • 922İdil bulqarlarının İslamı rəsmi dövlət dini kimi qəbul etməsinə həsr olunmuş mərasim keçirildi.
  • 1550Memar Sinan İstanbulda Süleymaniyyə məscidinin inşasına başladı.
  • 1871Kanadanın Labrador əyalətində qasırğa 300 nəfərin ölümünə səbəb oldu.
  • 1934Adolf HitlerMussolini İtaliyada görüşdülər.
  • 1993Kim Kempbel Kanadanın ilk qadın baş naziri oldu.
  • 2000Papa II İohan Pavelə sui-qəsd üstündə tutulan və İtaliyada həbsxanada olan Mehmet Ali Ağca Türkiyəyə qaytarıldı.
  • 2002Əfqanıstanda ənənəvi Loya Cirga Məclisi yığışaraq, Həmid Kərzaini (şəkildə) ölkənin müvəqqəti prezidenti seçdi.
  • Digər günlər: 12 iyun13 iyun14 iyun

    bax – müzakirə – redaktətarixçə


    Nelson Mandela
    Nelson Mandela
  • 1158Bavariya hersoqu XII Henrix İsar çayının sahilində Münxen şəhərinin əsasını qoydu.
  • 1900Havay adaları Amerika Birləşmiş Ştatlarının ərazisi elan edildi.
  • 1907Norveçdə qadınlara səsvermə hüququ verildi.
  • 19411940–41-ci illərdə Sovet nəzarətinə keçmiş Baltikyanı ölkələrdən, PolşaRumıniyanın ilhaq olunmuş ərazilərindən deportasiyalar başladı.
  • 1964Nelson Mandela (şəkildə) ömürlük həbsə məhkum edildi.
  • 1964Çin özünün ilk hidrogen bombasını sınaqdan çıxardı.
  • 1982Folklend müharibəsi: Stenlidəki Argentina qüvvələri Böyük Britaniya əsgərlərinə təslim oldular.
  • Digər günlər: 13 iyun14 iyun15 iyun

    bax – müzakirə – redaktətarixçə


    15 iyun: Azərbaycan Xalqının Milli Qurtuluş Günü.

  • 1389Kosovo döyüşü: Osmanlı dövləti serblər və bosniyalılarla həlledici döyüşdə qələbə qazandı.
  • 1808I Napoleonun qardaşı Jozef Bonapart İspaniya kralı elan olundu.
  • 1836Arkanzas ABŞ-nin 25-ci ştatı kimi qəbul edildi.
  • 1864ABŞ vətəndaş müharibəsi: Virciniyada Petersburq şəhərinin mühasirəsi başladı.
  • 1896Yaponiya tarixində ən dağıdıcı sunami hadisəsi nəticəsində 22 min insan həyatını itirdi.
  • 1994 — İsrail və Vatikan arasında diplomatik əlaqələr quruldu.
  • 1997 — 15 iyun Azərbaycan xalqının milli qurtuluş günü kimi qeyd olunmağa başladı.
  • Digər günlər: 14 iyun15 iyun16 iyun

    bax – müzakirə – redaktətarixçə


    16 iyun: Ford motor şirkətinin qurulması, Rumıniya ilə diplomatik əlaqələr

  • 1633İnkvizisiya məhkəməsi Qalileo Qalileyin bidətə görə cəzalandırılması baərədə qərar çıxardı.
  • 1815Vaterloo döyüşündən iki gün əvvəl Napoleon Bonapart Linyi döyüşündə özünün sonuncu qələbəsini qazandı.
  • 1865Daşkənd şəhəri rus qoşunları tərəfindən ələ keçirildi.
  • 1903Ford motor şirkəti yaradıldı.
  • 1925Krımda "Artek" pioner düşərgəsi açıldı.
  • 1963 — İlk qadın kosmonavt — Valentina Tereşkovanı daşıyan "Vostok-6" gəmisi kosmosa buraxıldı.
  • 1992Azərbaycan Respublikası ilə Rumıniya arasında diplomatik əlaqələr quruldu.
  • Digər günlər: 15 iyun16 iyun17 iyun

    bax – müzakirə – redaktətarixçə


    17 iyun: İndoneziyada uşaqlar günü, İslandiyada müstəqillik günü

    Ka-50
    Ka-50
  • 1918 — Azərbaycan Xalq Cümhuriyyətinin Səhiyyə Nazirliyi təsis olunmuşdur.
  • 1935ABŞ kinokompaniyası olan Paramount Pictures qurulmuşdur.
  • 1944İslandiya Danimarkadan ayrıldı və özünü respublika elan etdi.
  • 1967Çin Xalq Respublikası ilk hidrogen bombasını sınaqdan keçirtdi.
  • 1982Ka-50 helikopterinin ilk uçuşu həyata keçirilmişdir.
  • 1992Azərbaycan Belçika ilə diplomatik əlaqələr qurmuşdur.
  • 2010Sankt-Peterburqda ənənəvi beynəlxalq ekonomika forumu işə başlamışdır.
  • Digər günlər: 16 iyun17 iyun18 iyun

    bax – müzakirə – redaktətarixçə


    18 iyun:

    Turqut Özal
    Turqut Özal
  • 1815Napoleon Bonapart Vaterlo döyüşündə İngiltərəPrussiya ordularına məğlub oldu.
  • 1928 — Pilot Ameliya Erhart təyyarə ilə Atlantik okeanı üzərindən uçan ilk qadın oldu.
  • 1953Misirdə 74 illik İngiltərə mustəmləkəçiliyi sona çatdı və respublika elan edildi.
  • 1979Sovet İttifaqı Kommunist Partiyasının rəhbəri Leonid BrejnevABŞ prezidenti Cimmi Karter Vyanada strateji silahların azaldılmasına dair müqavilə imzaladılar.
  • 1988Türkiyə prezidenti Turqut Özal (şəkildə) Ankara Atatürk İdman Salonunda Qartal Dəmirağ adlı sui-qəsdçinin silahlı hücumuna məruz qaldı.
  • 2006Qazaxıstanın ilk süni peyki olan KazSat kosmosa çıxarıldı.
  • Digər günlər: 17 iyun18 iyun19 iyun

    bax – müzakirə – redaktətarixçə


    19 iyun: Küveytdə müstəqillik günü, ilk atalar günü

    Artur Miller
    Artur Miller
  • 1762 — Rusiya imperiyası ilə Prussiya arasında sülh müqaviləsi imzalanır.
  • 1862 — Amerika Birləşmiş Ştatları Konqresi qul saxlamağı ABŞ ərazisində qadağan etmişdir.
  • 1910 — İlk atalar günü Vaşinqtonda qeyd edildi.
  • 1912Amerika Birləşmiş Ştatlarında səkkiz saatlıq iş günü qəbul olunmuşdur.
  • 1956 — Merilin Monro və Artur Miller evlənmişdir.
  • 1961Küveyt Britaniyadan müstəqillik almışdır.
  • 1992Azərbaycan Respublikası Avstraliya ilə diplomatik əlaqələr qurmuşdur.
  • Digər günlər: 18 iyun19 iyun20 iyun

    bax – müzakirə – redaktətarixçə


    20 iyun: Mali və Seneqalda müstəqillik günü, ABŞ-da 35-ci ştat

    Pərviz Müşərrəf
    Pərviz Müşərrəf
  • 1837Kraliça Viktoriya Britaniyada taxta oturdu.
  • 1840Samuel Morze teleqrafın patentini əldə etdi.
  • 1863Qərbi Virciniya ABŞ-nin 35-ci ştatı kimi qəbul edildi.
  • 1960MaliSeneqalın müstəqillik əldə etmələri.
  • 1991Almaniya parlamenti paytaxtın Bonndan Berlinə köçürülməsi qərarına gəlir.
  • 1995Azərbaycan Mozambik ilə diplomatik əlaqələr qurmuşdur.
  • 2001Pərviz Müşərrəf (şəkildə) Pakistan prezidenti oldu.
  • Digər günlər: 19 iyun20 iyun21 iyun

    bax – müzakirə – redaktətarixçə


    21 iyun: Psara adasının işğalı, Qrenlandiyada müstəqillik

    Qrenlandiya bayrağı
    Qrenlandiya bayrağı
  • 1503Almaqulağı döyüşündə Şah İsmayıl Xətai Sultan Murad Ağqoyunlu üzərində qələbə qazanmışdır.
  • 1633Qalileo Qaliley inkvizisiya məhkəməsində yer kürəsinin fırlandığı ilə bağlı nəzəriyyəsindən imtina etmək məcburiyyətində qalıb.
  • 1749Kanadada Qalifaks şəhərinin əsası qoyuldu.
  • 1824Yunanıstanın müstəqillik müharibəsi: Misir qüvvələri Egey dənizindəki Psara adasını ələ keçirir.
  • 1898ABŞ İspaniyadan Quamı ələ keçirir.
  • 1908Londonda 200 min qadın, seçmə və seçilmə hüququ almaq tələbi ilə nümayış keçirib.
  • 2009Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiya (şəkildə Qrenlandiya bayrağı təsvir edilib) müstəqilliyini elan edib.
  • 1992Azərbaycan BMT-nin Uşaq hüquqları Konvensiyasına qoşulmuşdur.
  • Digər günlər: 20 iyun21 iyun22 iyun

    bax – müzakirə – redaktətarixçə


    İsveç bayrağı
    İsveç bayrağı
  • 1593Sisak döyüşündə SloveniyaXorvatiya ordusu Osmanlı qüvvələri üzərində qələbə çaldı.
  • 1825Böyük Britaniya parlamenti feodalizmi və yer ağalığı sistemini ləğv etdi.
  • 1906İsveç bayrağı rəsmi olaraq qəbul edildi.
  • 1941Nasist Almaniyası bütün sərhəd boyu Sovet İttifaqına hücuma başladı.
  • 1976Kanadada ölüm hökmü ləğv olundu.
  • 2002Rixter şkalasına görə 6.5 bal gücündə zəlzələ İranın qərb bölgəsində 261 nəfərin ölümünə səbəb oldu.
  • Digər günlər: 21 iyun22 iyun23 iyun

    bax – müzakirə – redaktətarixçə


    23 iyun: Turqut Rəisin ölümü, Norveçdə yanğın

    V Çarlz
    V Çarlz
  • 1532I FransiskVIII Henri arasında imperator V Karla (şəkildə) qarşı gizli saziş imzalanmışdır.
  • 1565Turqut RəisOsmanlı İmperiyasının hərbi-dəniz donanmasının komandanı Malta mühasirəsi zamanı həlak olmuşdur.
  • 1691Osmanlı sultanı II Süleyman vəfat etmiş, II Əhməd Osmanlı taxtına keçmişdir.
  • 1894Parisdə Beynəlxalq Olimpiya Komitəsi yaradılmışdır.
  • 1959Norveçdə bir kurort məkanda yerləşən mehmanxanada baş verən yanğın 34 insanın ölümü ilə nəticələnmişdir.
  • 1991Moldova müstəqilliyini elan etmişdir.
  • Digər günlər: 22 iyun23 iyun24 iyun

    bax – müzakirə – redaktətarixçə


    24 iyun: Azərbaycanın 2-ci prezidenti Əbülfəz Elçibəyin doğum günü. Argentina futbolçusu Lionel Messinin doğum günü.

    Napoleon Bonapart
    Napoleon Bonapart
  • 1793Fransada ilk respublika konstitusiyası qəbul edilmişdir.
  • 1812Napoleon (şəkildə) Rusiyaya yürüşə başlamışdır.
  • 1859İsveçrə iş adamı Anri Dünan İtaliyada Solferino müharibəsindən sonra Beynəlxalq Qızıl Xaç cəmiyyətini qurmağa qərar vermişdir.
  • 1901Pablo Pikassonun əsərləri ilk dəfə nümayiş etdirilmişdir.
  • 1913YunanıstanSerbiya Bolqarıstanla olan əlaqələrini kəsmişdir.
  • 2002Azərbaycan Beliz ilə diplomatik əlaqələr qurmuşdur.
  • Digər günlər: 23 iyun24 iyun25 iyun

    bax – müzakirə – redaktətarixçə


    25 iyun: Koreya müharibəsinin başlaması, Maykl Ceksonun (şəkildə) vəfatı.

    Maykl Cekson
    Maykl Cekson
  • 1801Qahirədəki işğalçı Fransa ordusu Osmanlı ordusuna təslim oldu.
  • 1903Mariya Küri Paris Universitetinə təqdim etdiyi tezislərdə radiumu kəşf etdiyini açıqladı.
  • 1923Mustafa Kamal Atatürk İzmirdən millət vəkili seçildi.
  • 1950Şimali Koreya ordusunun 38-ci paralel boyunca Cənubi Koreyaya hücuma keçməsi ilə 3 il davam edəcək Koreya müharibəsi başladı.
  • 1991SloveniyaXorvatiya müstəqilliklərini elan etdilər.
  • 1993Tansu Çillər Türkiyənin ilk qadın baş naziri oldu.
  • Digər günlər: 24 iyun25 iyun26 iyun

    bax – müzakirə – redaktətarixçə


    26 iyun: Bakının işğal edilməsi, Elvis Preslinin son konserti

    Elvis Presli
    Elvis Presli
  • 1723Bakı uzun mühasirədən sonra Rusiya qoşunları tərəfindən işğal edilmişdir.
  • 1819velosiped qeydə alınmışdır.
  • 1918Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Əliağa Şıxlinskinin komandanlığı altında Əlahiddə Azərbaycan korpusu yaradılmışdır.
  • 1945Birləşmiş Millətlər Təşkilatı qurulmuşdur.
  • 1975İndira Qandi Hindistanda höküməti başlamışdir.
  • 1977Elvis Presli son konsertini vermişdir.
  • 1979Məhəmməd Əli boks karyerasının sonu olduğunu elan etmişdir.
  • Digər günlər: 25 iyun26 iyun27 iyun

    bax – müzakirə – redaktətarixçə


    27 iyun:

    Sloveniya bayrağı
    Sloveniya bayrağı
  • 1893Nyu-York brijası çox aşağı enmişdir.
  • 1916Hicaz, istiqlalını elan edərək Osmanlı imperiyasından ayrılmışdır.
  • 1917Yunanıstan, Antanta dövlətlərinə qatılmışdır.
  • 1954 — Dünyanın ilk nüvə enerji santralı Moskva yaxınlarında Obninskdə açılmışdır.
  • 1977Cibuti müstəqilliyni elan etmişdir.
  • 1991 — İki gün öncə istiqlalını elan edən Sloveniya Yuqoslaviya əsgərləri, tankları və təyyarələri tərəfindən işğal edilmişdir.
  • 1918Türk dili Azərbaycanın dövlət dili elan edilmişdir.
  • Digər günlər: 26 iyun27 iyun28 iyun

    bax – müzakirə – redaktətarixçə


    28 iyun: Ukraynada konstitusiya günü, Qazaxıstanda jurnalistlər günü

    Mayk Tayson
    Mayk Tayson
  • 1461IV Eduard İngiltərə kralı olmuşdur.
  • 1635Qvadelupa Fransa koloniyası olmuşdur.
  • 1838 — İngiltərə kraliçası Viktoriyanın tacqoyma mərasimi baş tutmuşdur.
  • 1881AvstriyaSerbiya arasında gizli anlaşma imzalanmışdır.
  • 1950Seul Şimali Koreya qüvvələri tərəfindən ələ keçirilmişdir.
  • 1995Azərbaycan Makedoniya ilə diplomatik əlaqələr qurmuşdur.
  • 1997Mayk Taysona (şəkildə) oyun zamanı rəqibinin qulağını dişlədiyi üçün məğlubiyyət verilmişdir.
  • Digər günlər: 27 iyun28 iyun29 iyun

    bax – müzakirə – redaktətarixçə


    29 iyun: Seyşel adalarından müstəqillik günü, Braziliyanın ilk çempionluğu

    Seyşel adaları bayrağı
    Seyşel adaları bayrağı
  • 1880 — Fransa Taitini öz ərazilərinə qatmışdır.
  • 1916 — Boeing şirkətinə aid ilk təyyarənin uçuşu baş tutmuşdur.
  • 1958 — Braziliya milli futbol komandası ilk dəfə dünya çempionu oldu.
  • 1976 — Seyşel adaları müstəqillik əldə etmişlər.
  • 1985 — ABŞ-da Con Lennonun maşını 2 milyon 229 min dollara satıldı.
  • 1992Azərbaycan Respublikası Yeni Zelandiya ilə diplomatik əlaqələr qurmuşdur.
  • 1999 — Abdullah Öcalan vətənə xəyanət damğası ilə edam qərarına məhkum edildi.
  • Digər günlər: 28 iyun29 iyun30 iyun

    bax – müzakirə – redaktətarixçə


    Tauer körpüsü
    Tauer körpüsü
  • 1868 — Səmərqənd Rusiya imperiyasına birləşdi.
  • 1894Londonda Tauer körpüsü açıldı.
  • 1921 — 27-ci ABŞ prezidenti Uilyam H. Taft ABŞ Ali Məhkəməsinin sədri təyin olundu.
  • 1908Tunqus meteoritinin havada partlaması nəticəsində 2000 km² meşə sahəsi məhv oldu.
  • 1960Konqo Demokratik Respublikası Belçikadan müstəqilliyini elan etdi.
  • 1971 — Soyuz-11 kosmik aparatının enişi zamanı yaranmış nasazlıq nəticəsində kosmonavtlar Georgi Dobrovolski, Vladislav Volkov və Viktor Patsayev həlak oldular.
  • 2009Hind okeanı üzərində qəzaya uğrayan Yəmən hava yollarına aid təyyarədə 152 nəfər həlak oldu, 14 yaşlı məktəbli qız sağ qaldı.
  • Digər günlər: 29 iyun30 iyun1 iyul

    bax – müzakirə – redaktətarixçə


    Tarixdə bu gün arxivi
    YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


    Hazırda 03:08, Çərşənbə, 7 avqust, 2024 (UTC) – Keşi təmizlə

    {{bottomLinkPreText}} {{bottomLinkText}}
    Vikipediya:Tarixdə bu gün/İyun
    Listen to this article

    This browser is not supported by Wikiwand :(
    Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
    Please download and use one of the following browsers:

    This article was just edited, click to reload
    This article has been deleted on Wikipedia (Why?)

    Back to homepage

    Please click Add in the dialog above
    Please click Allow in the top-left corner,
    then click Install Now in the dialog
    Please click Open in the download dialog,
    then click Install
    Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
    then click Install
    {{::$root.activation.text}}

    Install Wikiwand

    Install on Chrome Install on Firefox
    Don't forget to rate us

    Tell your friends about Wikiwand!

    Gmail Facebook Twitter Link

    Enjoying Wikiwand?

    Tell your friends and spread the love:
    Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

    Our magic isn't perfect

    You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

    This photo is visually disturbing This photo is not a good choice

    Thank you for helping!


    Your input will affect cover photo selection, along with input from other users.

    X

    Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?