Tahir Salahovun ev-muzeyi
Vikipediya, azad ensiklopediya
Tahir Salahovun ev-muzeyi | |
---|---|
| |
Əsası qoyulub | 2012 |
Açılış tarixi | 2012 |
Ölkə | |
Yerləşir | Azərbaycan, Bakı, İlyas Əfəndiyev küçəsi |
Direktor | Səadət Mirzəyeva[1] |
Telefon | (+ 994 12) 492-10-80 |
İş rejimi | 09:00 -18:00 |
40°21′58″ şm. e. 49°50′04″ ş. u. | |
Vikianbarda əlaqəli mediafayllar |
Tahir Salahovun ev-muzeyi — Azərbaycanlı rəssam, Sosialist Əməyi Qəhrəmanı[2], SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı, professor Tahir Salahovun xatirə muzeyi. Muzey Bakıda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun İlyas Əfəndiyev küçəsində yerləşir.[3]
Tarixçəsi
[redaktə | mənbəni redaktə et]2011-ci il oktyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Tahir Salahovun Ev muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.[4] Muzey “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 2012-ci ildə yaradılıb.
Ekspozisiya
[redaktə | mənbəni redaktə et]Muzey ekspozisiyası Azərbaycan rəssamı Tahir Salahovun həyat və fəaliyyətinə həsr olunub. Rəssam ev muzeyinə 735 eksponat hədiyyə edib. Onlar arasında özünün rəsm əsərləri, şəxsi əşyaları, xalça kolleksiyası və fotoarxiv var. Ekspozisiya 3 mərtəbədə yerləşir. Muzeyin 3-cü mərtəbəsində Tahir Salahovun emalatxanası yerləşir.
Muzeyin kolleksiyasında 798 eksponat var.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ AzərTAc. "İçərişəhərdə rəssam Tahir Salahovun ad günü qeyd olunub" (az.). Youtube.com. 29.11.2017. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-29.
- ↑ "Салахов Таир Теймур оглы". 2020-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
- ↑ ""Tahir Salahovun ev–muzeyi" İçərişəhərin bir tərkib hissəsinə çevrilib". 2018-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
- ↑ "Tahir Salahovun ev-muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
- ↑ CBC. "Tahir Salahov-89" (az.). Youtube.com. 02.12.2017. İstifadə tarixi: 2017-12-04.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Azerbaijan 3600 Tahir Salahovun Ev muzeyi (İçərişəhər) Arxivləşdirilib 2017-06-25 at the Wayback Machine
Əsərləri | Dalğalar (1955) • Estakada (1955) • Növbədən qayıdanlar (1957) • Səhər eşelonu (1958) • Təmirçilər (1960) • Bəstəkar Qara Qarayevin portreti (1960) • Xəzər üzərində (1961) • Sənə, bəşəriyyət! (1961) • Şostakoviçin portreti • Bəstəkar Fikrət Əmirovun portreti (1967) • Xəzərin sahilində (1967) • Aydan (1967) • Abşeron qadınları (1967) • Yeni dəniz (1970) • Şair Rəsul Rzanın portreti (1971) • Dmitri Şostakoviçin portreti (1974-1976) • Səhər verandası (1980) • Dananın portreti (1983) • Aqava (1984) • Varinin portreti (1985) • Xəzərdə səhər (1986) • Yevgeniy Dunayevskinin portreti (1997) • Olqa Rukavişnikovanın portreti (1998) • Roma. Qreko kafesi (2002) • Odlar Yurdu (2007) | |
---|---|---|
Ailəsi | Aydan Salahova (qızı) | |
Xatirəsi |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.