For faster navigation, this Iframe is preloading the Wikiwand page for Tünzalə Əliyeva.

Tünzalə Əliyeva

Vikipediya, azad ensiklopediya

Tünzalə Əliyeva
Doğum tarixi 15 fevral 1973(1973-02-15)
Doğum yeri
Vəfat tarixi 22 yanvar 2023(2023-01-22)[1] (49 yaşında)
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2007

Tünzalə Məcid qızı Əliyeva (15 fevral 1973, Kirovabad22 yanvar 2023[1]) — azərbaycanlı aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti. Toppuş bacı kimi tanınırdı.

Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olmuşdur.

1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsinə qəbul olmuşdur. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışmışdır. Sonra Gəncəyə qayıdıb bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. Oradan çıxıb Bakıya gəlmiş və C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləmişdir.

İrəvan Teatrının səhnəsində Qəmər (Ə. Əmirli, "Müqəddəs Valentin günü"), Almaz (M. Haqverdiyev, "Məhəbbət əzabları"), Natella (M. Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A. Rəhimov "Pul hərisləri"), Qadın (H. Mirələmov, "Ləyaqət"), Mehriban (Ə. Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü. Hacıbəyov, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə"), Səkinə (Hidayət, "Bu dünyanın adamları"), Səməni (İ. Məlikzadə, "Subaylarınızdan görəsiniz"), Mələk (Ağarəhim Rəhimovun, "Əsgər anası"), Alverçi qadın (T. Vəliyeva, "Analar neyləsin"), Mədinə (Anar, "Təhminə və Zaur"), Xatuba (Ramiz Abdullayev, "Biznesmen"), Xəzangül (Ə. Hacızadə, "Məhəbbət ölmür"), Əsir qadın (S. Şaxtaxtı, "Ölüm həsrəti"), Səkinə (Elçin, "Akvariuma xüsusi sifariş") rollarını uğurla ifa etmişdir.

Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında "İzinlə", "Vətənim" və "Gülüş qatarı" verilişlərinin aparıcısı olmuşdur. ATV kanalında nümayiş etdirilən "Çal-Çağır" şou proqramının aparıcısı olan "Toppuş bacı" obrazının ifaçısıdır. ATV kanalında "Gülmək qadağandır" şou proqramının aparıcısı idi.

2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.[3]

22 yanvar 2023-cü il tarixində uzun sürən xərçəng xəstəliyindən sonra ölüb.[4] Ümumşəhər qəbiristanlığında dəfn olunub.[5][6]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Tünzalə Əliyeva ailəli idi. 1 qız övladı var idi.[7]

  1. Kişiləri qoruyun (film, 2006)
  2. Yoxlama (film, 2006)
  3. Qocalar (film, 2008)
  4. Bir ovuc torpaq (film, 2009)
  5. İstanbul reysi (film, 2010)
  6. Qayınana (film, 2011)
  7. 3 bacı (film, 2012–2014) (bədii serial) (rol: Xoşbəxt)
  8. Qız atası (film, 2017–2021) (bədii serial) (rol:Həqiqət)
  9. Qardaşlar (film, 2017–2019) (bədii serial)
  1. 1 2 https://oxu.az/society/687039.
  2. https://oxu.az/culture/687247.
  3. "Nazirlik: "Tünzalə Əliyevanın yaradıcı fəaliyyəti dövlət tərəfindən qiymətləndirilib"". 2023-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-22.
  4. "Əməkdar artist Tünzalə Əliyeva vəfat edib". 2023-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-22.
  5. Tünzalə Əliyeva dəfn edilir | CANLI
  6. "Tünzalə Əliyeva dəfn olundu". 2023-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-23.
  7. "- Həyat yoldaşı Tünzalənin ölümündən yazdı — Foto". 2023-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Tünzalə Əliyeva
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?