Uaskaran Milli Parkı
Vikipediya, azad ensiklopediya
Uaskaran Milli Parkı | |
---|---|
isp. Parque nacional Huascarán | |
![]() | |
BTMB kateqoriyası — II (Milli park)![]() |
|
Sahəsi | 3400 km2 ha |
Yaradılma tarixi | 1 iyul 1975 |
İdarəetmə orqanı | SERNANP |
Yerləşməsi | |
9°20′ c. e. 77°24′ q. u. | |
Ölkə |
![]() |
Yaxın şəhər |
![]() |
inrena.gob.pe/areasprote… | |
|
|
Rəsmi adı | ing. Huascarán National Park |
Tipi | Təbii |
Kriteriya | vii, viii |
Tarixi | 1985 (9-cu sessiya) |
İstinad nöm. | 333 |
Region | Latın Amerikası və Karib hövzəsi |
![]() |
Uaskaran Milli Parkı (isp. Parque nacional Huascarán) — And dağlarının Kordilyer-Blanka silsiləsində, Perunun Ankaş bölgəsində yerləşən milli park. Milli park həm də Dünya irsi statusuna malikdir. Perunun ən hündür zirvəsi olan Uaskaran dağı (6.768 metr) bu milli parkdadır. Milli parkda puya raymondi, puma, yaquar, vikunya, taruka, düzənlik tapiri kimi heyvan və bitki növləri yaşayır. Milli park zəngin faunaya sahibdir.
Statusu
[redaktə | mənbəni redaktə et]Uaskarana Milli Parkı 1975-ci[1] ildə Peru hökuməti tərəfindən flora və faunanı, geoloji quruluşları, arxeoloji qazıntı yerlərini (Çavin mədəniyyəti), təbiət mənzərəsini qorumaq, bölgənin mədəni və təbii ehtiyatlarını öyrənmək üçün yaradılmışdır. Milli parkı hər il xeyli turist ziyarət edir. 1985-ci ildə YUNESKO tərəfindən Unaskaran Milli Parkı Dünya irsi siyahısına salınmışdır.[2]
Ətraf mühit
[redaktə | mənbəni redaktə et]![](https://upload.wikimedia.org/wikipedia/az/e/e6/Uaskaran.jpg)
Uaskaran Milli Parkında hündürlüyü 2000–6000 metr olan xeyli sayda dağ vardır. Alpamayo və Pisko zirvələrinin yaxınlığında yerləşən və milli parkın adının aldığı Uaskaran dağı 6768 metr hündürlüyü ilə Perunun ən hündür zirvəsidir.
Ərazisi 3.400 km2-dır. Milli parkda 663 qleyzer, 296 göl və 3 əhəmiyyətli çay — Santa, Pativilka və Maranon çaylarının 41 qolu yerləşir.
İqlim
[redaktə | mənbəni redaktə et]Milli parkda iki fəsil hakimdir. Amazon hövzəsindən gələn nəmli, ilıq küləklər dekabr-mart aylarında bolsulu yağışlara səbəb olur. May-oktyabr aylarında gündüzlər havanın temperaturu 25 °C-yə çatdığı halda, gecələr 0 °C-yə düşür.
Flora və fauna
[redaktə | mənbəni redaktə et]Milli parkın şərqində Seçura səhrası, qərbində Peru yunqaları yerləşir.[3] Milli park zəngin flora və faunaya sahibdir. Burada 779 bitki növü, 112 quş növü (And kondoru (Vultur gryphus), And ördəyi (Merganetta armata), Puna gizliquyruğu (Tinamotis pentlandii) və s.) qeydə alınmışdır. Təhlükə altında olan quş növlərinin çoxu Polylepis meşələrində yaşayır. Bunlara ağ damalı kotinqa, düzquyruqlu titrəyən ispinoz, böyük konebill kimi quş növləri də aiddir. 10-dan çox məməli növü müşahidə olunmuşdur. Kolokolo (Oncifelis colocolo), And pişiyi (Oreailurus jacobita), eynəkli ayı (Tremarctos ornatus), taruka (Hippocamelus antisensis), vikunya (Vicugna vicugna) kimi növlər təhlükədədir.
Puya Raymondi
[redaktə | mənbəni redaktə et]Katak ərazisində məşhur Puya Raymondi[en] bitkisi bitir. Bu bitki Ankaşda 3 yerdə bitir: Katak dərəsində, Kayamarqulya punalarında və Qişqi dərəsində.
Puya Raymondi onun bitdiyi yerə və onu kəşf edən italyan alimin şərəfinə adlandırılmışdır. Dünyanın ən böyük çiçəkləyən bitkilərindən biridir. Hündürlüyü 10 metrə çatır, üzərində bir dəfəyə 3000 çiçək və 6 milyon toxum olur. Təxminən 40 il yaşayır.
Qalereya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ SERNANP info page about Huascarán National Park Arxivləşdirilib 2015-06-20 at the Wayback Machine (isp.)
- ↑ "21 World Heritage Sites you have probably never heard of". Daily Telegraph. 2015-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-25.
- ↑ Olson, D. M, E. Dinerstein; və b. "Terrestrial Ecoregions of the World: A New Map of Life on Earth". BioScience. 51 (11). 2001: 933–938. doi:10.1641/0006-3568(2001)051 0933:TEOTWA2.0.CO;2 (#bad_doi). 2011-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-25. (#explicit_et_al)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- UNESKO-nun rəsmi saytında
- WCMC Arxivləşdirilib 2007-03-13 at the Wayback Machine
![]() UNESCO-nun Ümumdünya irsi siyahısındakı milli parklar | ||
---|---|---|
Avropa | Silento və Vallodi Diano Milli Parkı · Donana Milli Parkı · Durmitor Milli Parkı · Plitviçka Milli Parkı · Tinqvedlir Milli Parkı | |
Amerika | Aleksandr Humboldt Milli Parkı · Brimstoun Hill Fortress Milli Parkı · Kanayma Milli Parkı · Karlsbad Mağaraları Milli Parkı · Emas Milli Parkı · Kokos Adası Milli Parkı · Koyba Milli Parkı · Darien Milli Parkı · Desembarko del Qranmo Milli Parkı · Everqleyds Milli Parkı · Böyük Kanyon Milli Parkı · Böyük Tüstü Dağları Milli Parkı · Qros Morn Milli Parkı · Uaskaran Milli Parkı · İquasu Milli Parkı · İquasu Milli Parkı · Los Katios Milli Parkı · Mamont Mağarası Milli Parkı · Manu Milli Parkı · Mesa Verde Milli Parkı · Miquaşa Milli Parkı · Morn Trua Piton Milli Parkı · Nahanni Milli Parkı · Noel Kempf Merkado Milli Parkı · Olimpik Milli Parkı · Pelenke Milli Parkı · Redvud Milli Parkı · Rio Abeseo Milli Parkı · Sanqay Milli Parkı · Serra da Kapivara Milli Parkı · La Amistad Milli Parkı · Tikal Milli Parkı · Vud Buffalo Milli Parkı · Yellouston Milli Parkı · Yosemit Milli Parkı | |
Afrika | Bank-d'Arqen Milli Parkı · Buindi Milli Parkı · Komoye Milli Parkı · Qaraxonay Milli Parkı · Qaramba Milli Parkı · İçekul Milli Parkı · Kahuzi-Byeqa Milli Parkı · Kilimancaro Milli Parkı · Malavi Gölü Milli Parkı · Matobo Milli Parkı · Turkana Gölü Milli Parkları · Mana Puls Milli Parkı · Manova Qounda Sent-Floris Milli Parkı · Keniya dağı Milli Parkı · Niokolo-Koba Milli Parkı · Ruvenzori dağları Milli Parkı · Salonqa Milli Parkı · Serenqeti Milli Parkı · Simien Milli Parkı · Tay Milli Parkı · Teyde Dağları Milli Parkı · Virunqa Milli Parkı · Dubl-Be Milli Parkı · Okapi Milli Parkı | |
Asiya | Tacik Milli Parkı · Görəmə Milli Parkı · Luşan Milli Parkı · Saninşan Dağı Milli Parkı · Çitvan Milli Parkı · Böyük Himalaylar Milli Parkı · Kaziranqa Milli Parkı · Keoladeo Milli Parkı · Manas Milli Parkı · Güllər Vadisi Milli Parkı · Saqarmatxa Milli Parkı · Sundarban Milli Parkı · Çitvan Milli Parkı · Qununq Mulu Milli Parkı · Komodo Milli Parkı · Lorents Milli Parkı · Fonqnya-Kebanq Milli Parkı · Puerto-Prinsesa Yeraltı Çayı Milli Parkı · Ucunq Kulon Milli Parkı · Manas Milli Parkı · Güllər Dərəsi Milli Parkı · Sundarbans Milli Parkı · Qununq Mulu Milli Parkı · Fonq Nha-Ke Banq Milli Parkı | |
Avstraliya və Okeaniya | Havay Vulkanları Milli Parkı · Kakadu Milli Parkı · Purnululu Milli Parkı · Uluru-Kata Tyuta Milli Parkı · Tonqariro Milli Parkı · Rapanui Milli Parkı |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.