For faster navigation, this Iframe is preloading the Wikiwand page for Sen no Rikyu.

Sen no Rikyu

Vikipediya, azad ensiklopediya

Sen no Rikyu
yap. 千利休
Doğum tarixi 1522
Doğum yeri
Vəfat tarixi 21 aprel 1591(1591-04-21)[1]
Vəfat yeri
Vəfat səbəbi Harakiri
Fəaliyyəti bhikşu, çay ustası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sen no Rikyu (千利休?, 1522, Sakay[d], Osaka prefekturası21 aprel 1591[1], Kioto) və ya sadəcə Rikyuyapon çay mərasiminin ustası. Çay mərasimi üzrə Sen məktəbinin qurucusudur.[2]

Rikyu 1522-ci ildə Yaponiyanın Sakay şəhərində doğulmuşdur.[2] Onun babası Tanaka Senami şoqun Aşikaqa Yoşimasanın doboşularından – çay mərasimi xidmətçilərindən biri olmuşdur.[2] Atası Yohey İzumi əyalətinə köçmüş və atasının adındakı "Sen" hissəciyini soyad kimi qəbul etmişdir.[2] Ailə balıq satışı ilə məşğul olmağa başlamışdır.[2]

Rikyu Naomi məktəbinin üzvü olan Kitamuki Doçindən, daha sonra isə Murata Şukonun məktəbinin üzvü olan Takeno Coodan yapon çay mərasiminin incəliklərini öyrənmişdir.[2] Kiotoda yerləşən Daytoku məbədində isə Şorey Şukindən Zen dərsləri almışdır.[2] 1570–1573-cü illərdə İmay Sokyu və Tsuda Soqyu ilə birlikdə Oda Nobunaqanın sadosu – çay mərasimi təşkilatçısı olmuşdur.[2] Eyni vəzifəni Toyotomi Hideyoşi üçün də yerinə yetirmiş və ondan mülklər almışdır.[2] O, 1585-ci ildə Hideyoşi tərəfindən İmperator Oqimaçinə həsr olunmuş çay mərasimini təşkil etmiş, 1587-ci ildə isə Hideyoşinin Kitano məbədində açıq havada keçirilən çay mərasimini idarə etmişdir.[2]

1591-ci ildə Rikyu Hideyoşi ilə münaqişə yaşamış və intihar etməyə məcbur olmuşdur.[2] Münaqişənin səbəbi bilinməsə də, bir neçə variant ortaya atılmışdır: özünün heykəlini Kimmokakuda yerləşdirməsi; qızını Hideyoşiyə verməməsi; çay ləvazimatları üçün böyük məbləğlər istəməsi.[2] O, 21 aprel 1591-ci ildə ölmüşdür.[2]

Sen no Rikyu yapon çay mərasiminə bir neçə yenilik gətirmişdir.[2] Bambukdan hazırlanan çiçəkliklər, Raku keramikasından hazırlanan qara çay boşqabları və Amida no kama adlı dəmir çaydan onun çay mərasiminə gətirdiyi bir sıra yeniliklər idi.[2] O, ələ yaxın olan sadə əşyalardan istifadə etməyə üstünlük vermiş və çay mərasiminin gündəlik aspektini vurğulamaq istəmişdir.[2]

Rikyu şeirlərinin birində "çay mərasiminin su qaynatmaq, çay dəmləmək və onu içməkdən başqa bir şey olmadığını" qeyd etmişdir.[2] O, çay evinin – çaşitsunun ölçüsünün kiçildilməsindən məsul şəxs olmuşdur.[2] O, ölçünü iki tatamiyə, hətta bir yarım tatamiyə endirmiş, yoriay idealını tətbiq etmək istəmişdir.[2]

  1. 1 2 Sen no Rikyu // Babelio (fr.). 2007.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 Kodansha Encyclopedia of Japan
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 67. ISBN 0-87011-627-4. İstifadə tarixi: 16 yanvar 2023.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Sen no Rikyu
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?