For faster navigation, this Iframe is preloading the Wikiwand page for Seyid Əhməd Xan.

Seyid Əhməd Xan

Vikipediya, azad ensiklopediya

Seyid Əhməd Xan
urdu سید احمد خان
Doğum tarixi
Doğum yeri Dehli, Hindistan
Vəfat tarixi (80 yaşında)
Vəfat yeri Dehli, Hindistan
Təhsili
Fəaliyyəti hakim, filosof, Cəngavər, vəkil, siyasətçi, ilahiyyatçı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seyyid Əhməd Xan(ing. Syed Ahmad Khan; urdu سید احمد خان; 17 oktyabr 1817[1][2][…], Dehli, Böyük Moğol imperiyası27 mart 1898[1][2][…]) — Böyük İslam islahatçısı, yazıçı.

Seyyid Əhməd Xan və ya Ser Əhməd 17 oktyabr 1817-ci ildə Hindistanda, Dehli şəhərində anadan olmuşdur. Atasının ölümündən sonra təhsilini yarımçıq qoyan Əhməd Xan ailəsinin maddi cəhətdən vəziyyətinin ağır olmasına görə işləməyə başlayır.[3] Yaradıcılığına 23 yaşından başlayan Əhməd Xan ilk olaraq dini məsələlərlə bağlı məqalələr yazmağa başlayır. 1847-ci ildə "Asarus-Sənadidə" adlı kitabı çıxır və 1857-ci ildə ingilislərin Hindistanı işğalı zamanı İngilisləri dəstəklədiyi üçün İngiltərə dövlətinin marağını özünə cəlb edir.[4]

1869–1870-ci illərdə İngiltərəyə gedərək həmin dövlətin kəşfiyyatı ilə sıx əlaqə yaradır və Hindistana geri qayıdarkən "Muslim Cambridge" təşkilatını yaratmağı planlaşdırır. Ölkəsinə qayıdarkən bu təşkilatı yaradır və "Təhzibul-Əxlaq" adında qəzet nəşr etməyə başlayır.[5]

İngiltərə Mərkəzi kəşfiyatının dəstəyi ilə fəaliyyətə başlayan Əhməd Xan ilk olaraq İslam dininin ən mühüm mənbələrindən hədis məfhumunu müxtəlif şübhələr və bəhanələrlə inkar etməyə başlayır və müsəlmanlar arasında bu fikrin yayılmasında bir sıra cəhdlər edir. İlk olaraq "Ət-Təfsirul-Aqliyyə" əsərini yazaraq QURANİ-KƏRİM hədislərə istinad etmədən təfsir etdiyini iddia edir.

Təbii ki, bu məkirli planların arxasında çirkin siyasət dururdu. Çünki, Qərb Kəşfiyati ilə bağlı olan şərqşünas alimlər İslama zərbə vurmağın yollarından birini müsəlmanların hədis küliyyatını əllərindən alinmasında görürdülər. Hədisləri aradan qaldırmaqla bir çox etiqadi və şəriətlə bağlı suallar cavabsız qalacaq və İslama qarşı maraq azalacaqdı.

Bu səbəblərə görə Hindistanda İslamı zəiflətmək üçün Əhməd Xan İngilis kəşfiyyatının dəstəyi ilə bir çox addımlar atır və bir çox tələbələr yetişdirir.

XIX əsrin sonlarında dini və ictimai-siyasi modernizmin ilk təzahürləri oyanmağa başlamışdır. Dini modernizmin iki qolu olmuşdur. Bunlardan biri bəhailərqədyanilər kimi İslamın təməl prinsiplərindən aralanmış, yeni təlimlərlə çıxış edənlər idi. Ancaq Cəmaləddin Əfqani, Məhəmməd Əbdüh, R. Riza, Seyyid Əmir Əli, Seyyid Əhməd Xan, Seyyid Qütb, Əli Şəriəti kimi dinin əsaslarını danmayan, onlara yeni yozum verən, onları çağdaş zamana uyğunlaşdırmaq istəyən düşünürlərin ideyaları daha çox yayılmışdır.

Seyyid Əhməd Xan modernist baxışlarına görə "agent", "dinsiz", "zındıq" adlandırılıb.

Seyyid Əhməd Xan hərəkətinin təbii elmlər və materialist Qərb mədəniyətinə heyranlıq və bağlılıq əsasına dayandığı, onun İslamı modern həyata uydurmağa çalışdığı xüsusu da ona yönəldilən tənqiqlər arasında yer almaqdadır.[6]

Qərb mədəniyətinin nəticələrini heç bir şəkildə seçimə tabe tutmadan bunların müsəlman toplumlarca uyğulanmasını istəməsi, qurduğu müəssəsələrdə İngilis müəllimlərə öncəlik tanıyaraq yeni nəslin İngilis mədəniyyəti ilə yetişdirilməsinə şərait yaratması və Qərbə gərəyindən artıq dəyər verməsi bir başqa tənqid mövzusudur. Yenə qurduğu məktəblərdə uyğulamalı elmlər tərk edilib sadəcə teorik elmlər, dil və ədəbiyyat oxudulması da ayrıca tənqid olunmuşdur.[7]

Seyyid Əhməd Xan 27 mart 1898-ci ildə vəfat edib.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 S.M. Ikram Sir Sayyid Ahmad Khan // Encyclopædia Britannica (ing.).
  3. Seyyid Abdullah, "Ahmed Hân", UDMİ, II, 116–122.
  4. Blumhardt, "Ahmed Xan", İA, I, 182–183
  5. J. M. S. Baljon Jr., "Ahmad Khan", EI² (İng.), I, 287–288
  6. Muhammed el-Behî, s. 31–32.
  7. Əbü’l-Həsən ən-Nədvi, əs-Sırag, s. 83–84.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Seyid Əhməd Xan
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?