For faster navigation, this Iframe is preloading the Wikiwand page for Saxaroza.

Saxaroza

Vikipediya, azad ensiklopediya

Saxaroza
Ümumi
Kimyəvi formulu C12H22O11
Molyar kütlə 42,2965 ± 0,0144 q/mol
Fiziki xassələri
Sıxlıq 1,587 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 186  °S
Buxarın təzyiqi 0 ± 1 mm Hg[1]
Təsnifatı
CAS-da qeyd. nöm. 57-50-1
PubChem
RTECS WN6500000
ChEBI 17992
ChemSpider

Saxaroza (C12H22O11), disaxaridlərin ən mühüm və ən çox yayılmış nümayəndəsi olub əsasən, şəkər çuğundurunun (12–20%) və şəkər qamışının (14–26%) tərkibində olur. Ona görə də onu şəkər çuğundururu və ya qamış şəkəri adlandırırlar. Saxaroza, həmçinin, bir çox meyvətərəvəzlərin tərkibinə daxildir. Saxarozanın molekulu α-qlükoza və β-fruktozanın qalıqlarından ibarətdir. Saxarozanın əmələ gəlməsində hər iki monosaxaridin qlikozid-OH qrupları iştirak edir və nəticədə qlükoza və fruktoza bir molekul su ayıraraq bir-birilə oksigen atomu vasitəsilə birləşir.

Sənayedə saxaroza şəkər qamışından və şəkər çuğundurundan ayrılır. Bunun üçün çuğundur xüsusi maşında xırda doğranılır və üzərinə qaynar su əlavə edilib qarışdırılır. Bu zaman çuğundurun tərkibindəki saxaroza həll olaraq məhlula keçir. Kənar qatışıqları çökdürmək üçün məhlul əhəng südü ilə işlənilir. Bu prosesdə saxaraza kalsium — hidroksidlə C12H22O11•CaO•2H2O tərkibli kalsium-saxarat əmələ gətirir. Məhluldakı kalsium-hidroksidin artığını və kalsium-saxaratın tərkibindəki kalsiumu çökdürmək üçün məhlula karbon-dioksid buraxılır.

Fiziki xassələri

[redaktə | mənbəni redaktə et]

Saxaroza rəngsiz monoklinik kristaldır. Əridilmiş saxarozadan soyudulduqda amorf rəngsiz kristal – karamel alınır. Saxaroza yüksək həllolma qabiliyyətinə malikdir. Həllolma (qramlarla 100 qram həlledicidə): suda 179 (00C) və 487 (1000C), etanolda 0,9 (200C). Metanolda isə az həll olur. Dietil efirində həll olmur. Sıxlığı 1,587q/sm3, ərimə temperaturu 1860C –dir.

Kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]

Saxaroza (adi şəkər) — qlükozadan çox şirin və suda çox yaxşı həll olan ağ kristal maddədir. Saxaroza H+ ionunun iştirakı ilə qızdırıldıqda hidrolizə uğrayır. Bu zaman qlükoza və fruktoza əmələ gəlir.

C12H22O11 + H2O → C6H12O6 + C6H12O6

Saxaroza çoxatomlu spirt kimi fəal metallarla, metal hidroksidləri [(Ca(OH)2, Cu(OH)2 ilə suda həll olan saxaratlar əmələ gətirir, mis(II)hidroksidlə mis(II)saxaratın parlaq göy rəngli məhlulunu əmələ gətirir. Molekulunda aldehid qrupu olmadığından saxaroza "gümüş-güzgü" reaksiyası üzrə və mis(II)hidroksidlə oksidləşmir. Yandırıldıqda saxaroza karbon-dioksid və suya oksidləşir.

Saxarozanın özündən başqa 2 izomeri vardır: maltozalaktoza. Maltoza səməninin təsiri ilə nişastadan alınır. Ona səməni şəkəridə deyilir. hidrolizə uğradıqda qlükoza çevrilir:

C12H22O11 + H2O → 2C6H12O6

Laktoza (süd şəkəri) süddə olur. Hidrolizə uğradıqda qlükoza və onun izomeri olan qalaktozaya parçalanır:

C12H22O11 + H2O → C6H12O6 + C6H12O6

  1. http://www.cdc.gov/niosh/npg/npgd0574.html
  2. ↑ Инструкция по медицинскому применению препарата Глюкобай
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Saxaroza
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?