For faster navigation, this Iframe is preloading the Wikiwand page for Stimpank.

Stimpank

Vikipediya, azad ensiklopediya

Stimpank temalı şəkil.

Stimpank (ingilis dilində "steam" "buxar" deməkdir) – buxar maşınlarının geniş istifadə olunduğu, XIX əsrdə və ya Viktoriya dövrünə aid uydurma texnologiyaların tətbiq olunduğu elmi fantastika altjanrı.[1] Dizelpank altjanrı ilə səhv salınır.

Stimpank termini ilk dəfə 1980-ci illərdə kiberpank sözü əsasında Kevin Ueyn Ceter tərəfindən işlədilmişdir. Bu altjanr ədəbiyyatın sənaye inqilabından təsirlənməsindən sonra ortaya çıxmışdır. Bu altjanrın ilk nümayəndələri Jül Vern və Herbert Corc Uells olmuşdurlar. Ən çox mənimsəyən isə Jül Vern olmuşdur. Onun 1870-ci ildə yazdığı "20.000 lye su altında" romanı bu altjanrın başlanğıcı sayılır.[2] Müasir nümayəndələrindən isə Tim Pouersin yazdığı "Anubis qapıları" romanıdır. Stimpank janrında olan digər əsərlərə "Həkim Cekil və Cnab Haydn", "Şerlok Holms" film seriyası, "Vəhşi, vəhşi Qərb" filmi, Alan Murun "From Hell" komiksini göstərmək olar.[1]

Stimpank janrı üçün əsasən XIX əsr və ya XX əsrin əvvəllərindəki atmosferadan istifadə olunur. Bu cür əsərlərdə sarı, mis, pas, krem, qəhvəyi, boz[2] rənglərinə üstünlük verilir, çarxlar, incə borular və digər mexaniki əşyalar tez-tez görülür. Geyim olaraq dizə qədər uzanan çəkmələr, qəhvəyi rəngli dəri şalvarlar, tünd rəngli qalın köynəklər, dəri papaqlar geniş istifadə olunur. Qadınlarda da bu geyim tez-tez müşahidə olunur. Geyimdə ən çox görünən aksesuarlar eynəklər, mexaniki saatlar, dəri əlcəklər və mis rəngli qolbaqlardır.[1]

Stimpank bir neçə altjanra bölünür: Klassik stimpank Viktoriya dövründən bəhs edir. Futuristik stimpankda hadisələr gələcəkdə baş verir. Fentezi stimpankında fentezi məxluqlarına üstünlük verilir. Vestern stimpankında London atmosferasından fərqli olaraq hadisələr Amerikada cərəyan edir və Vestern ilə stimpank janrlarının birləşməsindən ibarətdir, kovboyların mexaniki atlara minmələri tez-tez müşahidə olunur. Vestern stimpankına misal kimi DC Comics-in "Jonah Hex" komiksini göstərmək olar.[1]

Stimpank janrının fentezi və postapokaliptik janrlarla birləşdirmək geniş yayılmışdır. Məsələn, "Steamboy" anime filmində stimpank janrı postapokaliptik dünyada işlənmişdir. Fentezi ilə işlənmiş stimpank əsərlərinə isə "Arcanum: Of Steamworks and Magick Obscura", "Dungeons and Dragons: Eberron", "City of Steam" video oyunları misaldır.[1]

Stimpank janrının müasir əşyalara və silahlara tədbiq olunması Neoviktoriya tərzi adlanır.

  • Stimpank filmləri: "Qeyri-adi centlmenlər liqası", "Van Helsinq", "Zaman maşını", "Svini Tod: Flit küçəsinin şeytan bərbəri", "Səma kapitanı və Sabahın dünyası", "Steamboy", "Hüqo", "Şerlok Holms", "Vəhşi, vəhşi Qərb".[2]
  • Stimpank video oyunlar: BioShock, Final Fantasy VI, Myst Games, Syberia, Thief, Wild Arms.[2]
  • Stimpank kitabları: "Ölümlü mühərriklər", "Zeplin", "Fərqlilik mühəririki", Jül Vern romanları, "Günə qarşı", "Frankenşteyn", "Homunkul", "Alətlər leydisi", "Ruhsuz", "Zaman maşını", "Anubis qapıları".[2]
  • Stimpank qrupları: Abney Park, Darcy James Argue, Chap Hop, Veronique Chevalier, The Clockwork Cabaret, Doctor Steel, Thomas Dolby, The Dresden Dolls, Frenchy and the Punk, Sunday Driver, Vernian Process, Unextraordinary Gentlemen, The Synthetic Dream Foundation.[2]
  1. 1 2 3 4 5 "Steampunk Nedir, Ne Değildir?". FRP.net (türkcə). 2013. 19 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2019.
  2. 1 2 3 4 5 6 "STEAMPUNK Nedir? Kısaca: Steampunk Akım". Fanzade (türkcə). 2018. 28 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Stimpank
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?