For faster navigation, this Iframe is preloading the Wikiwand page for Trnovo platosu.

Trnovo platosu

Vikipediya, azad ensiklopediya

Trnovo platosu
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1.247 m
Yerləşməsi
45°57′ şm. e. 13°49′ ş. u.HGYO
Ölkə
Trnovo platosu xəritədə
Trnovo platosu
Trnovo platosu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Trnovo platosu, Trnovo yaylası və ya Trnovo meşəsi (sloven. Trnovski gozd) ― Dinar dağlarının şimal-qərb hüdudlarında yerləşən karst platosu.[2] Yayladakı əhəmiyyətli karst formalaşmalarına buz mağaraları daxildir. Platonun şərq hissəsində 385 metr (1,263 ft) enində və 1,550 metr (5,090 ft) uzunluğundakı Böyük Paradana buz mağarası (sloven. Velika ledena jama v Paradani) yerləşir.

Trnovo platosunda üç təbiət qoruğu mövcuddur:

  • Böyük Paradana buz mağarası;
  • Qolak zirvələri (1 495 m) və Ladin dərəsi (sloven. Smrekova draga);
  • Smrecye meşə qoruğu;

Platoda tektonik fəaliyyətlərin təsiri olduqca aydın görünür. Ərazidə bir çox çökəklik, vadi, kiçik karst polyeləri və keçmiş çay vadilərinin qalıqları var. Pliosen dövründə çaylar tektonik qalxmaları aşındırmış və dərələri doldurmuşdur. Yaylada həmçinin Pliosen buzlaşmasının da izləri qalmışdır. Bu dövrdə buzlaqlar nisbətən düz bir səthdə olan kiçik zirvələri, eləcə də moren tirələrini və moren təpəciklərini yaratmışdır. Ərazidən axan çaylar süxur qalıqlarını daşıyaraq çökəklikləri doldurmuşdur.

Trnovo platosunun iqlimi hündürlük və istiqamət üzrə dəyişir. Yaylada kontinental iqlim hakimdir və buraya il ərzində orta hesabla 1 881 mm yağıntı düşür. Aylar üzrə yağıtı miqdarı az fərqlənir. Ən çox yağıntı noyabr ayında ( 293 millimetr), ən az yağıntı isə fevral ayında (135 millimetr) düşür. Qış zamanı yağıntının böyük hissəsi, xüsusilə də yüksəkliklərdə qar şəklində olur. Sürəti 100 km/saat (62 mil/saat)-i aşan bora küləyi ərazi üçün tipik hava hadisəsidir. Bora ağacları kökündən çıxararaq və evlərin damlarını qoparararq əraziyə xeyli ziyan vura bilir.

Trnovo yaylası fıstıq və küknar ağacalarının qarışıq meşəsi ilə örtülüdür. Ən zəngin bitki örtüyü zirvəsi çılpaq olsa da ətəklərinə doğru cırtdan söyüd (Salix sp.) və dağ şamının (Pinus mugo) yayıldığı Kiçik Qolak zirvəsindədir. (1,495 metr (4,905 ft). Primula carniolica kimi qorunan növlər daha çox qayalı yarıqlarda böyüyür.

Ərazidə meşələrinnin payı 75,5%-dir. Lakin tərk edilmiş əkin sahələrində aparılan meşəsalma tədbirləri səbəbilə bu rəqəm artmaqdadır. Ərazinin çətin əlçatılan olması landşaft xüsusiyyətlərinin nisbətən yaxşı qorunması ilə nəticələnmişdir.

1991-ci il siyahıyaalınması zamanı yayaladakı əhalinin sayı 4534 nəfər, [3] sıxlığı isə 9 nəfər/km² olmuşdur.[3] Bu rəqqəmlər bölgəni Sloveniyanın ən az məskunlaşılan bölgələrindən biri halına gətirir. Yaylanın yanlız qərb hissəsində insan yaşayır. Əhalinin yaş profili xoşagəlməzdir.

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. Perko, Drago, & Milan Orožen Adamič. 1998. Slovenija: pokrajine in ljudje. Ljubljana: Mladinska knjiga, p. 324.
  3. 1 2 Perko, Drago, & Milan Orožen Adamič. 1998. Slovenija: pokrajine in ljudje. Ljubljana: Mladinska knjiga, p. 324.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Trnovo platosu
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?