For faster navigation, this Iframe is preloading the Wikiwand page for
Vikipediya:Həftənin seçilmiş məqaləsi/44. Həftə 2013.
Vikipediya:Həftənin seçilmiş məqaləsi/44. Həftə 2013
Vikipediya, azad ensiklopediya
Skelet — insanın bədənində olan sümüklərin məcmusu. Bu sümüklər məcmusu skeleti (yun. skeleton – "qurumuş") təşkil edir. Skelet hərəkət aparatının passiv hissəsinə aid olub hərəkət, istinad və qoruyucu funksiya daşıyır.
Bişofa görə hərəkət aparatı bədənin kütləsinin 72,45%-ni, skelet isə 1/3 və ya 1/7 hissəsini təşkil edir. Yerdə qalanı bağ aparatı və əzələlərin üzərinə düşür. Yetkin şəxsin skeletini təşkil edən sümüklərin ümumi sayı 200-dən artıqdır.
Skeleti təşkil edən hər bir sümük – os tam mənada bir orqandır. O müəyyən formaya, quruluşa və funksiyaya malikdir. Sümük başlıca olaraq sümük toxumasından təşkil olunmuşdur. Bundan əlavə sümükdə başqa toxumalardan təşkil olunmuş törəmələr: sümüküstlüyü, sümük iliyi, damarlar və sinirlər də vardır. Sümüküstlüyü sümüyü xaricdən örtür, sümük iliyi isə onun daxilində yerləşir. Sümüyün oynaq səthləri qığırdaqla örtülü olur. Sümüklər bir-biri ilə birləşdirici toxuma ilə birləşib skeleti əmələ gətirirlər.
This browser is not supported by Wikiwand :( Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience. Please download and use one of the following browsers:
Your input will affect cover photo selection, along with input from other users.
X
Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?
Oh no, there's been an error
Please help us solve this error by emailing us at support@wikiwand.com
Let us know what you've done that caused this error, what browser you're using, and whether you have any special extensions/add-ons installed.
Thank you!