For faster navigation, this Iframe is preloading the Wikiwand page for Rza Bərahəni.

Rza Bərahəni

Vikipediya, azad ensiklopediya

Rza Bərahəni
fars. رضا براهنی
Doğum tarixi 13 dekabr 1935(1935-12-13)
Doğum yeri
Vəfat tarixi 25 mart 2022(2022-03-25)[1] (86 yaşında)
Vəfat yeri
Həyat yoldaşı Sanaz Sehhəti
Uşaqları Oktay Bərahəni
Ərsalan Bərahəni
Fəaliyyəti yazıçı, şair, roman yazıçısı, ədəbiyyat tənqidçisi
Əsərlərinin dili fars dili, türk dili, ingilis dili
Janrlar roman, poeziya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rza Bərahəni (13 dekabr 1935, Təbriz25 mart 2022[1], Toronto) — Azərbaycan əsilli[2] roman yazıçısı, ədəbi tənqidçi, siyasi mühacir və şair.

Rza Bərahəni 1935-ci ildə Təbrizdə dünyaya gəlib[3]. O, Azərbaycan Milli Höküməti (1945–1946) dönəmində ilk təsilini ana dilində almışdır. Bir sürə sonra ana dili olan türkcə yasaq edildiyindən təhsilini farsca davam etdirmişdir.

1965–1983-cü illərdə İranın Tehran Universitetində çalışan Rza Bərahəni istər Pəhləvi hakimiyyəti dövründə, istərsə də İslam Cümhuriyyəti dönəmində dəfələrlə siyasi baxşlarına görə həb olunmuşdur.

1996-cı ildə İranı tərk edərək Kanadada məskunlaşan Rza Bərahəni ömrünün son illərinə kimi Toronto şəhərində yaşamışdır.

O, uluslararası PEN-in üzvü olmuşdur. Həmçinin 2001-ci ildən ömrünün son illərinədək Kanada PEN-in başqanı kimi fəaliyyət göstərmişdir.

Rza Bərahəni 25 mart 2022-ci ildə Torontoda vəfat etmiş, şəhərin Elgin Mills qəbiristanlığında dəfn olunmuşdur.

Azərbaycan Milli Hökuməti dövründə ana dilində təhsil almağı ilə bağlı bunları xatırlayır:

" 4-cü sinfə başlayanda gördüm ki, ilk dəfə olaraq evdə danışdığım dillə məktəbdə oxuduğum dil arasında heç bir fərq yoxdur. Buna görə həmin bir il ərzində, öz-özümə yad olmaq kimi hiss keçirmədim. Lakin sonra Tehran ordusu gəldi və yenidən məktəbdə dil fars dili oldu.[4] "
" Məktəbdə oxuduğum ilk illərdə dava-dalaşdakı danışıqların hamısı türk dilində olurdu. Dərsdə hamı türkcə danışırdı. O zaman mən məktəbin divar qəzetini türk dilində çıxarırdım. Ancaq Milli Hökumət süquta uğrayandan sonra türk dili yasaq olundu. Əmr etdilər ki, qəzet fars dilində çıxmalıdır. Əlbəttə, bunu bizə türk dilində söylədilər. Həmin dövrdə mən fars dilində yaza bilmirdim. Bu səbəbdən də qəzetin çıxarılmasını başqa bir şagirdə tapşırdılar. Cümə günü mən evdə narahat oturmuşdum. Anam soruşdu: "Niyə tutqunsan?". Mən hadisəni ona danışdım. Anamın mənə dediyi "Oğul, türkcə yaz" - sözlərini heç vaxt unuda bilmərəm. Mən yenə köhnə kağızları bir-birinə yapışdırıb, mövzu tapıb yazdım. Səhəri gün onu fars dilində çıxan qəzetin yanından yapışdırdım. Sonra sinfə getdim. Məktəbin müdir müavini gəlib onu qopardı.[5] "

1946-cı ildə Azərbaycan Milli Hökuməti süqut etdikdən sonra baş verən hadisələr haqqında bunları xatırlayır:

" Onlar bizi türk dilində yazılmış dərslikləri Şəhrdari(Bələdiyyə) meydanına toplayıb və onları yandırmağa məcbur etdilər. Kitabların alovları bizim başımız üstündə dar ağacından asılmış kişilərin ayaqlarına qədər qalxırdı. Gündüzləri Təbrizi qoruyub, gecələri isə onun küçələrinə asfalt örtən fədailər - demokrat firqəsi devrildikdən sonra evlərindən çıxarılır, biz uşaqların gözləri önündə onlardan arxalarına baxmadan yerimələrini istəyirdilər və sonra bizim gözümüzün önündə arxadan onlara güllə açıb, cəsədlərini küçədəki nova atırdılar.[6] "
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. 1 2 رضا براهنی، شاعر و نویسنده برجسته ایرانی، درگذشت.
  2. The Rising Tide of Cultural Pluralism: The Nation-State at Bay?, Crawford Young, p.126, 1993
  3. Pərvanə Məmmədli. Cәnubi Azәrbaycan: әdәbi şәxsiyyәtlәr, portretlәr. Bakı: Sabah. 2015. səh. 162. (#accessdate_missing_url)
  4. "Tanınmış azərbaycanlı yazıçı Dr. Rza Bərahəni". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-26.
  5. Rza Bərahəni kimdir? [ölü keçid]
  6. Türk dilində kitabların yandırılmasının 67-ci ildönümü
  • Pərvanə Məmmədli, Nobel mükafatına təqdim edilmiş yazar Rza Bərahəni kimdir?

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Rza Bərahəni
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?