For faster navigation, this Iframe is preloading the Wikiwand page for Sinqa.

Sinqa

Vikipediya, azad ensiklopediya

Sinqa
XBT-10 E54
XBT-10-KM E54
XBT-9 267
OMIM 240400
DiseasesDB 13930
MedlinePlus 000355
MeSH D012614
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik.[1] Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər.[1][2] Müalicə edilmədən qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər.[1][3] Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür.[2]

Simptomlar ortaya çıxması üçün ən az bir ay qidalanma rejimində C vitaminin olmamalıdır.[1][2] Müasir dövrdə sinqa ən çox zehni pozğunluqları, qeyri-adi yemək vərdişləri, alkoqolik olanlarda və tək yaşayan yaşlı insanlarda baş verir.[2] Digər risk faktorlarına bağırsaq malabsorbsiyası və dializ daxildir.[2] Bir çox heyvan öz C vitaminini istehsal etsə də, insanlar və bir sıra canlılarda bu funksiya yoxdur.[2] Kollagenin formalaşması üçün C vitamini tələb olunur.[2] Diaqnozu, ümumiyyətlə, fiziki əlamətlərə, rentgen şüalarına və müalicədən sonrakı yaxşılaşmaya əsaslanır. [2]

Müalicəsi C vitaminin ağız yolu vasitəsi ilə qəbul edilməsidir.[1] Tam müalicə üçün bir neçə gündən bir neçə həftəyə qədər uzanan bir müddət lazım olur. Qidalanmada qəbul ediləcək C vitamini mənbələri sitrus meyvələri və pomidor və kartof kimi bir sıra tərəvəzləri ola bilər. Bu mənbələrin pişirilməsi tərkibindəki C vitaminini azaldır. [2]

Sinqa müasir dövrdə çox nadir hallarda müşahidə edilir. Bu, əsasən, inkişaf etməkdə olan ölkələrdə düzgün qidalanmama ilə əlaqəli olur.[2] Qaçqınlar arasında xəstəliyin görünmə faizləri 5 ilə 45 arasında dəyişir.[4] Xəstəlik Qədim Misirdə bilinirdi. Bu, uzun məsafəli dəniz səyahətini məhdudlaşdıran və çox vaxt çox sayda insanın ölümünə səbəb olan bir faktor idi.[5] Təxmini rəqəmə görə 1571–1862-ci illəri əhatə edən dəniz sayəhətlərində dənizçilərin 50%-i sinqa xəstəliyindən dünyasını dəyişirdi.[6] Krallıq donanmasındakı şotland cərrahı Ceyms Lind 1753-cü ildə sinqa xəstəliyinin sitrus meyvəsi ilə uğurla müalicə oluna biləcəyini sübut etmişdi.[7] Buna baxmayaraq, Cilber Bleyn kimi səhiyyə islahatçıları Krallıq donanmasını dənizçilərinə müntəzəm olaraq limon suyu verməyə inandırması üçün 1795-ci ilə qədər gözləməli oldu.[6][7]

  1. 1 2 3 4 5 "Scurvy". GARD. 1 September 2016. 26 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 September 2016.
  2. 1 2 3 4 5 6 7 8 9 10 Agarwal, A; Shaharyar, A; Kumar, A; Bhat, MS; Mishra, M. "Scurvy in pediatric age group - A disease often forgotten?". Journal of Clinical Orthopaedics and Trauma. 6 (2). June 2015: 101–7. doi:10.1016/j.jcot.2014.12.003. PMC 4411344. PMID 25983516.
  3. "Vitamin C". Office of Dietary Supplements (ingilis). 11 February 2016. 30 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 July 2017.
  4. Renzaho, Andre M. N. Globalisation, Migration and Health: Challenges and Opportunities (ingilis). World Scientific. 2016. səh. 94. ISBN 978-1-78326-889-4. 8 September 2017 tarixində arxivləşdirilib.
  5. Toler, Pamela D. Mankind: The Story of All of Us (ingilis). Running Press. 2012. səh. 296. ISBN 978-0762447176. 8 September 2017 tarixində arxivləşdirilib.
  6. 1 2 Price, Catherine. "The Age of Scurvy". Distillations. 3 cild no. 2. 2017. 12–23. January 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 17, 2018.
  7. 1 2 Hemilä, Harri. "A Brief History of Vitamin C and its Deficiency, Scurvy". 29 May 2012. 9 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 May 2014.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Sinqa
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?