For faster navigation, this Iframe is preloading the Wikiwand page for
Vikipediya:Həftənin yaxşı məqaləsi/33. Həftə 2022.
Vikipediya:Həftənin yaxşı məqaləsi/33. Həftə 2022
Vikipediya, azad ensiklopediya
Barnaba İncili — İsanın həyatından bəhs edən və həvari Varnavanın adından yazılmış ədəbi mətn. XVIII əsrin əvvəllərində bu mətnin iki əlyazması aşkarlanmışdır. Bəzi müstəqil tədqiqatçıların fikrinə görə, "Barnaba İncili" təxminən XV əsrdə müsəlman nöqteyi-nəzərindən yazılmış saxta (psevdoapokrif) mənbədir. Bu mətn haqqında diskussiya, xüsusilə 1980-ci illərin sonlarında aktivləşmiş və xristian-müsəlman dialoqunun mühüm tərkib hissələrindən birinə çevrilmişdir.
Bəzi müsəlman apologetlər bildirirlər ki, böyük ehtimalla "Barnaba İncili" İsanın missiyası haqqında həqiqi məlumatların saxlandığı yeganə mənbələrdəndir və kanonik incillər də daxil olmaqla, digər mənbələr hamısı Həvari Pavelin davamçıları tərəfindən saxtalaşdırılmışdır. 2012-ci ilin fevralında Türkiyə KİV-i "Barnaba İncili"nin qədim əlyazma nüsxəsinin tapılması və həmin nüsxədə İsanınMəhəmmədi davamçısı kimi göstərməsi haqqında geniş kampaniya aparmışdır. Bu kampaniya "Barnaba İncili"nə olan marağın yenidən artmasına səbəb olmuşdur.
This browser is not supported by Wikiwand :( Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience. Please download and use one of the following browsers:
Your input will affect cover photo selection, along with input from other users.
X
Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?
Oh no, there's been an error
Please help us solve this error by emailing us at support@wikiwand.com
Let us know what you've done that caused this error, what browser you're using, and whether you have any special extensions/add-ons installed.
Thank you!