For faster navigation, this Iframe is preloading the Wikiwand page for Roza Papova.

Roza Papova

Vikipediya, azad ensiklopediya

Roza Papova
bolq. Роза Попова
Doğum tarixi 1879
Doğum yeri
Vəfat tarixi 11 aprel 1949(1949-04-11)
Fəaliyyəti aktrisa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Roza Papova (bolq. Руска Михайлова Мануилова[2] 1879, Sofiya, Bolqarıstan knyazlığı[1]11 aprel 1949) — Bolqar teatr aktrisası, rejissor və teatr xadimi.

1879-cu ildə Sofiyada anadan olub. 15 yaşında gələcək əri ilə görüşür və 16 yaşında onlar gizli şəkildə evlənirlər.

Orta məktəbdə Roza "Zora" mobil teatr truppasına daxil olur. Teatr sənətini aktyor və rejissor Konstantin Sapunovdan öyrənir. 1897-ci ildə Veliko Tırnovo şəhərində "Səmimi dostluq" pyesində Sofiya rolu ilə səhnəyə çıxır. Daha sonra ərinin rəhbərlik etdiyi teatr truppası ilə səyahət edir. 1900-cü ildən 1902-ci ilə qədər "Gözyaşları və Gülüş" truppasında, həmçinin M. Stojkoviçin xorvat teatr truppası tərkibində çıxış etmişdir.

1900-cü ildən Vratsadan olan bir fanat, 25 yaşlı müəllim və şair Todor Boqdanov tərəfindən gizli bir şəkildə təqib edilmişdir. 20 yanvar 1903-cü ildə Todor Rozanı və özünü vurur. O, yerindəcə ölür. Aktrisa ağır yaralanır və uzun müddət müalicə almalı olur. Bu cəhd Sofiyada çox məşhur bir hadisə idi və tezliklə Roza Milli Teatrdan qovulur. 1904-cü ildən 1906-cı ilə qədər vaxtaşırı rejissor kimi fəaliyyət göstərir və eyni zamanda Plovdivdəki teatr truppasında səhnədə oynayır. Sonra Vyana Universitetində ədəbiyyat və tibb təhsili almaq üçün Vyanaya gedir. 1908-ci ildə Bolqarıstana qayıdır və yenidən Milli Teatra dəvət olunur. 1910-cu ilə qədər burada rol oynayır.

1910–1911-ci illərdə Ruse teatrının ilk rejisor-tərtibatçısı seçilir[3]. 1918-ci ildə Roza Sofiyada özünün Rosa Popova teatrını qurur. Bir müddətdir Azad Teatrda oynamağa davam edir. 1923-cü ildə teatr pedaqogiyası ilə məşğul olduğu Bolqarıstan Teatr Studiyasını təsis edir. Aktrisanın karyerası 1937-ci ildə başa çatır.

1926-cı ildə Teodor Trayanov "Səyyahın mahnısı" poemasını Roza Popova həsr edir[4]. Teatr fəaliyyəti ilə yanaşı, Roza Popova tərcümə və ədəbiyyatla məşğul idi. Səhnəyə qoyduğu pyeslərin çoxunu tərcümə edirdi. Xatirələr, şeirlər, əfsanələr, hekayələr, tənqidi məqalələr yazırdı.

  1. 1 2 Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. Актрисата Роза Попова простреляна от ревност Arxivləşdirilib 2015-09-07 at Archive.today — monitor.bg, 22 януари 2005
  3. "История на русенския драматичен театър (болг.). Драматичен театър „Сава Огнянов", Русе". www.rusetheatre.com. 2020-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-24.
  4. Траянов, Теодор. "„Скитнишки напев"" (bolqar). Моята библиотека. 2015-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-21.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Roza Papova
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?