Slovinski Milli Parkı
Vikipediya, azad ensiklopediya
Slovinski Milli Parkı | |
---|---|
pol. Słowiński Park Narodowy | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 186,18 km2 ha |
Yaradılma tarixi | 1967 |
İdarəetmə orqanı | Polşa Təbiət Nazirliyi |
Faunası | 257 quş növü |
Yerləşməsi | |
54°42′12″ şm. e. 17°18′25″ ş. u. | |
Ölkə | Polşa |
Vilayət | Pomeraniya |
Yaxın şəhər | Leba |
slowinskipn.pl | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
|
Slovinski Milli Parkı (pol. Słowiński Park Narodowy) — Polşanın şimalında Pomeraniya voyvodalığında yerləşən milli park. Milli park Baltik dənizinin sahilində, Leba şəhəri Rovni kəndi arasındadır. Parkın şimal sərhədinin 32,5 km-lik hissəsi sahildir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Burada milli park yaratmaq ideası 1946-cı ildə Lebada Qdansk və Poznandan olan alimlərin iştirakı ilə keçirilən konfransda ortaya çıxmışdır. Amma milli park ancaq 21 il sonra — 1967-ci ildə yaradıla bildi və sahəsi 180,69 km2 idi. Hazırda sahəsi 186.18 km2-dir, ərazisinin 102,13 km2-lik hissəsi su və 45.99 2-lik hissəsi meşələrdir. Ciddi qorunan sahə isə cəmi 56,19 2-dir. 1977-ci ildə YUNESKO İnsan və Biosfer Proqramı çərçivəsində Slovinski Milli Parkını Biosfer qoruğu təyin etmişdir. 27 oktyabr 1995-ci ildə isə Slovinski bataqlıqları Ramsar ərazisi elan edilmişdir.
Milli park adını Polşada da yaşayan və Leba gölü sahilində məskən salmağa başlamış slavyanlardan almışdır. Kluki kəndində bu xalqın burada yaşayışdan bəhs edən açıq hava muzeyi yerləşir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Keçmiş zamana qədər milli parkın ərazisi ancaq Baltik körfəzindən ibarət idi. Zamanla dənizin təsiri ilə burada qum barxanları yaranmışdır. Qumu daşıyan küləklərin və dalğaların təsiri ilə bu qum barxanları ildə təxminən 3-10 metr daxilə hərəkət edirlər. Bəzi barxanların hündürlüyü 30 metrə qədər çatır. Milli parkın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 115 m hündürlükdə olan və əla müşahidə nöqtəsi olan Rovokoldur.
Su sahəsi Slovinskinin 55 %-ni əhatə edir və bir çox göl yerləşir: Lebsko gölü (71,4 km2, maks. dərinlik 6,3 m), Qardno gölü (24,68 km2, maks. dərinlik 2,6 m), Dolqie Velki gölü (1,46 km2, maks. dərinlik 2,9 m). Lebsko və Qradno gölləri laqun mənşəli göllərdir, əvvələr Baltik dənizinin bir hissəsi olmuşlar. Burada həmçinin 7 çay keçir və ən böyükləri Lupava və Leba çaylarıdır.
Biologiya
[redaktə | mənbəni redaktə et]Milli parkdakı meşələrin böyük hissəsi şam ağaclarından ibarətdir. (80 %) Ərazidə torf bataqlıqları da geniş yayılmışdır. Milli parkda 257 quş növü müşahidə olunmuşdur. Bu cür zənginliyin səbəbi ərazinin quş köç marşrutlarının üzərində yerləşməsidir. Quşlar burada özlərini təhlükəsiz hiss edirlər, çünki insan fəaliyyətləri çox azdır. Ən maraqlı quş növləri ağquyruq dəniz qartalı, yapalaq, qarğa, qu quşu və müxtəlif ördək növləridir. Məməlilərdən burada maral, Cervus canadensis, çöldonuzu, çəmənlik dovşanı yaşamaqdadır.
Turizm
[redaktə | mənbəni redaktə et]Milli parkda 140 km uzunluğunda turist zolağı yerləşir. Göllərin yaxınlığında müşahidə qüllələri və səyahət müddətində skamyalar ilə dincəlmə yerləri tapmaq mümkündür. Parkın ətrafında otellər və düşərgələr yerləşir.
Qalereya
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Malopol | Babeqor Milli Parkı | |
---|---|---|
Podlya | Byeloveja Milli Parkı • Bebja Milli Parkı • Narv Milli Parkı • Viqer Milli Parkı | |
Podkarpatiya | Beşad Milli Parkı • Maqura Milli Parkı | |
Pomeraniya | Tuxola Meşəsi Milli Parkı • Slovinski Milli Parkı | |
Qərbi Pomeraniya | Dravno Milli Parkı • Volin Milli Parkı | |
Kiçik Polşa | Qorç Milli Parkı • Oyçov Milli Parkı • Pyenini Milli Parkı • Tatra Milli Parkı | |
Aşağı Sileziya | Masa Dağları Milli Parkı • Karkonoş Milli Parkı | |
Mazoviya | Kampinos Milli Parkı | |
Lublin | Poless Milli Parkı • Rastoç Milli Parkı | |
Sventokşiski | Sventokşiski Milli Parkı | |
Lubus | Uyste-Varti Milli Parkı | |
Böyük Polşa | Velikopolska Milli Parkı |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.