For faster navigation, this Iframe is preloading the Wikiwand page for Vikipediya:Həftənin yaxşı məqaləsi/iyul 2018.

Vikipediya:Həftənin yaxşı məqaləsi/iyul 2018

Vikipediya, azad ensiklopediya

Həftənin yaxşı məqaləsi arxivi
2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2025: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 6 sentyabr 2024, Cümə (İlin 36. həftəsi); bu an saat 17:08 (UTC)
(yenilə)
Keşi təmizlə

27. Həftə
Pirates of the Caribbean: Armada of the Damned — (azərb. Karib dənizinin quldurları: Lənətlənmişin Armadası‎) — "Propaganda Games" tərəfindən hazırlanan, "Disney Interactive Studios" tərəfindən nəşr olunan və döyüş-macərarol-pleyinq janrlarında olan ləğv edilmiş video oyunu. Oyun Xbox 360PlayStation 3Microsoft Windows platformaları üçün hazırlanırdı. Oyun «Karib dənizinin quldurları» film franşizası əsaslı ilk açıq-dünya video oyunu olacaqdı. Oyun 1 fevral 2011-ci il tarixində satışa çıxarılacaqdı, ancaq "Propaganda Games"in bağlanmasından bir neçə ay əvvəl, 2010-cu ilin oktyabr ayında ləğv olunmuşdur.

«Qara mirvarinin lənəti» filmindən əvvəl keçən oyunun baş qəhrəmanı hörmət qazanmaq üçün Karib dənizini səyahət edən quldur kapitan Ceyms Sterlinq idi. Oyun məzmunu haqda az məlumatın elan edilməsinə baxmayaraq, filmin əsas hekayəsindən müstəqil olması və yeni personajlar ehtiva etməsi nəzərdə tutulurdu. Geympley gerçək-zamanlı döyüş və silah özəlləşdirmə kimi rol-pleyinq elementlərinə sahib idi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


28. Həftə
Qafqaz İslam ordusu AXC mətbuatındaXX əsrdə Azərbaycanın azadlıq müharibəsində iştirak etmiş Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyəti mətbuatında əhatə edilməsi.

Nuru Paşanın rəhbərlik etdiyi 12-14 min Osmanlı əsgərindən ibarət olan, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə sayı təqribən 20 min olmuş Qafqaz İslam ordusu, Bakı şəhərində törədilən Mart soyqırımından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabr ayına qədər fəaliyyət göstərmişdir.

XX əsrin əvvəlində başlayan istiqlaliyyət hərəkatı və bu hərəkatın məntiqi nəticəsi kimi yaranan Azərbaycan Xalq Cümhuriyyəti milli mətbuatda davamlı şəkildə aparılan ideoloji mübarizələr meydanında təşəkkül tapdı. Muxtariyyətçilik fikrindən istiqlalçılığa, cümhuriyyətçiliyə keçidin siyasi-ideoloji təməlini yaradan milli mətbuat orqanları say etibarilə əks mövqedə dayanan qəzetlərə nisbətən çox az olsa da, fəaliyyətləri millətin xeyrinə nəticələndi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


29. Həftə
ŞuşaAzərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində şəhər. Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Şuşada 17 məhəllə vardı: Seyidli, Culfalar, Quyuluq, Çuхur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Urudlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, MerdinliTəzə məhəllə. Hər məhəllədə hamam, məscidbulaq vardı.

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb.Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.

XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində professional musiqi təhsilinin bünövrəsi qoyulur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


30. Həftə
Günay Məmmədzadə — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrossmeyster (2014), kişilər arasında beynəlxalq usta (2018). Azərbaycan (2017), dünya (10 yaş qrupunda 2009) və ikiqat Avropa (8 yaşadək 2008 və 14 yaşadək 2013) çempionu. Günay Məmmədzadə 2016-cı ildən qadınlardan ibarət Azərbaycan yığmasının üzvüdür. O, yığmanın heyətində Olimpiada (2016), dünya (2017) və Avropa (2017) çempionatlarının iştirakçısı olub.

2014-cü ildə FİDE-nin Prezident Şurasının iclasında 14 yaşlı Azərbaycan şahmatçısı Günay Məmmədzadəyə qadınlar arasında beynəlxalq qrossmeyster adının verilməsi barədə qərar qəbul olunub. Günay Azərbaycanın şahmat tarixində belə gənc yaşda bu ada layiq görülmüş ilk şahmatçıdır. 2018-ci ildə kişilər arasında beynəlxalq usta adına layiq görülüb.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə

{{bottomLinkPreText}} {{bottomLinkText}}
Vikipediya:Həftənin yaxşı məqaləsi/iyul 2018
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?