Vikipediya:Bilirsinizmi/1. Həftə 2019
Vikipediya, azad ensiklopediya
Vikipediya məqalələrindən
- Dağlaləsi həyəcanının məhşurlaşmasında bir ingilis jurnalist tərəfindən 1841-ci ildə yazılan "Fövqəladə Kütləvi yanılmalar və İzdihamların Həyəcanı" adlı əsərin böyük rolu olmuşdur.
- Uzun Həsənin oğlu Zeynal bəyin dəfn olunduğu türbə (şəkildə) Ilısu Barajının tikintisi sona çatdıqdan sonra su altında qalmaması üçün xüsusi texnologiya vasitəsilə 12 may 2017-ci ildə öz yerindən Hasankeyf Yeni Mədəniyyət Parkına daşınmışdır.
- Gürcü yazıları Gürcüstan mədəni irsində milli statusu daşıyır və hazırda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınmağa namizəddir.
- 21 iyun 1503-cü ildə Şah İsmayılla Sultan Murad, Həmədan yaxınlığında Alma bulağı (yaxud bəzi ədəbiyyatlarda Almaqulağı) adlanan yerdə üz-üzə gəldi. Sayca üstün olmasına baxmayaraq Sultan Muradın qoşunu darmadağın edildi.
- Assassin's Creed Origins oyunu Qədim Misirin Ptolemeylər dövrünün sonuna yaxın bir vaxtda (e.ə 49–47), Kleopatranın hakimiyyətində keçir və tarixi hadisələri uydurma versiyaları ilə yenidən qurur.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.