For faster navigation, this Iframe is preloading the Wikiwand page for Vikipediya:İdeyaların çoxu pisdir.

Vikipediya:İdeyaların çoxu pisdir

Vikipediya, azad ensiklopediya

Hemfri Devi, məşhur kimyaçı, azot-1 oksidi çəkməyi təhlükəsiz hesab edirdi.
Nikola Tesla, elektrik dahisi, zəlzələ maşınının yaradılması təklif edirdi.
Linus Polinq, ikiqat Nobel mükafatçısı, meqavitamin terapiyasını müdafiə edirdi.

Real həyatda olduğu kimi vikipediyada da ideyaların çoxu pisdir. Təbii ki, yaxşı ideyalar da çoxdur, amma pis ideyalara baxanda azlıqda qalırlar. Bəzən bir insan bir yaxşı ideyasına görə məşhur olur, halbuki fəaliyyəti boyunca bir çox pis ideya verib.

Pis ideyaların çox olması hələ problem deyil. Əsas məsələ pis ideyaya necə yanaşmağınızdadır. Pis ideyaya doğru yanaşıldıqda hamı üçün xoş olan bir müzakirə mühiti yaranır. Pis ideyaya doğru yanaşılmadıqda isə konflikt və mübahisələr yaranır, istifadəçilərin əhval-ruhiyyəsinə mənfi təsir göstərir.

İdeyalar niyə pis ola bilər

[mənbəni redaktə et]

İdeyanın niyə pis olduğunu anlamaq yaxşı ideyaya gedən ilk addımdır. İdeya aşağıdakı səbəblərdən pis ola bilər.

  1. Doğru başa düşülməmiş bir praktikaya əsaslanır.
  2. Texniki cəhətdən mümkün deyil. Vikipediyanın öz proqram təminatının müəyyən limitləri var.
  3. Ümumi qəbul edilmiş bir konsensusa ziddir. Təbii ki, konsensus da dəyişə bilər, lakin konsensus nə qədər çox insan tərəfindən əsaslı qəbul edilirsə, onu dəyişmək bir o qədər çətin olur.
  4. Tətbiqi barədə lazımı detalları əskikdir və ya məlum deyil. Bəzən ideya qıraqdan yaxşı görünsə də, necə tətbiq olunacağı dəqiq bilinmir.
  5. Daha çox problem yaradır.
  6. Hədəf problemi həll etmir.
  7. Hədəf problem əslində problem deyil.

və s.

İdeya vermisiz, amma pis hesab olunur

[mənbəni redaktə et]
  1. Mədəni olun. Kimsə sizin ideyanızı pis hesab edir deyə ona kobud davranmayın, ad hominem hücumlar etməyin. Rasional olun. Fikir bildirənlərə xoş sözlər (məsələn, "Fikriniz üçün təşəkkür edirəm") yazın.
  2. Yenidən nəzərdən keçirin. Bütün pis ideyalar 100% pis ideya deyil. Bəlkə də, yanaşmanızda hansısa səhv var və ya ideyanızın bir az təkmilləşdirilməsinə ehtiyac var. Bunun üçün digər istifadəçilərdən kömək istəmək olar.
  3. Yeni bir şey öyrənin. Vikipediya qarışıq bir yerdi, burada öyrənməli çox şey var. Hətta təcrübəli istifadəçilər üçün belə. Ona görə ideyanız pis olsa belə səsləndirilən səbəb və arqumentlərdən yeni nəsə öyrənin. Bəlkə də gələcək ideyalarınızda faydalı olacaq.
  4. Ruhdan düşməyin. Vikipediyada hamının ideyası rədd oluna bilər, təcrübəli istifadəçilərin də. İdeyanız rədd edilsə şəxsi məsələ kimi qəbul etməyin və vikipediyada fəaliyyət göstərməyə davam edin. Bəlkə də növbəti ideyanız möhtəşəm ola bilər!

Kimsə ideya verib, amma onu pis hesab edirsiz

[mənbəni redaktə et]
  1. Mədəni olun. Ən lazımsız, ən pis ideya olsa belə, buna görə heç kimə kobud davranmayın. Nəzakətli davranın. Şəxsə qarşı fikir bildirməyin, ideyaya fikir bildirin. Unutmayın, sizin də çox pis ideyanız olub (yaxud ola bilər)!
  2. Səbəb göstərin. Qaydalardan, stil kitabçalarından, müzakirələrdən, esselərdən səbəb göstərin, ideyanın niyə pis olduğunu göstərin.
  3. Dəyişiklik təklif edin. Bütün pis ideyalar 100% pis ideya deyil. Bəlkə də, yanaşmada hansısa səhv var və ya ideyanın bir az təkmilləşdirilməsinə ehtiyac var. Bunun üçün ideyanı verən istifadəçiyə kömək edə bilərsiz.
  4. Açıq fikirli olun. Baxmayaraq ki, ideyaların çoxu pis olur, bu hər ideyanın pis olduğu mənasına da gəlmir. Bəzən orijinal ideyalar rədd edilmiş köhnə ideyalarla səhv salınır. İdeyanı rədd etməməmişdən öncə tətbiqini yaxşıca gözdən keçirin, pis ideya olduğundan əmin olun.

Həmçinin bax

[mənbəni redaktə et]
  • Vikipediya:Pis məqalə ideyaları
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Vikipediya:İdeyaların çoxu pisdir
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?