Tisa gölü
Vikipediya, azad ensiklopediya
Tisa | |
---|---|
mac. Tisza-tó | |
Ümumi məlumatlar | |
Tipi | Evtrofik |
Mütləq hündürlüyü | 83 m |
Uzunluğu | 27 km |
Sahəsi | 127 km² |
Dərin yeri | 17 m |
Orta dərinliyi | 1,3 m |
Yerləşməsi | |
47°36′ şm. e. 20°40′ ş. u. | |
Ölkə | Macarıstan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Тisa gölü(Kişköre[1]; mac. Tisza-tó, mac. Kiskörei-víztározó)- Macarıstan su anbarının yaxınlığında yerləşən göldür. Tisa çayı da buraya tökülür.
Bu göl Böyük Macarıstan düzündə yerləşən Eger şəhərinin cənub-şərqində yerləşmişdir. Tisa gölü 3 medyenin sərhədində- Borşod-Abauy-Zemplen (medye), Haydu-Bihar və Yas-Naqikun-Solnok arasında yerləşmişdir. Tisa gölü həm də 1999-cu ildə yaradılan Xortovad Milli Parkının bir hissəsidir. Avropanın Dünya mədəni irs siyahısına daxil edilmişdir.[2].
Tisa gölünün uzunluğu 27 km, sahəsi isə 127 km²-dir.[2] Orta dərinliyi 1,3 m, maksimal dərinliyi isə 17m-dir. Yaxınlığındakı adaların ümumi sahəsi isə 43 km²-dir. Göl 3 əsas hissəyə bölünür.
Tarixi
[redaktə | mənbəni redaktə et]Tisa gölü yaxınlığında anti-daşqın proqramı çərçivəsində su anbarı yaradılmışdır. Kişköre qəsəbəsində Tisa çayı üzərində bir bənd və bir su-elektrik stansiyası tikilmişdir. Stansiyanın tikintisinə 1968-ci ildə başladılmış və 1973-cü ildə başa çatmışdır.[3][4]. Su anbarı 1973-cü ildə dolduruldu və 1990-cı ildə suyun səviyyəsi maksimuma çatdırıldı. Həmişə turistlərin diqqətini cəlb edən Balaton gölündən fərqli olaraq su anbarının tikintisindən sonra bura macarlar üçün yeni istirahət mərkəzi oldu. Nəticədə gölə indiki adı verildi və turizmin inkişafı üçün prioret elan edildi. Gölün Abadsalok, Kartsaq, Kişköre kimi sahillərində termal bulaqlarla zəngin bir neçə kurort yerləşmişdir.
Təbiəti
[redaktə | mənbəni redaktə et]Göl Tisa çayı üzərindəki su anbarının suyunu doldurmağa başlayandan özünəməxsus flora və faunaya malikdir. Bu göldə təxminən 50 növ balıq yaşayır. 27 aprel 2012-ci ildə Tisa gölü ətrafında ekoloji mərkəz yaradıldı və heyvanlar aləmini öyrənmək istəyən turistlər üçün nəzərdə tutuldu.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Gölün mənzərəsi
-
Debrecen körpüsü
-
Tisa çayı
-
Ekoloji mərkəz
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Топографическая карта генштаба СССР. 5 км. 1984.
- ↑ 1 2 "Általános tudnivalók" (macar). Tisza-tavi Ökocentrum. 2016-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20150814.
- ↑ "Hydroelectric Power Plants in Hungary". IndustCards. 2 March 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 May 2014.
- ↑ "Countries, regions, transboundary river basins (select "Hungary" and "Dams")". United Nations FAO. 15 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2014.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Геологические условия и геотектонические проблемы в районе водохранилища у с. Кишкёре // Bulletin of the IXth Congress of the Carpatho-Balkan Geological Association, Том 4. 1973
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.