For faster navigation, this Iframe is preloading the Wikiwand page for Sabit Orucov.

Sabit Orucov

Vikipediya, azad ensiklopediya

Sabit Orucov
bayraq
SSRİ qaz sənayesi naziri
bayraq2
20 sentyabr 1972 – 20 aprel 1981
ƏvvəlkiAleksey Kortunov
SonrakıVasili Dinkov
1960 – 1962
SonrakıCəmaləddin Maqomayev
bayraq
Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri, Azərbaycan SSR naziri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini
bayraq2
6 iyun 1957 – 16 dekabr 1959
SonrakıSüleyman Vəzirov
Şəxsi məlumatlar
Doğum tarixi 18 (31) may 1912
Doğum yeri
Vəfat tarixi 20 aprel 1981(1981-04-20) (68 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri Sosialist Əməyi Qəhrəmanı — 1980
"Lenin" ordeni — 1980 "Lenin" ordeni — 1959 "Lenin" ordeni — 1942 "Oktyabr inqilabı" ordeni — 1971 "Qırmızı əmək bayrağı" ordeni — 1976 "Qırmızı əmək bayrağı" ordeni — 1966 "Qırmızı əmək bayrağı" ordeni — 1948 "Qırmızı əmək bayrağı" ordeni — 1940 "Əmək igidliyinə görə" medalı — 1953 "Əməkdə fərqlənməyə görə" medalı — 1951 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"Lenin" mükafatı — 1970 1-ci dərəcəli "Stalin" mükafatı — 1951 3-cü dərəcəli "Stalin" mükafatı — 1950 "Azərbaycan SSR əməkdar elm və texnika xadimi" fəxri adı — 1964 "Azərbaycan SSR neft ustası" fəxri adı — 1940
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sabit Atababa oğlu Orucov (18 (31) may 1912, Novxanı, Bakı qəzası[1]20 aprel 1981, Moskva) — Azərbaycan-sovet neft-qaz sənayesi təşkilatçısı, SSRİ qaz sənayesi naziri (1972–1981), Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1967), Sosialist Əməyi Qəhrəmanı[2] (1980), Lenin (1970) və Stalin mükafatları (1950, 1951) laureatı, texnika elmləri doktoru, Azərbaycan SSR əməkdar elm xadimi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi üzvlüyünə namizəd (1976–1981), 1953–1954, 1958–1962-ci illərdə və 1974-cü ildən vəfatınadək SSRİ Ali Sovetinin deputatı.

1912-ci il mayın 30-da Bakıda doğulmuşdur. Orta təhsilini Bakıda almış, 1929–31-ci illərdə orta məktəbdə dərs demiş, 1931–36-cı illərdə Azərbaycan Neft Sənayesi İnstitutunda oxumuşdur.

1936–46-cı illərdə S. Orucov kompressor təsərrüfatında mexanik, neftçıxarma ustası, Suraxanı mədənlərində direktor olmuşdur. "Ordconikidzeneft"in idarə rəisi, "Azərneftkombinat"da qazma üzrə rəis müavini, "Azneftdə" baş mühəndis işləmişdir.

1946–47-ci illərdə SSRİ Neft Sənayesi Nazirliyində şöbə müdiri, 1947–49-cu illərdə "Krasnodarneft" birliyində rəisin birinci müavini-baş mühəndis, 1949–53 və 1955–57-ci illərdə SSRİ Neft sənayesi nazirinin müavini, 1957–59-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin müavini, 1959–62-ci illərdə Azərbaycan Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetindəki nümayəndəsi, 1962–65-ci illərdə SSRİ Dövlət Plan Komitəsində neft və qaz sənayesi məsələlərilə məşğul olmuş, 1965–72-ci illərdə SSRİ Neft sənayesi nazirinin birinci müavini, 1972–81-ci illərdə SSRİ Qaz sənayesi naziri olmuşdur.

S. A. Orucov Xəzər dəniz neft yataqlarında xüsusilə də neft daşlarında neft çıxarılmasına böyük əmək sərf etmişdir.

SSRİ qaz sənayesinin inkişafında böyük xidmətləri olmuşdur. Xüsusilə Sibirdə qaz sənayesinin inkişafına diqqət yetirirdi. SSRİ Neft komitəsinin sədri və dünya neft konqreslərinin sədr müavini seçilmişdir. "Yüksəkdərinlikli iribloklu dəniz neft buruqları özülləri", "İranın neft sənayesi", "Qaz sənayesi inkişaf yolunda" kimi əsərlərin müəllifidir.

Sabit Orucov dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetlərinə deputat seçilmiş, SSRİ orden və medalları ilə təltif olunmuşdur.

1981-ci il aprelin 20-də Moskvada vəfat etmiş və Novodeviçye qəbiristanlığında dəfn olunmuşdur.

Bakı şəhərində küçə, Urenqoyda yerləşən qaz hasilatı üzrə istehsalat birliyi, Nadım şəhərində sahilyanı küçə, "Kaspmorneftqazprom" birliyinə məxsus gəmi Sabit Orucovun adını daşıyır.

Moskvada həyatının son illərini yaşadığı binanın fasadında xatirə lövhəsi vurulmuşdur (heykəltaraş: L. Petruşin, memar: M. Katkova).

Özbəkistanın Xarəzm vilayətinin Xivə şəhərində S. Orucov adına rusdilli məktəb fəaliyyət göstərir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Оруджев Сабит Атаевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. "Оруджев Сабит Атаевич". 2022-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-22.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Sabit Orucov
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?