For faster navigation, this Iframe is preloading the Wikiwand page for Vahab Əliyev.

Vahab Əliyev

Vikipediya, azad ensiklopediya

Vahab Əliyev
Vahab Səfər oğlu Əliyev
Doğum tarixi
Doğum yeri Bakı, Saray qəsəbəsi
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi Kimya
Elmi dərəcəsi Texnika üzrə elmlər doktoru
Elmi adı Akademik
İş yeri AMEA Neft-Kimya Prosesləri İnstitutu
Təhsili Qupkin adına Moskva Dövlət Neft-Qaz institutu
Mükafatları "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni
3-cü dərəcəli "Stalin" mükafatı

Vahab Səfər oğlu Əliyev (20 iyun 1908, Bakı, Saray qəsəbəsi, 2 avqust 1993, Bakı) — Azərbaycan kimyaçısı, Azərbaycanın tanınmış elm xadimi, Azərbaycan EA-nın həqiqi üzvü, Bir sıra neft-kimya proseslərinin yaradıcısı.

Əliyev Vahab Səfərəli oğlu 1908-ci il iyunun 20-də Bakının Saray kəndində kəndli ailəsində anadan olmuşdur. V.S.Əliyev 1925-ci ilə qədər kənd təsərüffatı işləri ilə məşğul olmuşdur.[1]. V.S.Əliyev 1925-ci ildə, 17 yaşında ikən, Bakı şəhərində fəhlə fakültəsinə daxil olmuş və eyni zamanda 6 №-li gecə məktəbində müəllimlik fəaliyyətinə başlamışdır.

V.S.Əliyev 1929-cu ildə fəhlə fakültəsini bitirdikdən sonra Qupkin adına Moskva Dövlət Neft-Qaz institutuna daxil olmuşdur. 1934-cü ildə institutu fərqlənmə diplomu ilə mühəndis-texnoloq ixtisası üzrə bitirdikdən sonra o Bakı şəhərinə, “Azneft”-in sərəncamına göndərilmişdir. Burada o, 1934-cü ilin iyuluna qədər “Azneftzavodlahiyə”-də mühəndis vəzifəsində işləmişdir.

O, 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetnin) aspiranturasına qəbul olmuşdur. V.S.Əliyev aspiranturada oxumaqla bərabər Bakı şəhərindəki Oktyabr inqilabı adına Neft Texnikumunda müəllim kimi çalışmışdır. Burada o, neft zavodlarının mexanikası kursununun diplom layihələrində məsləhətçi kimi çalışmış, həmçinin tibb institutunda fiziki-kimya fənni üzrə baş müəllim kimi fəaliyyət göstərmişdir.

V.S.Əliyev 1935-ci ildən 1938-ci ilədək həm də Azərbaycan Sənaye İnstitutunda müəllim və diplom layihələrində məsləhətçi kimi çalışmışdır.

Qeyd etmək lazımdır ki, V.S.Əliyevin müəllimlik fəaliyyəti onun neft emalı və neft kimyası sahəsindəki bilik səviyyəsinin xeyli yüksəlməsinə səbəb olmuşdur.

V.S.Əliyev 1937-ci ildə Vano-Sturua adına zavodda texniki şöbənin müdiri vəzifəsinə təyin olunmuş, 1941-1942-ci illərdə texniki-istehsal şöbəsində böyük mühəndis, sonra isə həmin trestin 3 və 4 №-li zavodlarında baş mühəndis vəzifəsində, 1942-ci ildən 1946-cı ilədək isə Vano-Sturua adına 229 №-li zavodda baş mühəndis işləmişdir.

V.S.Əliyev namizədlik dissertasiyasının müdafiəsindən sonra 1951-ci ildə Neft Emalı üzrə Elmi Tədqiqat İntitutuna işə qəbul olunmuş və orada 1959-cu ilə qədər direktor vəzifəsində işləmişdir.

O, 1961-ci ildə “Neft-kimya üçün reaksiya qabiliyyətli karbohidrogenlərin tədqiqi və emalı” işini müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini almış və 1964-cü ildə elm və texnikada əldə etdiyi nailiyyətlərə görə Azərbaycanın Əməkdar Elm və Texnika xadimi adına layiq görülmüşdür.

25 il (1962-1987-ci illərdə) Azərbaycan EA Neft-kimya İnstitutunun direktoru olmuşdur. Bilavasitə onun rəhbərliyi ilə “qaynar lay” texnologiyasının nəzəri əsasları işlənib hazırlanmış və bir çox kimyəvi proseslərə tətbiq edilmişdir. Onun rəhbərliyi altında 7 elmlər doktoru və 60 elmlər namizədi yetişdirilmişdir. Yüksək elmi nailiyyətlərinə görə iki dəfə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.

Azərbaycan EA-nın həqiqi üzvü olmuşdur.

Təltif və mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • 1944-cü il Neftayırma və neft-kimya sənayesinin inkişafında əvəzsiz xidmətlərinə görə Lenin Ordeni və “Qafqazın müdafiəsinə görə” medal
  • 1945-ci il “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medal
  • 1948-ci il Neft və neft emalı sənayesində əsaslı təkliflərinə, emal metodlarına görə SSRİ Dövlət Mükafatı laureatı adı veriliş və “Qırmızı Əmək Bayrağı” orden
  • 1949-cu il “Əməkdə fərqlənməyə görə” medal
  • 1952-ci il Ümumittifaq Elmi mühəndis – texniki və neftçilər təşkilatının qərarına əsasən yeni texnikanın istehsal sahəsində yüksək göstəricilər göstərdiyi üçün təşkilatın Fəxri Fərman
  • 1955-ci il “Şərəf Nişanı” Orden
  • 1959-cu il “Şərəf nişanı” Orden
  • 1966-cı il “Şərəf nişanı” Orden
  • 1970-ci il “Rəşadətli Əməyə görə” medal
  • 1976-cı il Sənayedə yüksək effektli proses olan yanacağın parafinsizləşməsi işinin tətbiqi sahəsindəki xidmətlərinə görə Azərbaycan Dövlət Mükafatı
  • 1976-cı il Oktyabr İnqilabı orden
  • 1978-ci il Neft-kimya və neft emalı sahəsində yüksək xidmətlərinə görə “Fəxri Neft kimyaçısı” adı
  • 1979-cu il “Azərbaycan Ali Soveti Rəyasət Heyyətinin Fəxri Fərmanı”
  • 1980-ci il SSRİ Xalq Təsərrüfatının inkişafındakı yüksək nailiyyətlərinə görə XTNS-nin qızıl medal
  • 1982-ci il Neftin katalitik krekinqdə yüksək effektli reaktorların tətbiqi və kiçik dispersli alümosilikat katalizatorunda işləyən prosesin sənayedə tətbiqi və tədqiqi sahəsində xidmətlərinə görə Azərbaycan Dövlət Mükafatı laureatı
  • 1983-cü il Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərman
  • 1985-ci il “Qələbənin 40illiyi” medal
  • 1988-ci il Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin Fəxri Fərman
  1. "Görkəmli kimyaçılar". 2013-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Vahab Əliyev
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?