For faster navigation, this Iframe is preloading the Wikiwand page for Tevadros Mirzəbekyan.

Tevadros Mirzəbekyan

Vikipediya, azad ensiklopediya

Tevadros Mirzəbekyan
erm. Թևադորոս Միրզաբեկյանց
bayraq
AK(b)P Xanlar rayon komitəsinin katibi
1933 – 1936
1923 – 1924
ƏvvəlkiNəsir Tağıyev
SonrakıMirzə Davud Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 1885
Doğum yeri
Vəfat tarixi yanvar 1938
Vəfat yeri
Vəfat səbəbi edam
Dəfn yeri
Milliyyəti erməni
Fəaliyyəti inqilabçı, dövlət xadimi
Atası Konstantin Mirzəbekyants
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tevadros Konstantinoviç Mirzəbekyan (rus. Тевадрос Константинович Мирзабекян) və ya Tevadoros Mirzəbekyants (erm. Թևադորոս Միրզաբեկյանց; 1885, Lüləsaz, Cavanşir qəzasıyanvar 1938, Bakı) — erməni əsilli Azərbaycan bolşevik inqilabçısı, dövlət xadimi. O, Azərbaycan SSR xalq maliyyə komissarı (1923–1924) və AK(b)P Xanlar rayon komitəsinin katibi (1933–1936) olmuşdur.

Tevadros Konstantinoviç Mirzəbekyan 1885-ci ildə Rusiya imperiyasına bağlı, indiki Azərbaycanın Tərtər rayonunda yerləşən Lüləsaz kəndində anadan olmuşdur. O, etnik olaraq erməni idi. İbtidai təhsil almışdır. Mirzəbekyan 1907-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olmuşdur.[1] 1917-ci il Fevral inqilabından sonra Əlibala Rəhimovun və Tevadros Mirzəbekyanın rəhbərliyi altındakı kəndlilər Cavanşir qəzasında inqilabi mübarizə aparmağa başlamışdılar.[2] Odur ki, Mirzəbekyan Azərbaycanda sovet hakimiyyətinin qurulmasının fəal iştirakçılarından olmuşdur.[3] 1923–1924-cü illərdə Azərbaycan SSR xalq maliyyə komissarı kimi xidmət göstərmişdir.[4] 1928-ci ildə erməni milliyətçilərinə qarşı kampaniya nəticəsində Mirzəbekyan partiya üzvlüyündən çıxarılmışdır. O, rəsmi olaraq "cinayət işinin araşdırılması zamanı sənədləri məhv etməyə cəhddə" ittiham olunmuşdur. Partiya səlahiyyətliləri 1929-cu ildə ona tətbiq edilən cəzanı şiddətli töhmətlə əvəz etmiş, Mirzəbekyanın üzvlüyünü bərpa etmişdir.[1] Mirzə Bala Məmmədzadənin yazılarına görə, Mirzəbekyan və AK(b)P Mərkəzi Komitəsinin üzvü Armenak Qaragözyan Qarabağda muxtar erməni vilayətinin təşkilində fəal iştirak etmişdir.[5] Məmmədzadə əlavə etmişdir ki, Mirzəbekyan bununla kifayətlənməmiş, Gəncəni Ermənistan SSR-yə birləşdirməyi təklif etmişdi.[6][7]

Mirzəbekyan 1933–1936-cı illərdə AK(b)P Xanlar rayon komitəsinin katibi olmuşdur.[1] Mirzəbekyan və başqaları 7 dekabr 1937-ci ildə[8] İosif Stalinin siyahısına uyğun hərəkət edən Mircəfər Bağırovun göstərişi ilə Azərbaycan SSR NKVD-si tərəfindən "sağların antisovet terror-təxribat təşkilatının üzvü" kimi yaşadığı Xanlar şəhərində həbs edilmişdir.[1] O, 1938-ci ilin yanvarında Bakıda edam edilmişdir. Mirzəbekyan Bakıda dəfn edilmişdir. O, 23 mart 1955-ci ildə bəraət almışdır.[3] 26 aprel 1956-cı ildə Mirzəbekyanın partiya üzvlüyü bərpa olunmuşdur.[9]

  1. 1 2 3 4 "Мирзабекян Тевадрос Константинович (1885)". openlist (rus). Memorial. 2023-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-26.
  2. Vəzirov, X.H., redaktorSovet hakimiyyəti uğrunda. Bakı: Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Partiya Tarix İnstitutu – Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm–Leninizm İnstitutunun filialı, Azərbaycan Dövlət Nəşriyyatı. 1967. səh. 57 – Praksis vasitəsilə.
  3. 1 2 Определение ВКВС СССР, 23.03.1955
  4. Rüstəmli, Rafail. Mirzə Bala Məhəmmədzadənin ictimai-siyasi görüşləri (az.). Bakı: Ozan. 2017. səh. 238. (#first_missing_last)
  5. Rüstəmli, Rafail. Mirzə Bala Məhəmmədzadənin ictimai-siyasi görüşləri (az.). Bakı: Ozan. 2017. səh. 237. (#first_missing_last)
  6. Məmmədzadə, Mirzə Bala. Şamil,, E.; Fikrətqızı (redaktorlar ). Köylü hərəkatı. Lenin milli siyasəti (az.). Bakı. 2007. səh. 118–133.
  7. Səfalı Nəzərli, Safruh, redaktorSolovkidə gördüklərim (az.). Bakı: Günəş. 2004. səh. 20. (#first_missing_last)
  8. Сперанская, Татьяна. "Список репрессированных бакинцев и жителей АзербСС". proza.ru (rus). 2010. 2023-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-26.
  9. приговор ВКВС СССР, 26.04.1956.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Tevadros Mirzəbekyan
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?