For faster navigation, this Iframe is preloading the Wikiwand page for Sergey Eyzenşteyn.

Sergey Eyzenşteyn

Vikipediya, azad ensiklopediya

Sergey Eyzenşteyn
Doğum adı Сергей Михайлович Эйзенштейн
Doğum tarixi 10 (22) yanvar 1898[1]
Doğum yeri
Vəfat tarixi 11 fevral 1948(1948-02-11)[2][3][…] (50 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor, ixtiraçı, montajçı[d], ssenarist, müəllim, kinematoqraf, boyakar[d], fotoqraf, rejissor
Fəaliyyət illəri 1924–1945
Təhsili
  • Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universiteti[d] (–1915)
Mükafatları "Lenin" ordeni "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni
RSFSR əməkdar incəsənət xadimi "Stalin" mükafatı
IMDb ID0001178
(({imzanın izahı))}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seegey Mixayloviç Eyzenşteyn (10 (22) yanvar 1898[1], Riqa[3]11 fevral 1948[2][3][…], Moskva[3]) — sovet teatr və kino rejissoru, ssenarist, rəssam və pedaqoqu, RSFSR əməkdar incəsənət xadimi (1935).

1898-cu il 23 yanvarda Riqada dünyaya gəlmişdir. Atası Mixail Osipoviç Eyzenşteyn alman-yəhudi və isveç əsilli şəhər memarı idi, anası isə Yuliya İvanovna Konetskaya provaslav ailəsindən olan tacir qızı idi. Dəbdəbəli həyatına baxmayaraq Eyzenşteyn öz uşaqlıq illərindən kədərlə bəhs edirdi. Valideynləri Sergeyi sevirdilər lakin öz işləri ilə məşğul olmaqdan ona kifayət qədər diqqət ayıra bilmirdilər. 1907-ci ildə Rusiyadakı ilk inqilab vaxtında ailə Parisə köçür. Lakin Sergeyin elə həmin il Riqa Texniki Liseyinə qəbul olması ilə geri qayıdırlar. Əsas təhsillə yanaşı o, fortepianoda ifa etməyi, 3 dildə danışmağı bacarırdı: ingilis, alman, fransız. Sergey eyni zamanda foto sənətini mənimsəyirdi. Karikatura çəkməyi çox sevirdi. 26 aprel 1912-ci ildə Sergeyin valideynləri boşanmaq qərarına gəlirlər. Anası Yuliya İvanovna Rusiya İnqilabı dövründə Peterburqa köçür və Sergeyi özü ilə aparır. Balaca Sergey atasına oxşamağa çalışırdı. Ata da öz növbəsində oğlundan gələcəyin memarını hazırlayırdı. 1915-ci ildə Sergey liseyi bitirir və Petroqrad Mülki Mühəndislər İnstitutunda atasının ixtisası üzrə təhsil alır.

Teatrdan kinoya

[redaktə | mənbəni redaktə et]

1920-ci ildə Sergey Moskvaya gedir və Proletkult Teatrında rəssam-dizayner kimi karyerasına başlayır. Onun ilk tammetrajlı filmi 1925-ci ildə "Tətil" adlı film oldu .1927-ci ildə o "Oktyabr"[4] filmini hazırladı hansı ki, Lenin obrazının canlandırdığı ilk film idi.

Xaricdə ezamiyyət

[redaktə | mənbəni redaktə et]

1928-ci ilin oktyabrda Sergey Qriqori Aleksandr və operator Eduard Tissenin də daxil olduğu çəkiliş truppası ilə Qərb təcrübəsini öyrənmək üçün xaricə səfər edir. Bu rəsmi səfər onlara səsli film haqqında bir çox şey öyrənməyə imkan verir.Son iki ildə Sergey bir çox səyahətlərdə olmuş,Berlin radiosunda işləmiş, Hamburq, Berlin, London, Kembric universitetlərində leksiya demişdir.1929-cu ildə İsveçrədə obort haqqında sənədli film hazırladı. Film Frauennot - Frauenglück (Qəm və qadın xoşbəxtliyi.)adlanırdı. O, 1930-cu ildə Paramount Pictures kinokomponiyası ilə Teodor Drayzerin “Amerikan Tragediyası” əsərinin ekranlaşdırlıması üzrə müqavilə bağlayır. Lakin bir ay sonra kompaniya bu ssenaridən imtina edir.Sergey sənaye maqnatı Basil Zaharofun həyatına aid və Bernard Şounun "Müharibə və İnsan" əsərinə film çəkməyi təklif edir.Lakin bütün bu planlar studiya produserleri tərəfindən ləğv edilir.

1935-ci ilin yazında Sergey “Bejin Luq” ssenarisi üzərində işləməyə başladı. Filmin süjet xətti kənd təsərrüfatı işçilərinin birləşməsi və Pavlika Morozovun tarixindən bəhs edir. Filmin ilk versiyası çox tənqidə məruz qaldığına görə o ssenarini yenidən işləməli olur və ssenaridə bəzi dəyişikliklər edir.Lakin 1937-ci ildə film cəkilişləri dayandırılır. Çəkilişlər, filmin ideoloji fikirlərinə görə kinematoqrafiyanın baş idarəsinin sərəncami ilə dayandırılır .Eyzenşteynin sözlərinə görə iki illik çəkilişlərin tamamlamaq üçün 11 gün bəs etmədi.Filmin sonuncu nümunəsi ikinci dünya müharibəsi illərində “Mosfilm”in bombardman edilməsi zamanı yanmış,filmdən geriyə kəsik kadrlar, bəzi şəkillər qalmışdı.

Aleksandr Nevski

[redaktə | mənbəni redaktə et]

1938-ci ildə Eyzenşteyn tarixi-vətənpərvərlik haqda film hazırlayır:Aleksandr Nevski.Bu filmə görə Doktorluq dərəcisi alır.Filmin ilk kadrları Eyzenşteyn ilə bəstəkar Prokofyevin əməkdaşlığı ilə başlayır.

İvan trilogiyası

[redaktə | mənbəni redaktə et]

1941-45ci illərdə rejissor İvan Qroznı filminin çəkilişlərinə başlayır.Çəkilişlər 1942-ci ildə Moskvada “Mosfilm” studiyasında başlayır və Almatıda davam etdirilir.Baş rolu Nikolay Çerkazov ifa edirdi.İlk seriya 1945-ci ildə ekranlara buraxıldı.Birinci seriyaya görə o, “Stalin” mükafatına layiq görülür.İkinci seriya təmir üçün Stalinə göndərilir.Qaralamalar nəticəsində əmələ gələn bu seriya yalnız 1958-ci ildə ekranlara buraxılır.Üçüncü seriyanin cekilişleri hansı ki, rejissor rusların qərb üzərində qələbəsini təsvir etməli idi,Eyzenşteynin ölümü səbəbi ilə ləğv edilir.

Sergey Eyzenşteyn 1948-ci il fevralın 10-dan 11-nə keçen gecə “Rəngli Film” haqqında məqalə yazarkən infakt səbəbdən vəfat edir.

  • 1923 Qlumovun Gündəliyi (Дневник Глумова )
  • 1925 Tətil (Стачка )
  • 1927 Oktyabr(Октябрь)
  • 1930 Sentimental Roman (Сентиментальный романс)
  • 1931 Yaşasın Meksika! (Да здравствует Мексика! )
  • 1937 Bejin Luq(Бежин луг )
  • 1938 Aleksandr Nevski (Александр Невский )
  • 1944 İvan Qroznı (Иван Грозный)
  1. 1 2 ЭЙЗЕНШТЕЙН // Эзенштейн Сер­гей Ми­хай­ло­вич (rus.). Москва: Большая российская энциклопедия, 2004.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 3 4 5 6 Эйзенштейн Сергей Михайлович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Sergey Eyzenşteyn
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?