For faster navigation, this Iframe is preloading the Wikiwand page for
Vikipediya:Həftənin seçilmiş məqaləsi/36. Həftə 2023.
Vikipediya:Həftənin seçilmiş məqaləsi/36. Həftə 2023
Vikipediya, azad ensiklopediya
Darya Sorokina — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2015-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının üzvüdür.
Darya Sorokina Azərbaycanı 2017, 2020, 2021, 2022 və 2023-cü illərdə Avropa çempionatlarında təmsil edib. 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. 2021-ci ildə Tokioda keçirilən yay Olimpiya oyunlarında Azərbaycanı təmsil edib.
Darya Sorokina həm də 2019, 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup həmin çempionatda 3 lent və 2 topla turnirdə 30,750 balla turnirin bürünc medallarına sahib olub. Bu, Azərbaycan idmanı tarixinda bədii gimnastların Dünya Çempionatının qrup turnirində əldə etdikləri ilk və yeganə medaldır.
This browser is not supported by Wikiwand :( Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience. Please download and use one of the following browsers:
Your input will affect cover photo selection, along with input from other users.
X
Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?
Oh no, there's been an error
Please help us solve this error by emailing us at support@wikiwand.com
Let us know what you've done that caused this error, what browser you're using, and whether you have any special extensions/add-ons installed.
Thank you!