For faster navigation, this Iframe is preloading the Wikiwand page for Robert Volker İrvin.

Robert Volker İrvin

Vikipediya, azad ensiklopediya

Robert Volker İrvin
Doğum tarixi 4 yanvar 1844(1844-01-04)
Doğum yeri
Vəfat tarixi 5 yanvar 1925(1925-01-05) (81 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Aoyama qəbiristanlığı[d]
Atası Vilyam Volles İrvin[d][2]
Anası Sofiya Arabella İrvin[d][2]
Fəaliyyəti iş adamı, siyasətçi
Mükafatları "Doğan günəş" ordeni "Müqəddəs xəzinə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Robert Volker İrvin (ing. Robert Walker Irwin; 4 yanvar 1844, Kopenhagen[1]5 yanvar 1925, Tokio[1]) – ABŞ biznesmeni və Havay krallığının Yaponiyadakı diplomatik nümayəndəsi. "Yaponların Havay adalarına miqrasiyasının atası" hesab olunur.[3]

Robert Volker İrvin 1844-cü ildə Danimarkanın Kopengahen şəhərində pensilvaniyalı ailədə doğulmuşdur.[3][4] "Pacific Mail Steamship Company" şirkətinin üzvü olan qardaşı Riçard onu 1866-cı ildə şirkətin agenti kimi Yaponiyanın Yokohama şəhərinə göndərmişdir.[4] Daha sonra Yokohamada "Walsh, Hall and Co" ticarət şirkətində işləməyə başlamış, burada siyasətçilər Kaoru İnoye və Takaşi Masuda, eləcə də, biznesmen Okada Heyzo ilə tanış olmuşdur.[4] 1876-cı ildə onlarla birlikdə "Mitsui" şirkətini qurmuşdur.[4]

1880-ci ildə ABŞ-nin Yaponiyadakı baş konsulu olan Harlan Lillibricin ABŞ-yə qayıtmasından sonra İrvin Havay adaları əlaqələri ilə məşğul olmağa başlamışdır.[4] Tezliklə Lillibric onu Havay krallığının Yaponiyadakı birinci baş konsulu təyin etmişdir.[3][4] 1884-cü ildə xüsusi nümayəndə statusuna yüksəlmiş və Havay adaları ilə Yaponiya arasında ilk miqrasiya müqaviləsində vasitəçi rolunu oynamışdır.[3] İrvinin vasitəsilə bir çox yapon Havay adalarına səyahət edərək işlə təmin olunmuş və şəkər plantasiyalarında işləməyə başlamışdır.[3] Onun yaratdığı sistematik miqrasiya planı nəticəsində 1885–94-cü illərdə 28.691 yapon Havay adalarına miqrasiya etmişdir.[4]

İrvin 1900-cü ildə Tayvanda "Taiwan Seito" adlı şəkər emalı zavodu qurmuşdur.[3] Daha sonra Yaponiya vətəndaşlığına qəbul edilmiş, Yaponiya hökuməti tərəfindən "Doğan günəş""Müqəddəs xəzinə" ordenləri ilə təltif olunmuşdur.[3] 1925-ci ildə Tokioda ölmüşdür.[4] Onun Qunma prefekturasının İkaho şəhərində yerləşən yay evi 1986-cı ildə bərpa edilmişdir.[4]

Robertin atası Vilyam Volles İrvin ABŞ siyasətçisi və diplomatı olmuşdur.[4] Anası isə Bencamin Franklinin dördüncü nəsildən birbaşa davamçısı idi.[4] Robertin 4 bacı-qardaşı var idi.[4]

Robertin ən böyük qızı Sofiya İrvin və ya digər adı ilə Bella İrvin 1884-cü ildə Tokioda doğulmuşdur.[3] Kolumbiya Universitetində təhsil aldıqdan sonra 1916-cı ildə Yaponiyaya qayıtmış və 1917-ci ildə Tokioda müəllimlər üçün İrvin məktəbinin əsasını qoymuşdur.[3] 1942-ci ildə Yaponiya vətəndaşlığına qəbul edilmiş, 1947-ci ildə atasından qalan maddi vəsaitlə məktəbi böyütmüşdür.[3]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 336. ISBN 0-87011-623-1. İstifadə tarixi: 19 oktyabr 2022.
  • Ling, Huping; Austin, Allan. Asian American: History and Culture - An Encyclopedia (ingiliscə). Routledge. 2010. səh. 418. ISBN 978-0-7656-8077-8. İstifadə tarixi: 18 oktyabr 2022.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Robert Volker İrvin
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?