For faster navigation, this Iframe is preloading the Wikiwand page for Sent-Ceyms parkı.

Sent-Ceyms parkı

Vikipediya, azad ensiklopediya

Sent-Ceyms parkı
St. James's Park
Məlumatlar
Parkın tipi Şəhər parkı
Ölkə
Yerləşməsi Vestminster, London,
Böyük Britaniya Birləşmiş Krallıq
Koordinatları 51°30′06″ şm. e. 0°07′55″ q. u.
Sahəsi 23 ha
Yaradılıb 1603
Tabeçiliyi The Royal Parks
Statusu ilboyu açıq
Ən yaxın ictimai nəqliyyat Metro:
St. James's Park
Westminster
Vağzal: Victoria
Saytı royalparks.org.uk/parks/…
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sent-Ceyms parkı (ing. St. James's Park) — Londonun mərkəzi hissəsində, Vestminsterdə yerləşən, "Londonun yaşıl zolağı"nın başlandığı 23 hektar sahəsi olan park. Park Müqəddəs kiçik Yakova həsr olunmuş cüzam xəstəxanasının adını daşıyan Sent-Ceyms bölgəsinin ən cənub nöqtəsində yerləşir.

Coğrafi yerləşməsi

[redaktə | mənbəni redaktə et]

Sent-Ceyms parkından qərbə doğru Qrin-park, Hayd-park və Kensinqton bağları uzanır. Parkın şimal hissəsində Sent-Ceyms sarayı, qərbində Bukingem sarayı, şərqində isə Xarici işlər nazirliyi yerləşir.

Sent-Ceyms parkı Londonun ən qədim parkı hesab olunur. 1532-ci ildə VIII Henrix ərazisindən Tiburn yeraltı çayı keçən bataqlığı İton kollecindən satın aldı. Bu ərazi Henrixin kardinal Uolsidən yenicə aldığı və sonradan Uaythol adlandırılan York-Pleysdən qərbə doğru uzanırdı. Kral buranı öz iqamətgahına çevirmək istəyirdi. 1603-cü ildə taxta çıxan I Yakov əmr etdi ki, parka su çəkilsin, abadlaşdırılsın və ekzotik heyvanlar, o cümlədən dəvə, timsah və fil gətirilsin. Həmçinin ekzotik quşlar parkdakı quş damlarında saxlanılırdı.[1]

Sent-Ceyms parkındakı Mavi körpüdən şərq istiqamətində mənzərə

II Karl Fransada sürgündə olduğu illərdə Fransa kral saraylarının gözəl işlənmiş gül bağçalarından təsirlənmişdi və onun taxta çıxmasından sonra, Sent-Ceyms parkı, böyük ehtimalla fransız landşaft dizayneri Andre Molle tərəfindən daha rəsmi stildə yenidən dizayn olundu. Bura 775x38 metr ölçüdə kanalın yaradılması da daxil idi. II Karl parkı ictimaiyyət üçün açdı və buranı daha çox qonaqları və məşuqələrini əyləndirmək üçün istifadə edirdi. Park həmçinin ekspromt çıxışlar məkanı kimi də məşhur idi. Bu haqda 2-ci Roçester qrafı Con Vilmot özünün "Sent-Ceyms parkında gəzinti" (A Ramble in St. James's Park) poemasında bildirir.[2]

17-ci əsrin sonları - 18-ci əsrin əvvəllərində parka inəklər də buraxıldı və Zaxariya Konrad fon Uffenbaxın 1710-cu ildə təsvir etdiyi "Laktarian" dükanında təzə süd almaq mümkün idi.[3]

18-ci əsrdə kanalın bir hissəsinin Atlı qarovullar parad meydanı üçün qurudulması və 1761-ci ildə kraliça Şarlotta üçün Mellin qərb ucunda yerləşən Bukingem evinin (indiki Bukingem sarayı) satın alınması parkın ətrafında baş verən yeni dəyişikliklər oldu.

1826-1827-ci illərdə gələcək kral IV Georq tərəfindən başladılan və memar, landşaft dizayneri Con Neşin rəhbərliyi ilə icra edilən yenidənqurma nəticəsində parkdakı kanala daha çox təbii göl görünüşü verildi və yollar romantik cığırlara çevrildi. Eyni zamanda, Bukingem evi bugünkü sarayın şəklini ala bilməsi üçün genişləndirildi və onun girişində Mərmər tağ tikildi, Mell böyük mərasim yoluna çevrildi və 60 il sonra, 1887-ci ildə ictimai nəqliyyat üçün açıldı, Mərmər tağ isə 1851-ci ildə öz indiki yerinə, Oksford-strit və Park-leynin kəsişməsinə köçürüldü və 1906-1924-cü illərdə onun yerində Viktoriya memorialı tikildi.

  1. "St James's Park – From pigs to processions". The Royal Parks. 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2014.
  2. Rochester. "A Ramble in St. James's Park". 2022-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-06.
  3. Cockayne, Emily. Hubbub: Filth Noise & Stench in England. Yale University Press. 2007. səh. 100. ISBN 978-0-300-13756-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Sent-Ceyms parkı
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?