Vikipediya:Həftənin seçilmiş məqaləsi/49. Həftə 2019
Vikipediya, azad ensiklopediya
Noam Çomski — ABŞ linqvisti, filosofu, tarixçisi və politoloqu. Çomski müasir dilçiliyin atası kimi qəbul edilir və analitik fəlsəfənin ən böyük nümayəndələrindən hesab edilir. Yəhudi əsilli Rusiya köçkünü Uilyam Çomskinin oğludur. Çomski Massaçusets Texnologiya İnstitutunda dilçilik üzrə professordur. Öz adıyla adlandırdığı "Çomski iyerarxiyası"nın yaradıcısıdır.
İdeoloji cəhətdən anarxizm və azad sosializm tərəfdarıdır, Çomski müasir kapitalizmin və ABŞ-ın xarici siyasətinin alovlu tənqidçisi kimi tanınır. Çomski Filadelfiyada fəhlə sinfindən olan Aşkenazi ailəsində anadan olmuşdur. Erkən yaşlarından Nyu-Yorkdakı alternativ kitab dükanlarından anarxizmlə maraqlanmışdır. Pensilvaniya Universitetində təhsil almış, Harvard Araşdırmaçılar Cəmiyyətindəki bakalavr üstü araşdırması zamanı inkişaf etdirdiyi transformasianal qramatika nəzəriyyəsi barədə 1955-ci ildə doktorantura işini müdafiə etmişdir. Elə həmin ildə də MİT-də dərs deməyə başlamışdır. (Davamı...) |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.