For faster navigation, this Iframe is preloading the Wikiwand page for Sərxan Abdullayev (gizir).

Sərxan Abdullayev (gizir)

Vikipediya, azad ensiklopediya

Sərxan Abdullayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qazax, Azərbaycan SSR
Vəfat tarixi (31 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Dəfn yeri Ağköynək, Qazax, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Daxili İşlər Nazirliyi
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Xidmət illəri 2006—2020
Rütbəsi Gizir
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020 "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Sərxan Elxan oğlu Abdullayev (2 noyabr 1988; Qazax, Azərbaycan SSR27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Qartal" Xüsusi Təyinatlı Dəstəsinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Sərxan Abdullayev 1988-ci il noyabrın 2-də Qazax şəhərində anadan olub.[1] Atası — Birinci Qarabağ müharibəsinin veteranı Elxan Abdullayevdir. 1995-2006-cı illərdə Qazax şəhərində M. Hüseyn adına humanitar və təbiət fənnləri üzrə liseydə təhsil alıb. Cəmilə Abdullayeva ilə ailəli idi. Orxan və Turan adında 2 övladı yadigar qaldı.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Sərxan Abdullayev 2006-2008-ci illərdə DİN Daxili Qoşunlarının Nərimanov rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə DİN Daxili Qoşunlarının Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Sərxan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sərxan Abdullayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ağköynək kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Abdullayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Sərxan Abdullayevə məxsus şəxsi əşyalar Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fondunda mühafizə olunur.[4]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 29.12.2020. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  4. "Arxivlənmiş surət". 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-10.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.

Şablon:İkinci Qarabağ müharibəsinin şəhidləri

{{bottomLinkPreText}} {{bottomLinkText}}
Sərxan Abdullayev (gizir)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?