For faster navigation, this Iframe is preloading the Wikiwand page for Sezən Aksu.

Sezən Aksu

Vikipediya, azad ensiklopediya

Sezən Aksu
türk. Sezen Aksu
Ümumi məlumatlar
Doğum adı Fatma Sezen Yıldırım
Ləqəbləri Sezen Aksu, Sezen Seley
Doğum tarixi 13 iyul 1954(1954-07-13)[1][2] (70 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, söz yazıçısı[d], mahnı yazarı[d], aktrisa, musiqi prodüseri, səsyazma sənətçisi[d]
Fəaliyyət illəri 1975-ci ildən
Janr pop musiqisi
Albom şirkəti Raks Müzik[d]
İmzanın şəkli
sezenaksu.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sezən Aksu (13 iyul 1954[1][2], Sarayköy, Dənizli vilayəti) — Türkiyə müğənnisi, bəstəkarı və söz yazarı.[3]

2010-cu ildə adı Amerikan NPR radiosu tərəfindən təyin olunan "50 Böyük Səs" siyahısında yer alıb.[4] Sezən Aksunun musiqi karyerasında 23 albom nəşr olunmuşdur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Hər iki valideyni müəllim olan Aksu üç yaşında ailəsiylə İzmirə köçüb.[5] Bu müddətdə üsyankar şəxsiyyəti ilə diqqət çəkən Aksu rəqqasə olma xəyalı qurmağa başladı. Sənətçi daha sonra bu müddət üçün "Allah atama ağrıdı da müğənni oldum"[5] demişdir. Gəncliyində sənətin bir çox növünə maraq duyan Aksu 1970-ci ildə Həftə Sonu adlı jurnalın açdığı səs yarışmasında altıncı oldu. 1973-də Egey Universiteti Əkinçilik Fakültəsinə başlayan sənətçi 1974-də üç mahnısını bir val şirkətinə göndərdi. Eyni il Ali Əngin Aksu ilə evlənən sənətçi məktəbindən də ayrıldı. 1974-ün son aylarında val istehsalı üçün İstanbula getdi. İlk qırx beşliyini Sezən Seley adıyla nümayiş edən sənətçi bu Haydı Şansım adını verdiyi əsərini 1975-də nümayiş etdi. Ancaq albom yalnız əlli kopya satdı. Bunun ardından səksənlərin başına qədər davamlı yeni qırx beşliklərini çıxardı. İlk albomunu isə 1977-də Allahaısmarladık (Xudahafiz) adıyla nümayiş edən sənətçi albomdakı "Neçə il keçdi aradan" adlı mahnısıyla dövrə görə böyük bir addım atdı.

1978-də Hurşid Yenigünün iki mahnısına söz yazan Aksu dövrünə görə, musiqi sənətinə böyük səs gətirdi. 1978-də ikinci albomu Sərçəni nümayiş edən Aksu baş rolunu Bulud Arasla paylaşdığı bir Atıf Yılmaz filmi olan Kiçik Sərçədə oynadı. Sənətçi bu tarixdən sonra Kiçik Sərçə adıyla xatırlanmağa başlandı. Sənətçi daha sonra 10 iyul 1981də Sinan Özər ilə evləndi.[6] 1981-ci ildə Mithat Can Özəri dünyaya gətirdi. Sonrasında Şənər Şən, İlyas Salman, Ayşən Gruda kimi adlarla "Min İl Əvvəl, Min İl Sonra" adlı müzikalda rol aldı. Daha sonra 1989-da ikinci filmi olan "Böyük Təklik"i Yavuz Özkanın rejissorluğunda, Fərhan Şənsoyla baş rolu paylaşaraq çəkmişdir. 1991-də Türkiyə tarixinin ən çox satan albomlarından "Gülümsə"ni[7] nümayiş edən sənətçi doxsanlar musiqisində çox əhəmiyyətli bir yer etdiyi kimi Sərtab Ərənər, Harun Kolçak, Aşkın Nur Yengi, Levənt Yüksəl, Işın Karaca, Hande Yenər, Yıldız Tilbe kimi bir çox adı musiqi bazarına qazandırdı və bir çox əhəmiyyətli sənətçiyə dəstək oldu. Sənətçi son olaraq 2009-da "Gedirəm Düş Bağçalarında" adlı albomuna imzalamışdır. Albomdakı caz tonları da albomun xüsusiyyətləri arasındadır.

border=none Əsas məqalə: Sezən Aksu diskoqrafiyası
  • 1977: Allahaısmarladık
  • 1978: Serçe
  • 1980: Sevgilerimle
  • 1981: Ağlamak Güzeldir
  • 1982: Firuze
  • 1984: Sen Ağlama
  • 1986: Git
  • 1988: Sezen Aksu'88
  • 1989: Sezen Aksu Söylüyor
  • 1991: Gülümsə
  • 1993: Deli Kızın Türküsü
  • 1995: Işık Doğudan Yükselir
  • 1996: Düş Bahçeleri
  • 1997: Düğün ve Cenaze
  • 1998: Adı Bende Saklı
  • 2000: Deliveren
  • 2002: Şarkı Söylemek Lazım
  • 2003: Yaz Bitmeden
  • 2005: Bahane
  • 2005: Bahane Remixes
  • 2005: Kardelen
  • 2008: Deniz Yıldızı
  • 2009: Gedirəm Düş Bağçalarında
  • 2011: Öptüm
  • 2017: Biraz Pop Biraz Sezen
  • 1978: Kiçik Sərçə
  1. 1 2 Sezen Aksu // filmportal.de. 2005.
  2. 1 2 Sezen Aksu // Brockhauz Ensiklopediyası (alm.).
  3. "Sezen Aksu qonşularını bezdirib". Teleqraf. 10 may 2013. İstifadə tarixi: 8 avqust 2013.[ölü keçid]
  4. "50 Great Voıces Archıve". NPR Music. NPR. 12 aprel 2010. İstifadə tarixi: 8 avqust 2013.[ölü keçid]  (ing.)
  5. 1 2 "Kaybolan yıllar..." Xezerxeber. 13 iyul 2013. İstifadə tarixi: 2013-08-08.[ölü keçid]
  6. "Boşanma rekordları qıran məhşurlar". Big.az. 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2013.
  7. "Biyografi, SEZEN AKSU". Sabah. 2013-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2013. (türk.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Sezən Aksu
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?